TƏKRAR ƏKİN - TEZ-TEZ VERİLƏN SUALLAR

Təkrar əkin subsidiyası nədir?

2020-ci ilin payız aylarında payızlıq əkin və ya 2021-ci ilin yaz aylarında yazlıq əkin aparan və EKTİS-də bəyan edən şəxsin ilk əkindən olan məhsulunu topladıqdan sonra 2021-ci ilin yay ayları ərzində apardığı ikinci əkin - günəbaxan, soya, darı, yem üçün sorqo və ya kartof olduqda, həmin əkinlərin hektarına 60 manat olaraq verilən əlavə əkin subsidiyasıdır. 

Təkrar əkin aparan şəxs nə vaxt, necə və hara müraciət etməlidir?

2021-ci il 1 iyun – 31 avqust tarixləri arasında təkrar əkin aparan şəxs bəyanını EKTİS-ə daxil etməlidir. Bunu şəxs www.eagro.gov.az fermer kabinetindən bilavasitə özü həyata keçirə bilər və ya DAİM, habelə “ASAN xidmət” mərkəzlərinin yardımı ilə bəyanı sistemə daxil edilər.

Təkrar əkin subsidiyasına müraciət edən şəxs mütləq ilk əkin subsidiyasını almış olmalıdır?

Xeyr ilk əkin üçün əkin subsidiyası ala bilməmiş şəxslər də təkrar əkin subsidiyasına müraciət edə bilər. Əsas şərt ilk əkin barədə bəyanın EKTİS-ə daxil edilmiş olmasıdır.

İlk əkin hansı bitkilərdən ibarət olmalıdır?
İlk əkinin hansı bitki olması ilə bağlı şərt müəyyən edilməmişdir.

Təkrar əkin hansı bitkilərdən ibarət olmalıdır?
Günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkilərindən biri və ya bir neçəsi əkilərsə təkrar əkin subsidiyasına müraciət edilə bilər.

Müraciət müddəti ötürülsə nə olacaq?
1 iyun-31 avqust arasında müraciət edilməzsə təkrar əkin subsidiyası verilməyəcək.

Təkrar əkin müxtəlif ərazilərə bəyan edilə bilərmi?
Xeyr təkrar əkin ilk əkin aparılan əraziyə bəyan edilməli və EKTİS-də xəritə üzərində ərazi çəkilməlidir. Çəkməni bilavasitə apara bilməyən fermerlər DAİM-lərdən kömək istəyə bilərlər.

Təkrar əkin subsidiya ödənişləri nə vaxt aparılacaq?
Müraciətlər toplandıqdan və monitorinqlər aparıldıqdan sonra sentyabr ayından başlayaraq ödənişlər həyata keçiriləcək.

Təkrar əkin subsidiyası necə ödəniləcək?
Təkrar əkin subsidiyası fermer kartına köçürüləcəkdir.

Təkrar əkin subsidiyasını nağdlaşdıraraq istifadə edə bilərəmmi?
Təkrar əkin subsidiyası əkin subsidiyası kateqoriyasında olduğu üçün 25% -i nağdlaşdırılaraq istifadə edilir, 75%-i nağdlaşdırılmadan fermer tərəfindən toxum, gübrə, pestisid satın alınması üçün bilavasitə təchizatçıya ödəniş üçün istifadə olunur.

Subsidiya məbləğini fermer kartımda hansı müddətə saxlaya bilərəm?
Ən çox 2 il. İki il ərzində istifadə edilməyən subsidiya məbləği varsa bu barədə fermerə xəbərdarlıq göndərilir, növbəti 3 ay ərzində istifadə edilməzsə fermerə yeni subsidiya verilmir.