FAO QOYUNÇULUQ SEKTORUNUN İNKİŞAFI ÜZRƏ MARAQLI TƏRƏFLƏRİN MƏSLƏHƏTLƏŞMƏ TOPLANTISINI KEÇİRİB

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını təşkil edib.

Tədbirin əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə, dəyər zəncirinin bütün pillələrindəki məsələləri müzakirə etmək, bu sahədə imkanları və məhdudiyyətləri ətraflı şəkildə anlamaq və sahənin çoxşaxəli inkişafına şərait yaratmaq idi. Seminar zamanı FAO-nun Dəyər Zənciri üzrə Beynəlxalq Məsləhətçisi xanım Mita Puncabi  tədbir iştirakçılarına Azərbaycanda qoyunçuluq sahəsi üzrə təhlilin nəticəsinə dair təqdimat keçirib.

 

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələr, assosiyasıyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssislər iştirak edib.

Qeyd edək ki, iclas Azərbaycan hökümətinin maliyyələşdirdiyi və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2018-ci ilin dekabr ayından icra olunan "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə, çoxaltma və yemləmə strategiyalarını hazırlamaq, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan  çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.

 

FAO held a stakeholder consultation meeting on the development of the sheep breeding sector

18 june 2019, Baku - The United Nations Food and Agriculture Organization (FAO) jointly with the State Agency for Agricultural Credits and Development under the Ministry of Agriculture organised a stakeholder consultation meeting on the development of the sheep breeding sector.

The main purpose of event was to proactively engage with relevant actors in the sheep value chain to address the issues at all levels in the value chain for a comprehensive understanding of the sector's opportunities and constraints and creating an enabling environment for multi-dimensional growth of the sector. Event was followed by the presentation of Ms. Meeta Punjabi, FAO International Value Chain Consultant on assessment results of sheep value chain in Azerbaijan.

 

 

The representatives of the Ministry of Agriculture, Food Safety Agency, other state agencies, associations, international organisations and private sector, farmers, as well as FAO international experts attended the meeting.

The consultation meeting was organized as part of the project on development and application of sustainable sheep production and food value chains funded by the Government of Azerbaijan and implemented in the framework of FAO-Azerbaijan Partnership Programme since December 2018. The project aims to sustainably improve the performance of the sheep value chain to address current challenges in breeding and feeding strategies, animal health and transboundary disease control, together with product development and market linkage.