AGRO NEWS

İmişli rayonunda Buğda pası xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair təlim keçirilib

İmişli rayonunda Buğda pası xəstəliklərinə qarşı mübarizə tədbirlərinə dair təlim keçirilib.
İştirakçılara buğda bitkisində pas xəstəliyinin növləri, xəstəliyə davamlı sortların yaradılması seleksiyasının idarəedilməsi və mübarizə tədbirləri barədə məlumatlar verilib. Təlimin keçirilməsində əsas məqsəd sahə üzrə mütəxəssislərin təcrübə və biliklərinin artırılması, gələcəkdə buğda pası xəstəliklərinə qarşı mübarizə ilə məşğul ola biləcək kadrların hazırlanması və mövcud potensialın gücləndirilməsi olub.
Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri iştirak edib.
Təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə "Buğda pasının idarə edilməsi üçün regional əməkdaşlığın və milli imkanların gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.