Request for Experession of Interest for Impact Assessment Study

Baku, July 12, 2019

 

REQUEST FOR EXPRESSIONS OF INTEREST

(CONSULTANT SERVICES)

 

Republic of Azerbaijan and

International Fund for Agricultural Development (IFAD)

Loan No: I-838-AZ

 

Integrated Rural Development Project

 

Contract Title:

Impact Assessment Study

Reference No.: IRDP- # 4.2

 

 

The Republic of Azerbaijan has received financing from the IFAD toward the cost of the Integrated Rural Development Project, and intends to apply part of the proceeds toward payments under the contract for Impact Assessment Study. The main objective of the assignment is to assess the impact of project interventions on beneficiaries within the period of January 2011 – December 2019). The assessment will compare socio-economic situation of beneficiaries and non-beneficiaries with the aim of understanding and quantifying the impact of various project components individually and collectively. In addition, the assessment will measure the project impact on poverty, livelihood and nutrition of direct and indirect beneficiaries.  The assignment is planned to be implemented within 3 months starting from September-October 2019.  More detailed information is provided in draft Terms of References.

 

 

The Agency for Agro Credit and Development under the Ministry of Agriculture now invites eligible consultants to indicate their interest in providing the services. Interested Consultants should provide information demonstrating that they have the required qualifications and relevant experience to perform the Services. The shortlisting criteria are: (i) the applicant organization should have at least 8 years of experience in the coordination and/or management of quantitative household surveys; (ii) expertise in statistical analyses (familiarity with data processing and data analysis software such as SPSS is highly desirable); (iii) availability of staff with higher education on agriculture economics or social subject; (iv) demonstrated ability to work in a multicultural environment and establish harmonious and effective relationships with national partners.

 

Consultants may associate with other firms in the form of a joint venture or a sub consultancy to enhance their qualifications. In this case of association, the roles and responsibilities of each partner should be clearly indicated. 

 

Consultant will be selected under Consultants Qualifications Selection (CQS) method as specified in the IFAD’s Guidelines: Project Procurement Guidelines (Procurement Guidelines adopted by the Executive Board of IFAD at its 100th Session in September 2010), and is open to all eligible bidders as defined in the Procurement Guidelines.

 

Interested consultants may obtain further information at the address below during office hours from 10:00 to 17:00 (local time).

 

Expressions of interest must be delivered in a written form to the address below (in person, by mail or by e-mail) by July 26, 2019, 17.00 local time.

 

Agency for Agro Credit and Development under the Ministry of Agriculture

Integrated Rural Development Project

Attention: Vugar Mehdiyev, Project Diector

25E, Nobel ave., Baku White City Office Buildings, 3rd floor

Az1025, Baku, Azerbaijan

Tel:  (+99412) 525 01 18

Fax: (+99412) 525 01 14

E-mail: haciyevaaybeniz@gmail.com; vugar.mehdiyev@gmail.com; kamran.bayramov@gmail.com  

Web site: www.akia.gov.az 

 

 

Bakı ş., 12 iyul 2019-cu il

 

MARAQ İFADƏLƏRİ ÜÇÜN SORĞU

(MƏSLƏHƏT XİDMƏTLƏRİ)

 

Azərbaycan Respublikası və

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD)

 

Kredit No: I-838-AZ

 

Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi

 

Müqavilənin adı:

Təsirin Qiymətləndirilməsi Araşdırması

İstinad No.: IRDP- # 4.2

 

 

Azərbaycan Respublikası Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsinin maliyyələşdirilməsi üçün IFAD-dan maliyyə vəsaiti almışdır və bu vəsaitlərin bir hissəsini Təsirin Qiymətləndirilməsi Araşdırmasının aparılması üçün istifadə etmək niyyətindədir. Bu tapşırığın əsas məqsədi yanvar 2011- dekabr 2019-cu il müddətində layihənin benefisiarlar üzərində təsirini qiymətləndirməkdir. Bu araşdırma layihənin müxtəlif komponentlərinin təsirinin fərdi və kollektiv şəkildə başa düşülməsi və kəmiyyətinin ölçülməsi məqsədilə benefisiarların və qeyri-benefisiarların sosial-iqtisadi vəziyyətini müqayisə edəcək. Əlavə olaraq, bu araşdırma layihənin birbaşa və dolayı faydalananların yoxsulluq, yaşayış səviyyəsi və qidalanması üzərində göstərdiyi təsiri ölçəcək. Araşdırmanın 2019-cu ilin sentyabr-oktyabr aylarından başlayaraq 3 ay müddətində aparılması nəzərdə tutulur. Daha təfsilatlı məlumatlar Texniki Tapşırığın ilkin versiyasında verilmişdir.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hal-hazırda bu Xidmətlərin icra olunmasında maraqlı olduqlarını ifadə etmək üçün meyarlara uyğun gələn məsləhətçiləri dəvət edir.  Maraqlanan Məsləhətçilər bu Xidmətləri yerinə yetirmək üçün tələb olunan kvalifikasiya və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumatı təqdim etməlidirlər. Qısa siyahıya daxil edilən meyarlar bunlardır: (i) iddiaçı ev təsərrüfatları ilə kəmiyyət sorğularının koordinasiyası və/yaxud idarə edilməsində ən azı 8 il iş təcrübəsinə malik olmalıdır; (ii) statistik təhlillərdə texniki təcrübə (SPSS kimi məlumatın emalı və məlumatın təhlili üzrə proqram təminatı ilə tanışlıq yüksək dərəcədə arzu olunandır); (iii) kənd təsərrüfatının iqtisadiyyatı və ya sosial fənnlər üzrə ali təhsilə malik işçi heyətinin olması; (iv) çox-mədəniyyətli bir mühitdə işləmək və milli tərəfdaşlarla harmonik və effektiv münasibətlər qurmaq qabiliyyəti.

 

Məsləhətçilər öz kvalifikasiyalarını artırmaq üçün birgə müəssisə və ya sub-məsləhət xidməti formasında digər firmalarla birləşə bilərlər. Belə birləşmə halında, hər bir tərəfdaşın rolu və məsuliyyətləri aydın şəkildə göstərilməlidir. 

 

Məsləhətçi IFAD-ın Qaydaları: Layihənin Satınalma Qaydalarında (IFAD-ın İdarə Heyətinin 2010-cu ilin sentyabr ayında keçirilmiş 100-cü sessiyasında qəbul edilmiş Satınalma Qaydaları) göstərildiyi kimi Məsləhətçilərin Kvalifikasiyasına əsasən Seçim metodu ilə seçiləcək və Satınalma Qaydalarında müəyyən edildiyi kimi bütün uyğun iddiaçılar müraciət edə bilər.

 

Maraqlanan məsləhətçilər iş saatları ərzində saat 10:00-dan 17:00-a kimi (yerli vaxtla) aşağıdakı ünvandan əlavə məlumat ala bilərlər.

 

Maraq ifadələri 26 iyul 2019-cu il, yerli vaxtla saat 17:00-a kimi aşağıdakı ünvana (şəxsən, məktub şəklində və ya elektron poçt vasitəsilə) yazılı formada çatdırılmalıdır.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi

Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi

Kimə: Vüqar Mehdiyev, Layihə Direktoru

Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 3 mərtəbə

Az1025, Bakı, Azərbaycan

Tel:  (+99412) 525 01 18

Faks: (+99412) 525 01 14

E-mail: haciyevaaybeniz@gmail.com; vugar.mehdiyev@gmail.com; kamran.bayramov@gmail.com  

Vebsayt: www.akia.gov.az