GÜBRƏ TƏCHİZATÇILARININ VƏ GÜBRƏ TƏCHİZATÇISI OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

Aqrar Kredit və İnkişaf Agentliyində gübrə təchizatı ilə məşğul olanları 27 avqust 2019-cu  il tarixdə görüşə dəvət edir. Görüş saat 11.00-da AKİA-nın ofisində - Bakı Ağ Şəhər ofis binası, Nobel prospekti 25E ünvanında keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş yeni subsidiya qaydaları və bu qaydaların gübrə satışına tətbiqi, təchizatçıların AKİA ilə tərəfdaşlığının qurulması və tənzimlənməsi, fermerlərin daha çox ehtiyac duyduqları gübrələrlə təchizat kimi məsələlər görüşdə müzakirə ediləcək.
İştirak etmək istəyən gübrə təchizatçıları 22 avqust saat 18.00-dək qeydiyyata düşə bilərlər. Qeydiyyat üçün telefon nömrəsi: 050 7644905 (tədbir üzrə məsul mütəxəssis Orxan Nağızadə)