Kreditlər

Mikrokreditlə bağlı tez-tez verilən suallar (FAQ)

 

1.Agentliyin xətti ilə ayrılan Mikrokredit nədir?

AKİA vəsaiti hesabına kredit təşkilatları tərəfindən 15 min manatadək məbləğdə, maksimum 3 ilədək müddətdə qaytarılmaq şərtilə verilən kənd-təsərrüfatı təyinatlı kreditdir.

2.Mikrokreditlərin əldə olunması üçün hara müraciət etməliyəm?

Mikrokreditlərin əldə olunması üçün birbaşa və ya akia.gov.az portalından aşağıda adları qeyd olunmuş müvəkkil kredit təşkilatlarına müraciət edə bilərsiniz.

- “Accessbank” QSC

-“Yelo Bank” ASC

-“Bank Respublika” ASC

- “Rabitə Bank” ASC

- “Bank of Baku” ASC

- “Unibank”ASC

- “Turan Bank” ASC

- “Muğanbank” ASC

- “AqrarKredit” QSC BOKT

- “Finoko” BOKT

3.Güzəştli kreditlərin əldə olunması üçün hansı sənədləri təqdim etməliyəm?

  • Borcalanın şəxsiyyət vəsiqəsi

  • Kreditin təyinatı barədə məlumatlar

  • Bank tərəfindən ödəniş qabiliyyətinin qiymətləndirilməsi üçün tələb edilən digər sənədlər

 

4.Mikrokreditlərdə faiz nə qədərdir?

Mikrokreditlərin illik faiz dərəcəsi 12 %-dəkdir.

 

5.Mikrokreditlərin güzəşt müddəti neçə aydır və güzəşt nəyi əhatə edir?

Güzəşt müddəti 12 ay təşkil edir və bu müddət ərzində fermer yalnız faiz məbləğini ödəyəcək.

 

6.Mikrokreditlər hansı müddətə verilir?

Kreditin maksimal müddəti 3 ildir. Borcalanın təlabatına və fəaliyyətinin xarakterinə görə daha qısa müddətə verilə bilər.

 

7.Girov olaraq vəya təminat olaraq məndən nə istəniləcək ?

Bu kreditin məbləğindən, eləcə də borcalanın ödəniş qabiliyyətinin və təsərrüfatının qiymətləndirilməsindən asılıdır. Kiçik məbləğli kreditlərə əksər hallarda girov tələb olunmur. Lakin kredit təşkilatı borcalanın layihəsini və ödəmə qabiliyyətini yüksək riskli qiymətləndirərsə, kredit əldə etmək üçün hər hansı zamin, əmlak, o cümlədən torpaq və ya daşınar əmlakın təminat kimi təqdim olunması kredit almaq imkanlarınızı çoxalda bilər.

 

8.AKİA vəsaiti hesabına 1 dəfə güzəştli kredit götürmüşəmsə, yenidən bu güzəştdən yararlana bilərəmmi?

AKİA vəsaiti hesabına güzəştli kənd təsərrüfatı təyinatlı kredit əldə etmisinizsə, həmin kredit tam ödənilməmiş Agentliyin hesabına yeni kredit verilmir.

 

9.Bank kredit vermirsə, nə etməliyəm?

Bank sizə kredit vermək istəmədiyi təqdirdə, onlardan imtina səbəbini göstərən rəsmi sənəd tələb edin. Eyni zamanda, layihənizi, gəlir və xərclərinizi bir daha nəzərdən keçirib daha aşağı məbləğli kredit üçün müraciət edə bilərsiniz.

 

10.Hazırda başqa bankda yüksək faizli kreditim varsa, AKİA vəsaiti hesabına mikrokredit götürə bilərəmmi?

Aktiv kredit borcunuz varsa, ödəniş qabiliyyətiniz məqbul qiymətləndirdiyi təqdirdə, Agentliyin vəsaiti hesabına kənd təsərrüfatı təyinatlı mikrokredit ala bilərsiniz.

 

11.Hansı sahələrin maliyyələşdirilməsində mikrokreditlərdən istifadə edə bilərəm?

Mikrokreditin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə, ailə-kəndli fermer təsərrüfatlarının fəaliyyətinə dəstək verməkdir. Borcalan kredit vəsaitini aşağıdakı fəaliyyət istiqamətlərinə yönəltməlidir:

  • Əkinçilik

  • Bağçılıq

  • Heyvandarlıq

  • Quşçuluq

  • Digər ailə-kəndli fermer təsərrüfatları

 

Mikrokredit üzrə seçilmiş müvəkkil kredit təşkilatlarının siyahısı

Müvəkkil kredit təşkilatı

Əlaqəli şəxs

Əlaqə nömrəsi

1.

“Accessbank”ASC

Kamil Cəfərli

055-369-50-69

2.

“Yelo Bank”ASC

Günel Dadaşova

012-404-99-81 (daxili1435)

3.

“Bank Respublika”ASC

Elcan Abdullayev

055-306-90-99

4.

“Rabitəbank”ASC

Lalə Məmmədova

012-598-44-88 (daxili 283)

5.

“Turanbank”ASC

Əfqan Əbdulov

055-255-76-63

6.

“Aqrarkredit”QSC BOKT

Xəyyam Musazadə

012-498-78-34

7.

“Muğanbank”ASC

Vidadi Carçıyev

055-909-61-00

8.

“Bank of Baku”ASC

Ceyhun Bağırov

055-251-38-00

9.

“Unibank”ASC

Qurbanov Turan

055-500-37-75

 

 

 

Ətraflı