Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində heyata keçirilən kotirovka sorğusu

Azərbaycan Respublikası
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
Kredit No: 8286-Az
Müqavilənin adı:

İstinad No (Satınalma Planına uyğuna olaraq): A2/G-11

  1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi / Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi tədris-metodiki vəsaitlərin satın alınması ilə bağlı Təchizatçı şirkət cəlb etmək niyyətindədir. Bununla, Sifarişçi uyğun təklifçiləri qiymət təklifi verməyə dəvət edir. 

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agenliyi/”Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin Bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi sub-komponenti çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin “Bitki mühafizəsi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırılmasının həyata keçirilməsi məqsədilə müasir tədris-metodiki vəsaitlərin satın alınması planlaşdırılır. Dərs vəsaitlərinin çatışmazlığını aradan qaldırmaq üçün həyata keçiriləcək satınalma ADAU-nun rəhbərliyi tərəfindən hazırlanıb təqdim olunmuş tədris-metodiki vəsaitlərin siyahısı əsasında olacaqdır. 
Qeyd olunanları nəzərə alaraq müvafiq təchizatçı şirkətləri kitabların satın alınması məqsədi ilə kotirovka sorğusuna dəvət edirik. 10 dekabr 2019-cu il tarixinədək gec olmayaraq maraq ifadələrini aşağıdakı eletron ünvanlara göndərməyiniz xahiş olunur. 

       2. Təqdim olunacaq sənədlər: Nizamnamə, VÖEN, Dövlət reysterindən çıxarış, vergi və digər dövlət orqanlarına borcun olmaması haqqında arayış, tədris-metodiki vəsaitlərin satışında oxşar təcrübə haqqında məlumat.

       3. Satınalma fəaliyyətində maraqlı qiymət təklifçiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi / Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsində cənab Anar Əzimovdan daha ətraflı məlumat əldə edə bilərlər (a.azimov@akia.gov.az; anarazim@gmail.com; gunelsafaraliyeva@gmail.com; nargiz.acip@gamil.com; n.isgandarova@akia.gov.az;) və verilən aşağıdakı ünvanda saat 09.00 – 18:00 arası kotirovka sənədlərini əldə edə bilərlər.

Benefisiar: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi / Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi                                                 Benefisiarın VÖEN-i: 1700428481
Benefisiarın bankı: Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti,, Premier Müştəri Xidmətləri Şöbəsi
S.W.I.F.T: IBAZAZ2X
Bank Kodu: 805250
Bankın VÖEN-i: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944 Azərbaycan Mərkəzi Bank (AZN)
Müxbir hesab: 36083186 Citibank N.A, New York, NY; 
SWIFT kodu: CITIUS33XX (ABŞ dolları üçün)