Animal husbandry

1. Xidmətin adı

Heyvan subsidiyası.

2. Xidmətin məzmunu

Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə subsidiyanın verilməsi.

3. Xidməti həyata keçirən qurumun və (və ya) struktur bölmənin adı

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra - AKİA), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzləri (bundan sonra - DAİM).

4. Xidmətin icrasında iştirak edən digər qurum və ya struktur bölməsinin adı

"ASAN xidmət" mərkəzlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, kiçik və orta biznes (bundan sonra - KOB) evlərində KOB dostu.

5. Xidmətin hüquqi əsası

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın

(bundan sonra - Qayda) 1.2.12-ci yarımbəndi və 4.1-ci bəndi

6. Xidmətin həyata keçirilmə formaları

•   Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;

•   Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması

7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması

•   E-poçt vasitəsilə məlumatlandırma;

•   Şəxsi kabinet vasitəsilə məlumatlandırma;

•   SMS vasitəsilə məlumatlandırma.

8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Subsidiyanın verilməsi.

9. Xidmət istifadəçisi barədə məlumat 

Fiziki və hüquqi şəxslər (fermer)

Qeyd: Fermer - kənd təsərrüfatı məhsullarının istehsalçısı olan, FİN/VÖEN nömrəsi və öz adına olan mobil nömrə əsasında “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçən şəxsdir.

10. Xidmətin həyata keçirilməsi müddəti

Süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan sağlam heyvan barədə məlumat DAİM tərəfindən EKTİS-də təsdiqləndikdən sonra 15 iş günü ərzində.

11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti

Elektron qaydada müraciətlər real vaxt rejimində qəbul olunur.

12.Xidmətin göstərilmə yeri

EKTİS (elektron mühitdə), DAİM, "ASAN xidmət" mərkəzləri və ya KOB-un inzibati binalarında

13.Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları

Qaydanın 2.10-cu, 4.1-ci bəndlərinə, 4.4.1-ci, 4.4.2-ci və 4.4.3-cü yarımbəndlərinə  əsasən subsidiyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

               •   fermer EKTİS-də qeydiyyatdan keçmədikdə;

               •   süni mayalanma bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və EKTİS-də qeydiyyatdan keçmiş mütəxəssislər tərəfindən həyata keçirilmədikdə;

               •   süni mayalanma məqsədi ilə yaradılmış və həmin mərkəzlərdə istehsal olunmuş, habela EKTİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilmədikdə;

               •   doğulan heyvan sağlam olmadıqda;

               •   buzov ölkəyə idxal olunan cins heyvandan doğulduqda;

               • tələb olunan məlumatlar vaxtında və ya düzgün təqdim edilmədikdə.

14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

         •   Ərizə;

         •   Heyvan, süni mayalanmanın aparılması, buzovun doğulması və sağlam olması barədə məlumatlar.

15. Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank  və s.) nümunələri

Elektron ərizə.

16. Xidmətin ödənişli və ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Ödənişsiz.

Heyvanın süni mayalanması və identifikasiyası (birkalanması) xidməti süni mayalanma mütəxəssisi (bundan sonra - SMM) ilə heyvan sahibi (fermer) arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir. Subsidiyaya müraciət ödənişsiz qaydada təmin edilir.

17. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Addım 1. Fermer heyvanı süni mayalandırmaq məqsədilə SMM ilə əlaqə saxlayır, heyvanı barədə məlumatı verir, şərtlərdə şifahi razılaşma olduqda ünvanını bildirərək mayalanma üçün gəliş vaxtı dəqiqləşdirilir. 

Addim 2. SMM fermer ilə müqavilə bağlayaraq heyvanı süni mayalandırdıqdan sonra birkalayır və bununla bağlı məlumatları EKTIS-a daxil edir.

          •   Fermer ona ən yaxın SMM barədə məlumatı EKTİS-də şəxsi kabineti vasitəsilə, DAİM və ya Çağrı mərkəzinə müraciət etməklə əldə edə bilər.

          •  İlk süni mayalanma uğursuz olduqda müqavilə şərtlərinə uyğun olaraq təkrar mayalanma aparıla bilər.

          •  Fermer heyvanları barədə məlumatları əvvəlcədən EKTİS-də şəxsi kabinetində "Heyvanlarım" bölməsində sistemə daxil edə bilər.

Addım 3. Fermer doğulan buzov (mayalanmadan təqribən 9 ay sonra) barədə dərhal SMM-nə xəbər verir.

Addım 4. Buzov doğulduqdan 10 gün sonra 5 gün müddətində SMM tərəfindən həmin buzovun da birkalanması həyata keçirilir, buzovla bağlı məlumatlar və buzovun şəkli EKTİS-ə daxil edilir və bu haqda bildiriş EKTİS vasitəsilə ən yaxın EKTİS-də qeydiyyatda olan sahə baytarına göndərilir.

Addım 5. Sahə baytar mütəxəssisi 5 gün müddətində buzovun sağlamlığını yoxlayır və bu barədə məlumatı EKTIS-ə daxil edir.

              •   Sahə baytar mütəxəssisi sözügedən məlumatı tələb olunan müddətdə EKTİS-ə daxil etmirsə və ya fermer verilmiş məlumatlar ilə razı deyilsə 3 gün müddətində DAİM-i məlumatlandırmalıdır. DAİM 5 gün müddətində əlavə mütəxəssis cəlb etməklə buzovun sağlamlığını yenidən yoxlatdırmalı və bu barədə məlumatı EKTİS-ə daxil etməlidir.

Addım 6. Daxil edilən məlumatlar əsasında subsidiyaya müraciət avtomatlaşdırılmış qaydada formalaşır və subsidiya məbləği hər bir sağlam buzova görə 100 manat məbləğində müəyyən edilir. Fermer tərəfindən EKTİS-də şəxsi kabinetində formalaşan subsidiyaya müraciət təsdiq edilir.

Addım 7. Fermerin təsdiqindən sonra DAİM tərəfindən 10 gün müddətində yerində müşahidə əsasında monitorinq həyata keçirilərək heyvanın mövcudluğu müəyyən edilir və müraciət təsdiqlənir.

             •    Sahə baytar mütəxəssisinin məlumatından şikayət təqdim edilmiş və DAİM vasitəsilə əlavə mütəxəssis cəlb edilməklə heyvanın sağlamlığının yoxlanması həyata keçirilibsə, DAİM fermerin ərizə təsdiqindən sonra yerinde müşahidəni həyata keçirməyərək subsidiyaya müraciəti təsdiq edir.

Addım 8. DAİM tərəfindən təsdiq edildikdən sonra 15 iş günü müddətində AKİA subsidiya ödənişinin fermerin Fermer kart hesabına köçürülməsini təmin edir.

18. Xidmətdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barəda məlumatlar

Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilƏn məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız üzərində və ya EKTİS vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır

19. Xidmətin həyata keçirilməsində istifadə  edilən informasiya sistemi və  ehtiyatları

EKTİS.

20. Xidmətin elektronlaşma  səviyyəsi

Elektronlaşdırılıb.

21. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi

Qismən  avtomatlaşdırılıb.

22. Xidmətdə dəyişikliklər edilməsinin və xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi