2022-ci il üzrə əkin və məhsul subsidiyası ödəniləcək kənd təsərrüfatı bitkilərinin əmsalları

Aqrar Subsidiya Şurasının 2021-ci il 30 avqust tarixli iclasının 5 nömrəli protokolundan

                                                                 ÇIXARIŞ  

 

Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq

 

QƏRARA ALIR:

1.   2022-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilsin:

Bitki  növləri

Əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

Çəltik

1,8

360

Soya:

 

 

       əsas əkinlər

1,4

280

       təkrar əkinlər

0,43

86

Qarğıdalı:

 

 

       əsas əkinlər

1,05

210

       təkrar əkinlər

0,43

86

Darı:

 

 

       əsas əkinlər

1,05

210

       təkrar əkinlər

0,43

86

Sorqo:

 

 

       əsas əkinlər

0,7

140

       təkrar əkinlər

0,43

86

Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci və s.)

1,05

210

Qarabaşaq

1,1

220

Yer fındığı

1,1

220

Zəfəran

2,2

440

Günəbaxan:

 

 

       əsas əkinlər

1,2

240

       təkrar əkinlər

0,43

86

Kartof:

 

 

       əsas əkinlər

1,4

280

       təkrar əkinlər

0,43

86

Tərəvəz

1,3

260

Bostan bitkiləri

1,2

240

Yonca

0,35

70

Digər bitkilər (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla)

0,65

130

Üzüm:

 

 

       bağın salındığı ildən ilk 4 il ərzində

3,2

640

       4-cü ildən sonrakı illər üzrə

1,25

250

Üzüm bağının salınması üçün (bir dəfəyə məxsus)

40

8000

Çay:

 

 

       plantasiyanın salındığı ildən ilk 7 il ərzində

3,7

740

       7-ci ildən sonrakı illər üzrə

1,25

250

İntensiv meyvə bağları:

 

 

       bağın salındığı ildən ilk 4 il ərzində

3,65

730

       4-cü ildən sonrakı illər üzrə

1,25

250

İntensiv fındıq bağlarının salınması üçün (bir dəfəyə məxsus)

22

4400

İntensiv nar bağlarının salınması üçün (bir dəfəyə məxsus)

25

5000

İntensiv zeytun bağlarının salınması üçün (bir dəfəyə məxsus)

24,5

4900

İntensiv limon və kinkan bağlarının salınması üçün (bir dəfəyə məxsus)

55

11000

İntensiv naringi və portağal bağlarının salınması üçün (bir dəfəyə məxsus)

45

9000

Digər meyvə bağları

1,25

250

Şabalıd bağlarının salınması üçün (bir dəfəyə məxsus)

2,5

500

Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları üzrə bağın salındığı ildən ilk 4 il ərzində

3,2

640

Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün (bir dəfəyə məxsus)

45

9000

Digər giləmeyvəlilər

1,15

230

 

2. Toxum və ting istehsalçıları üzrə əkin aparılan 2 ha-dan az olmayan torpaq sahələrinin hər 2 hektarına və digər istehsalçılar üzrə əkin aparılan 5 ha-dan az olmayan torpaq sahələrinin hər 5 hektarına görə torpağın aqrokimyəvi analizi aparılmadıqda, həmin torpaq sahələrinin becərilməsinə görə bu qərarın birinci bəndi ilə müəyyən edilmiş subsidiyalar ödənilmir.

 

3. İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilsin:

- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;

- limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;

- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;

- badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;

- əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

 

4. Digər meyvə bağlarına görə əkin subsidiyasının verilməsi üçün 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədədə bərabər olması şərti müəyyən edilsin.

 

5. Bu qərarın birinci bəndində üzüm və intensiv meyvə bağları üzrə onların salındığı ildən ilk 4 il ərzində və çay plantasiyaları üzrə onların salındığı ildən ilk 7 il ərzində tətbiq edilən əkin əmsalları 2019-cu ildən başlayaraq salınmış bağlara şamil edilsin, 2019-cu ildən əvvəl salınmış üzüm, çay və intensiv meyvə bağları üzrə əkin əmsalları 1,25-ə bərabər qəbul edilsin.

 

6. Bu qərarın birinci bəndində damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları üzrə əkin əmsalı 1 hektara minimum 650 ədəd tingin əkildiyi və 2021-ci ildən salınmış bağlara şamil edilsin, 1 hektara 650 ədəddən az tingin əkildiyi və 2021-ci ildən əvvəl salınmış kivi bağlarına əkin subsidiyası bu qərarın birinci bəndinə uyğun olaraq digər giləmeyvəlilərə tətbiq edilən əmsala görə hesablansın. 

 

7. Bu qərarın birinci bəndində çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.

8. Bu qərarın birinci bəndində fındıq üzrə əkin əmsalı Ağdaş, Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.

 

9. Bu qərarın birinci bəndində çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.

 

10. Bu qərarın birinci bəndində limon, kinkan, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.

 

11. Bu qərarın birinci bəndində qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkiləri üzrə 2022-ci il 1 iyunadək aparılmış əkinlər əsas əkinlərə, 1 iyun-1 sentyabr ayları  ərzində aparılmış əkinlər isə təkrar əkinlərə aid edilsin.

 

12. Bu qərarın birinci bəndində intensiv bağların salınması üçün nəzərdə tutulan bir dəfəyə məxsus əkin subsidiyası nar və zeytun bağları deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində, fındıq bağları boş olan meşə fondu torpaqlarında və dağ və dağətəyi ərazilərdə salınan bağlara şamil edilsin, digər torpaq sahələrində intensiv nar, zeytun və fındıq bağlarının salınması üçün bir dəfəyə məxsus nəzərdə tutulan əkin subsidiyası üçün əkin əmsalı 0-a bərabər qəbul edilsin.

 

13. Bu qərarın birinci bəndində üzüm bağlarının salınması üçün nəzərdə tutulan bir dəfəyə məxsus əkin subsidiyası Ağdam,  Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində salınan bağlara şamil edilsin, digər torpaq sahələrində salınan üzüm bağları üzrə bir dəfəyə məxsus nəzərdə tutulan əkin subsidiyası üçün əkin əmsalı 0-a bərabər qəbul edilsin.

 

14. 2022-ci ildə məhsul əmsalları və məhsul subsidiyasının məbləği xam pambıq, tütün və şəkər çuğunduru üzrə aşağıdakı kimi müəyyən edilsin.

Bitki növləri

Məhsul əmsalı

Subsidiyanın məbləği (manat/ton)

Pambıq

0,85

170

Tütün:

 

 

        Virciniya sortu, yaş

0,13

26

                digərləri: quru

0,9

180

                              yaş

0,09

18

Şəkər çuğunduru

0,06

12

 

15. Bu qərarın on dördüncü bəndində pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.

 

16. Bu qərarın on dördüncü bəndində tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.