Güzəştli kredit haqqında

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətləri

    • kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;
    • regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;
    • kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi;
    • heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;
    • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi

     

Kredit vəsaitlərinin verilmə həddi:

  • 5000 manatadək- mikrokreditlər;
  • 5001 manatdan 30000 manatadək – kiçikhəcmli kreditlər;
  • 30001 manatdan 100000 manatadək- ortahəcmli kreditlər;
  • 100001 manatdan 200000 manatadək – böyükhəcmli kreditlər;
  • 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər;

Kredit vəsaitlərinin istifadə müddəti: 

  • Mikrokreditlər - 2 ilədək;
  • Kiçik və ortahəcmli kreditlər - 3 ilədək;
  • Böyükhəcmli kreditlər - 5 ilədək;
  • Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir;

Kredit vəsaitlərinin güzəşt müddəti:

  • Mikrokreditlər - 12 ayadək;
  • Kiçik və ortahəcmli kreditlər – 18 ayadək;
  • Böyükhəcmli kreditlər – 24 ayadək;
  • Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir;
  • Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir;
  • Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər;

Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri:

Dövlət Xidməti cəlb etdiyi vəsaitləri illik 2 faiz tətbiq etməklə müəyyən edilmiş qaydada müvəkkil kredit təşkilatlarına verir;

Agentlik nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (bu bənddə nəzərdə tutulmuş 2 faiz daxil olmaqla) 7 faizdən artıq olmamalıdır.

Kənd təsərrüfatı istehsal vasitələrinin satışı və lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi:

Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının (bundan sonra – texnika) güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

Texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir;

İdxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

Texnikanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları Agentliyinin vəsaitindən istifadə qaydası ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər. Kreditləşmə məbləğinə Agentliyinin vəsaitindən istifadə qaydasının 5.7-ci bəndinə uyğun tətbiq edilən faiz dövlət büdcəsi hesabına ödənilir.

Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

Müvafiq damazlıq heyvan üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş damazlıq heyvanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 25 faizi həcmində müəyyən edilir;

İdxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir;

Damazlıq heyvanın dəyərinin qalan hissəsini isə müvəkkil kredit təşkilatları Agentliyinin vəsaitindən istifadə qaydası ilə müəyyən edilmiş şərtlər daxilində kreditləşdirirlər.