Kənd təsərrüfatı texnikası almaq istəyirsən?

 

Nağd ödəmə ilə:

  • Texnikanı seç;
  • Bankda hesab aç və texnikanın qiymətinin güzəşt edilməyən hissəsi qədər vəsait yerləşdir;
  • Texnikanın qiymətləndirilməsi haqda akt əldə et;
  • Texnikanın kasko sığortasını etdir;
  • Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət et;

 

Kreditlə:

  • Texnikanı seç;
  • Texnikanın göstəriciləri barədə təchizatçının verdiyi arayışla müvəkkil kredit təşkilatına müraciət et;
  • Texnikanın qiymətləndirilməsi haqda akt əldə et;
  • Texnikanın kasko sığortasını etdir;
  • Texnikanın qiymətinin minimum 20%-ni ilkin ödəniş et;
  • Güzəşt məbləğinin ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət et;

 

Güzəşt edilməsi üçün tələb olunan sənədlər

  1. Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə (ərizə forması) və iltizamnamə (texnika üçün iltizamnamə formasıdamazlıq heyvan üçün iltizamnamə forması);
  2. Texniki göstəricilərə dair təchizatçının təqdim etdiyi sənəd;
  3. Təchizatçı ilə bağlanmış müqavilənin əsli;
  4. Şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial təsdiq) və bank rekvizitləri;
  5. İlkin ödənişi təsdiq edən mohürlü bank sənədi;
  6. Təchizatçının imzası və (və ya) möhürü ilə təsdiq edilmiş gömrük bəyannaməsinin surəti (idxal olunan texnika olduqda);
  7. Sığorta haqqı (kasko) ödənişini təsdiq edən sənədlər;
  8. Qiymətləndirmə aktı;

 

* Hüquqi şəxs olduqda:

  1. Nizamnamənin surəti;
  2. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti;
  3. VÖEN-in surəti;
  4. Təkbaşına və ya kollegial icra orqanının rəhbərinin təyin edilməsi haqqında sənədin surəti;