Kreditlər

Güzəştli kredit

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətləri

  • kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi
  • regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi
  • kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi
  • heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyəşdirilməsi
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi

Kredit vəsaitlərinin verilmə həddi:

  • 5000 manatadək- mikrokreditlər
  • 5001 manatdan 30000 manatadək – kiçikhəcmli kreditlər
  • 30001 manatdan 100000 manatadək- ortahəcmli kreditlər
  • 100001 manatdan 200000 manatadək – böyükhəcmli kreditlər
  • 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər

Kredit vəsaitlərinin istifadə müddəti:

  • Mikrokreditlər - 2 ilədək
  • Kiçik və ortahəcmli kreditlər - 3 ilədək
  • Böyükhəcmli kreditlər - 5 ilədək
  • Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir

Kredit vəsaitlərinin güzəşt müddəti:

  • Mikrokreditlər - 12 ayadək
  • Kiçik və ortahəcmli kreditlər – 18 ayadək
  • Böyükhəcmli kreditlər – 24 ayadək
  • Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir
  • Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir
  • Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər

Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri:

  • Agentlik cəlb etdiyi vəsaitləri illik 2 faiz tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir
  • Agentlik nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır