Kreditlər
Güzəştli kredit
Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətləri
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi
- Regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi
- Kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi
- Heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyəşdirilməsi
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi
Kredit vəsaitlərinin verilmə həddi:
- 15 000 manatadək- mikrokreditlər
- 15 001 manatdan 30 000 manatadək – kiçikhəcmli kreditlər
- 30 001 manatdan 100 000 manatadək- ortahəcmli kreditlər
- 100 001 manatdan 200 000 manatadək – böyükhəcmli kreditlər
- 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər
Kredit vəsaitlərinin istifadə müddəti:
- Mikrokreditlər - 3 ilədək
- Kiçik və ortahəcmli kreditlər - 3 ilədək
- Böyükhəcmli kreditlər - 5 ilədək
- Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir
Kredit vəsaitlərinin güzəşt müddəti:
- Mikrokreditlər - 12 ayadək
- Kiçik və ortahəcmli kreditlər – 18 ayadək
- Böyükhəcmli kreditlər – 24 ayadək
- Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir
- Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir
- Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər
Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri:
- Agentlik cəlb etdiyi vəsaitləri illik 2 faiz tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir
- Agentlik nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır
- Zəmanətlə verilən Mikrokreditlərdə isə Agentlik nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2.5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2.5 faiz daxil olmaqla) 12 faizdən artıq olmamalıdır
Müvəkkil kredit təşkilatları
1 |
"Turanbank" ASC |
(+994125107911) (276) |
2 |
"Kapital Bank" ASC |
(+994502050649) |
3 |
"Paşa Bank" ASC |
(+994124965000) (*9123) |
4 |
"Azərbaycan Beynəlxalq Bankı" ASC |
(+994124930051) |
5 |
"Rabitəbank" ASC |
133 |
6 |
"Finoko" BOKT ASC |
(+994125991400) |
7 |
"Bank Respublika" ASC |
(+994124934536) |
8 |
"Muğan Bank" ASC |
(+994125142661) |
9 |
"Expressbank" ASC |
132 |
10 |
"Ziraat Bank" ASC |
(+994125055616) |
11 |
"Accessbank" ASC |
151 |
12 |
Bank "BTB" ASC |
946 |
13 |
"Aqrarkredit" QSC BOKT |
(+994124937095) |
14 |
"Yelo Bank" ASC |
(+994124981981) |
15 |
Global Leasing |
Elvin Yolcuyev (+994502242084) |
16 |
“Azərbaycan Sənaye Bankı” ASC |
Yunus Eret (+994557200075) |
17 |
"AFBBank" ASC |
(+994125656565) |
18 | BOKT “İnkişaf üçün Maliyyə” MMC |
Anar Rehimov (+994502463504) |
19 | “Finca Azerbaijan” MM QBKT |
Mikayıl Adıgözəlov (+994703766679) |
20 |
"Günay Bank" ASC |
1546 |
21 |
“Azmaş Lizinq” MMC |
(+994502737713) |
22 |
MCB BOKT |
(+994125309999) |
23 |
“Bank of Baku” |
(+994124470055) |
24 |
“Unibank” |
(+994125413333) |
25 |
“ASET Maliyyə Texnologiyaları” |
(+994124915501) |
26 |
“Azər Türk Bank” ASC |
(+994124041445) |
Mikrokreditlə bağlı tez-tez verilən suallar (FAQ)
1.Agentliyin xətti ilə ayrılan Mikrokredit nədir?
AKİA vəsaiti hesabına kredit təşkilatları tərəfindən 15 min manatadək məbləğdə, maksimum 3 ilədək müddətdə qaytarılmaq şərtilə verilən kənd-təsərrüfatı təyinatlı kreditdir.
2.Mikrokreditlərin əldə olunması üçün hara müraciət etməliyəm?
Mikrokreditlərin əldə olunması üçün birbaşa və ya akia.gov.az portalından aşağıda adları qeyd olunmuş müvəkkil kredit təşkilatlarına müraciət edə bilərsiniz.
- “Accessbank” QSC
-“Yelo Bank” ASC
-“Bank Respublika” ASC
- “Rabitə Bank” ASC
- “Bank of Baku” ASC
- “Unibank”ASC
- “Turan Bank” ASC
- “AqrarKredit” QSC BOKT
- “Finoko” BOKT
-“Finca Azerbaijan” MM QBKT
3.Güzəştli kreditlərin əldə olunması üçün hansı sənədləri təqdim etməliyəm?
-
Borcalanın şəxsiyyət vəsiqəsi
-
Kreditin təyinatı barədə məlumatlar
-
Bank tərəfindən ödəniş qabiliyyətinin qiymətləndirilməsi üçün tələb edilən digər sənədlər
4.Mikrokreditlərdə faiz nə qədərdir?
Mikrokreditlərin illik faiz dərəcəsi 12 %-dəkdir.
5.Mikrokreditlərin güzəşt müddəti neçə aydır və güzəşt nəyi əhatə edir?
Güzəşt müddəti 12 ay təşkil edir və bu müddət ərzində fermer yalnız faiz məbləğini ödəyəcək.
6.Mikrokreditlər hansı müddətə verilir?
Kreditin maksimal müddəti 3 ildir. Borcalanın təlabatına və fəaliyyətinin xarakterinə görə daha qısa müddətə verilə bilər.
7.Girov olaraq vəya təminat olaraq məndən nə istəniləcək ?
Bu kreditin məbləğindən, eləcə də borcalanın ödəniş qabiliyyətinin və təsərrüfatının qiymətləndirilməsindən asılıdır. Kiçik məbləğli kreditlərə əksər hallarda girov tələb olunmur. Lakin kredit təşkilatı borcalanın layihəsini və ödəmə qabiliyyətini yüksək riskli qiymətləndirərsə, kredit əldə etmək üçün hər hansı zamin, əmlak, o cümlədən torpaq və ya daşınar əmlakın təminat kimi təqdim olunması kredit almaq imkanlarınızı çoxalda bilər.
8.AKİA vəsaiti hesabına 1 dəfə güzəştli kredit götürmüşəmsə, yenidən bu güzəştdən yararlana bilərəmmi?
AKİA vəsaiti hesabına güzəştli kənd təsərrüfatı təyinatlı kredit əldə etmisinizsə, həmin kredit tam ödənilməmiş Agentliyin hesabına yeni kredit verilmir.
9.Bank kredit vermirsə, nə etməliyəm?
Bank sizə kredit vermək istəmədiyi təqdirdə, onlardan imtina səbəbini göstərən rəsmi sənəd tələb edin. Eyni zamanda, layihənizi, gəlir və xərclərinizi bir daha nəzərdən keçirib daha aşağı məbləğli kredit üçün müraciət edə bilərsiniz.
10.Hazırda başqa bankda kreditim varsa, əlavə olaraq AKİA vəsaiti hesabına mikrokredit götürə bilərəmmi?
Aktiv kredit borcunuz varsa, ödəniş qabiliyyətiniz əlavə kredit almaq üçün məqbul qiymətləndirdiyi təqdirdə, Agentliyin vesaiti hesabına kənd təsərrüfatı təyinatlı mikrokredit ala bilərsiniz.
11.Hansı sahələrin maliyyələşdirilməsində mikrokreditlərdən istifadə edə bilərəm?
Mikrokreditin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə, ailə-kəndli fermer təsərrüfatlarının fəaliyyətinə dəstək verməkdir. Borcalan kredit vəsaitini aşağıdakı fəaliyyət istiqamətlərinə yönəltməlidir:
-
Əkinçilik
-
Bağçılıq
-
Heyvandarlıq
-
Quşçuluq
-
Digər ailə-kəndli fermer təsərrüfatları
Mikrokredit üzrə seçilmiş müvəkkil kredit təşkilatlarının siyahısı
№ |
Müvəkkil kredit təşkilatı |
Əlaqəli şəxs |
Əlaqə nömrəsi |
1. |
“Accessbank”ASC |
İbrahimov İbrahim |
055-201-07-16 |
2. |
“Yelo Bank”ASC |
Günel Dadaşova |
012-404-99-81 (daxili1435) |
3. |
“Bank Respublika”ASC |
Elcan Abdullayev |
055-306-90-99 |
4. |
“Rabitəbank”ASC |
Lalə Məmmədova |
012-598-44-88 (daxili 283) |
5. |
“Turanbank”ASC |
Əfqan Əbdulov |
055-255-76-63 |
6. |
“Aqrarkredit”QSC BOKT |
Xəyyam Musazadə |
012-498-78-34 |
7. | “Finca Azerbaijan” MM QBKT | Mikayıl Adıgözəlov | 070-376-66-79 |
8. |
“Bank of Baku”ASC |
Ceyhun Bağırov |
055-251-38-00 |
9. |
“Unibank”ASC |
Qurbanov Turan |
055-500-37-75 |