Haqqımızda

Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 03 oktyabr tarixli 761 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir.

"Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il Fərmanı və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (https://president.az/articles/31153) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında Aqrar Kredit və İnkişaf Agentliyi formalaşdırılmışdır. AKİA fəaliyyətində öz Əsasnaməsini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquqi aktlarını rəhbər tutur.

Dövlət Agentliyinin əsas vəzifələri aşağıdakılardan ibarət olmuşdur:

  • Güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi, texnikanın və damazlıq heyvanların güzəştli şərtlərlə satışı
  • Layihələrin idarə edilməsi
  • Kənd təsərrüfatına investisiya cəlbi

Agentliyin strukturu 4 şöbə və 6 sektordan ibarətdir. Agentliyin aparatının əməkdaşlarının say həddi 40 ştat vahidi olaraq müəyyənləşdirilmişdir.

Rəhbərlik

Sədr Mirzə Əliyev

Sədr müavini Namiq Məmmədov

Sədr müavini Əmir Əmirli