USEFUL INFORMATION

Replanting - Frequently Asked Questions

Sual: Təkrar əkin subsidiyası nədir?
Cavab:  Təkrar əkin subsidiyası fermerlərə eyni sahə üçün bir ildə 2 dəfə əkin subsidiyası almağa imkan verən dəstək mexanizmidir. Payızlıq əkin aparan fermer, məhsulunu topladıqdan sonra yay ayları ərzində apardığı ikinci əkini EKTİS-də bəyan edərək, təkrar əkin subsidiyası almaq imkanı əldə edir.
Sual: Təkrar əkin hansı bitkilərdən ibarət olmalıdır?
Cavab:  
Günəbaxan, qarğıdalı, soya, darı, sorqo, çəltik, kartof bitkilərindən biri və ya bir neçəsi əkilərsə fermer təkrar əkin subsidiyası almaq üçün müraciət edə bilər. 
Sual: Təkrar əkin subsidiya məbləği nə qədərdir?
Cavab:  Təkrar əkinlərə görə verilən subsidiyaların məbləği Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara görə hesablanır. Hazırda bu məbləğ 100 AZN-dır.
Sual: Təkrar əkin  üçün nə vaxt və hara müraciət etməliyəm?
Cavab:   Təkrar əkin aparan şəxs 1 iyun – 31 avqust tarixləri arasında bəyanını EKTİS-ə daxil etməlidir. Bunu şəxs www.eagro.gov.az saytına daxil olaraq fermer kabinetindən bilavasitə özü həyata keçirə və ya DAİM, habelə “ASAN xidmət” mərkəzlərinin yardımı ilə edə bilər.
Sual:  Müraciət müddəti bitərsə nə baş verəcək?
Cavab: 
1 iyun-31 avqust arasında müraciət edilməzsə təkrar əkin subsidiyası verilməyəcək.
Sual:  Təkrar əkini müxtəlif ərazilərdə bəyan edə bilərəmmi
Cavab: Xeyr, təkrar əkin ilk əkin aparılan əraziyə bəyan edilməli və EKTİS-də xəritə üzərində ərazi çəkilməlidir. Bunu bilavasitə apara bilməyən fermerlər DAİM-lərdən kömək istəyə bilərlər.
Sual:  Təkrar əkin subsidiya ödənişləri nə vaxt aparılacaq?
Cavab:  Müraciətlər toplandıqdan və monitorinqlər aparıldıqdan sonra sentyabr ayından başlayaraq ödənişlər həyata keçiriləcək.
Sual:  Təkrar əkin subsidiyası necə ödəniləcək?
Cavab:  Təkrar əkin subsidiyası fermer kartına köçürüləcək.
Sual: Təkrar əkin subsidiyasını nağdlaşdıraraq istifadə edə bilərəmmi?
Cavab:  :  Təkrar əkin subsidiyası əkin subsidiyası kateqoriyasında olduğu üçün 25% -i nağdlaşdırılaraq istifadə edilir, 75%-i əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur.

Sual: Təkrar əkin hansı bitkilərdən ibarət olmalıdır?
Cavab:  
Günəbaxan, qarğıdalı, soya, darı, sorqo, çəltik, kartof bitkilərindən biri və ya bir neçəsi əkilərsə fermer təkrar əkin subsidiyası almaq üçün müraciət edə bilər. 
Sual:  Təkrar əkin subsidiyasını almaq üçün əsas əkini bəyan etməliyəmmi?
Cavab:  
Bəli, fermerin bu il ilk əkin aparması barədə bəyanı da mütləq şəkildə EKTİS-də olmalıdır. Əks halda fermer təkrar əkinə görə subsidiya əldə edə bilməyəcək.
Sual:  Təkrar əkin subsidiyasını almaq üçün əsas əkini bəyan etməliyəmmi?
Cavab:  Bəli, fermerin bu il ilk əkin aparması barədə bəyanı da mütləq şəkildə EKTİS-də olmalıdır. Əks halda fermer təkrar əkinə görə subsidiya əldə edə bilməyəcək.