Aqrokimyəvi Analizlər üzrə Laboratoriyalar və Qaydalar

  • HOME PAGE
  • Aqrokimyəvi Analizlər üzrə Laboratoriyalar və Qaydalar
Hüquqi əsas:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydalarının” 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün müəyyən edilmiş müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:
  • elektron bəyannamə (müraciəti);
  • torpaq sahəsinin xüsusiyyətlərini və fermerin istifadə hüququnu təsdiq edən sənəd (dövlət informasiya ehtiyatı və sistemlərində olduqda müvafiq qurumdan avtomatik formada daxil edilir);
  • kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədlər (Aqrokimyəvi analiz verdikdən sonra EKTİS-də avtomatik olaraq əks olunur);
  • sığortalanmalı olan bitkilərə münasibətdə sığorta müqaviləsi (Sığortalandıqdan sonra EKTİS-də avtomatik olaraq əks olunur);
  • məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri;
  • və qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti digər sənədlər.
Göründüyü kimi, əkin, məhsul, toxum subsidiyası almaq üçün fermerlər tərəfindən bəyan dövründən öncə torpaqların aqrokimyəvi analizləri aparılmalı və subsidiyaya müraciət dövründə aqrokimyəvi anazlilərin nəticələrinə dair məlumatlar avtomatik olaraq, EKTİS-ə daxil etməlidirlər. Belə ki, bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar. Bir torpaq sənədi üzrə 3 ha-dan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi könüllü müraciəti əsasında aparılır.
Torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair digər tələblərlə Dövlət xidmətlərinin elektron reyestri vasitəsilə tanış ola bilərsiniz.
Faydaları:
Aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı üstünlüklər təmin edir. Belə ki, torpaqda hansı qida elementinin (azot, fosfor və kalium) çatışmadığını və hansının isə  normadan artıq olduğunu müəyyən etməyə kömək edərək  lazımsız gübrə tətbiqinin qarşısını alaraq fermerin gübrə xərclərinə qənaət edir. Ehtiyaclarına uyğun gübrə normaları seçilərsə, məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Torpağın pH səviyyəsi və duzluluq kimi göstəricilər təyin olunur ki, bu da torpaqların münbitliyinin artıb azalmasına nəzarət etməyə imkan verir.
Qaydalar:
Torpaq sahəsinin aqrokimyəvi analizinin aparılmasını istəyən istənilən fiziki və hüquqi şəxs (“Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatı olmalıdır) aqrokimyəvi analiz aparan laboratoriyaya (siyahı əlavə olunur) müraciət edir, müraciət əsasında fermer ilə xidmətin göstərilməsinə dair müqavilə bağlanılır və xidmətin göstərilmə vaxtı, yeri, xidmət haqqı və nümunələrin götürülməsi üsulları barədə fermerə məlumat verilir.
Nümunə 2 şəkildə götürülə bilər:
  1. Laboratoriya tərəfindən - Nümunənin götürülməsinin laboratoriya tərəfindən aparılmasını istəyən fermer əlavə ödənişlə bu xidmətdən istifadə edə bilər.
  2. Fermer tərəfindən - Fermer torpaq nümunəsi götürüləcək əraziyə yaxınlaşaraq, “yonca” mobil tətbiqi vasitəsilə və ya laboratoriya tərəfindən ona təqdim olunmuş müvafiq keçid (sample-coordinates.eagro.az) üzərindən giriş edərək ərazinin coğrafi koordinatlarını qeydə alır. Bu zaman tətbiq və ya müvafiq keçid üzərindən fermere avtomatik formalaşdırılan torpaq nümunəsi kodu göndərilir.
Torpağın aqrokimyəvi analizi üçün nümunələrin götürlməsi qaydaları aşağıdakı kimidir:
  • Bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir;
  • Toxum subsidiyası almaq üçün müraciət edən fermerlər bəyan etdikləri ümumi toxumluq əkin sahəsi üzrə hər 2 hektar ərazidən 1 nümunə götürərək analiz verməlidir;
  • Bəyan edilmiş ümumi əkin sahəsi üzrə hər 5 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 0-30 sm və 30-60 sm dərinliklərdə olmaqla 2 nümunə) götürülməlidir;
  • Çoxillik bitkilərdən yonca, zəfəran, yer fıstığı, razyana, çiyələk, lavanda, xaşa və biyan üzrə torpaq nümunəsi birillik bitkilərdə olduğu kimi 0-30 sm dərinlikdə götürülməlidir;
  • Nümunələr məhsul yığımından sonra, növbəti əkinə qədər olan dövrdə götürülməlidir;
  • Bir torpaq sənədi üzrə bəyan edilmiş torpaq sahəsi 1000 ha və yuxarı olduqda hər 10 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 2 nümunə) götürülməlidir;
  • Torpaq sahəsinin sahibi dəyişdikdə, yeni istifadəçi növbəti bəyan mövsümündə yenidən analiz üçün müraciət etməlidir;
  • Bitkiçilik sahəsi üzrə subsidiya almaq üçün müraciət edən fermerin bəyan etdiyi torpaq sahəsi üzrə təqdim etdiyi aqrokimyəvi analizin nəticələri analizin aparıldığı əkin ilindən etibarən 2 əkin ili (sentyabr – avqust) qüvvədə qalır.
 
Aqrokimyəvi analiz aparan laboratoriyaların siyahısı:

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi
Bərdə rayonu, Divanlı kəndi
020 202 23 05
berde.lesm@axa.gov.az
Göygöl rayonu, H.Əliyev pr.142
012 562 86 93
goygol.lesm@axa.gov.az 
Quba rayonu, H.Əliyev prospekti 218 
012 562 86 93
   quba.lesm@axa.gov.az 
Lənkəran r. Şəhidlər xiyabanı küçəsi 178
012 562 85 67
   lenkeran.lesm@axa.gov.az 
Abşeron rayonu, Xırdalan şəhəri
    012 342 42 50    
m.laboratory.lesm@axa.gov.az 
Sabirabad rayonu, Qalaqayın kəndi
    012 562 86 93    
sabirabad.lesm@axa.gov.az 
Salyan rayonu, Arbatan kəndi
012 562 86 93
salyan.lesm@axa.gov.az 
Bakı-Şamaxı-Yevlax yolu 120 km
020 265 21 56
shamakhi.lesm@axa.gov.az 
Səki şəhəri, M.Ə. Rəsulzadə küç 6
 024 245 09 76
sheki.lesm@axa.gov.az 
Tovuz şəhəri, Səyyad Qılıcov küçəsi 55
012 562 85 57
   tovuz.lesm@axa.gov.az 
Ucar şəhəri, M. Ə. Rəsulzadə küçəsi
   020 213 06 84   
   ucar.lesm@axa.gov.az
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin "Funksional Analizlər" laboratoriyası
Bakı şəhəri, Pirşağı qəs., 2 saylı sovxoz
012 341 11 66
info@teti.az
"AGRO" Bitki Klinikası MMC-nin sınaq laboratoriyası
Bakı ş. Nərimanov r, Ələsgər Qayıbov 12/22  
051 225 43 43
office@abk.az 
"AQRO TEST GROUP" MMC-nin Sınaq laboratoriyası
Bakı şəhər, Nərimanov r, A.Orucəliyev küç.,məhəllə 911
099 283 94 94
info@aqrotestgroup.az
"Azərşəkər" MMC-nin AGROLAB kənd təsərrüfatı laboratoriyası
Yevlax şəhəri, Heydər Əliyev prospekti 111,
051 229 63 60
info@agro-lab.az 
Qusar-Xudat yolu, Azpetrolun yaxınlığı, 
012 504 77 77
info@agro-lab.az 
"MİKROBİOLAB" MMC-nin Sınaq Laboratoriyası
    Nərimanov rayonu, Ədhəm Orucəliyev 5A
                 012 514 01 72
                                info@mikrobiolab.az