ŞƏKİ TOXUM EMALI ZAVODUNDA FERMERLƏR EMAL PROSESİNİ ONLAYN REJİMDƏ MÜŞAHİDƏ EDƏ BİLƏCƏK

Dövlət Toxum Fondunun Şəki rayonunda yerləşən Toxum Emalı zavodunda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkün olacaq.

Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim ediləcək. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.