AQRAR KREDİT VƏ İNKİŞAF AGENTLİYİ VƏ AQRAR XİDMƏTLƏR AGENTLİYİ GÜBRƏ, PESTİSİD, TOXUM, TİNG TƏCHİZATÇILARI İLƏ GÖRÜŞ KEÇİRİLƏCƏK

Fevralın 6-da Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Xidmətlər Agentliyi gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək. Görüşdə 200-dək təchizatçı iştirak edəcək. Görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim ediləcək.

“Məqsədimiz təchizatçıların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatını sürətləndirməkdir. Fermerlər subsidiyalarını aldığı müddətdə bütün təchizatçılar Subsidiya İnformasiya Sistemində qeydiyyatdan keçmiş və alışları kartla qəbu etməyə hazır olmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş və liberallaşmış təchizatçı bazarından seçim vermək, subsidiyalarından tamamilə rahat istifadə etməyə şərait yaratmaq bu gün qarşımızda duran əsas vəzifədir” – deyə AKİA sədri Mirzə Əliyev bildirib.

Təchizatçılarla görüş 6 fevral, 2020-ci il tarixdə, saat 11:00-də “Pullman otel”də keçiriləcək.