MİNERAL GÜBRƏ, BİOHUMUS VƏ PESTİSİD TƏCHİZATÇILARININ EAGRO.AZ SAYTINDA QEYDİYYATI İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyi mineral gübrə, biohumus və pestisid təchizatçılarının elektron kənd təsərrüfatı informasiya sistemində - eagro.az saytında qeydiyyatına başlayıb. 2020-ci ildən tətbiq ediləcək yeni subsidiya qaydalarına görə, kənd təsərrüfatı məhsulları istehsalçıları dövlətdən subsidiyanı elektron bəyan qaydası və kart hesablarına köçürmə ilə alacaqlar. Karta köçürülən subsidiya vəsaitinin fermer yalnız 25%-ni nağdlaşdıra biləcək. Bu da fermerə kənd təsərrüfatı üçün istifadə edəcəyi gübrə, pestisid, toxum, ting kimi məhsulları satan təchizatçı və tədarükçüləri nağdsız ödəmə qəbul etmək məcburiyyətində qoyacaq. Bu səbəbdən təchizatçılar da eagro.az saytında qeydiyyatdan keçməli və nağdsız ödəmə qəbul etmək üçün posterminal əldə etməlidirlər.

Aqrar Kredit və İnkişaf Agentliyində təchizatçılarla keçirilən görüşdə sistemdə qeydiyyatdan keçmək qaydaları təchizatçılara əyani olaraq göstərilib, onları maraqlandıran suallara cavab verilib.