AGRO NEWS

“Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində "Ferma Biznes Məktəbləri" fəaliyyəti üzrə təlimlər həyata keçirilir.

Bu məqsədlə, pilot rayonlardan (Ağcabədi, Beyləqan, Zaqatala) seçilmiş fasilitatorlar üçün "Ferma Biznes Məktəbləri" üzrə yekun təlimlər 7-11 aprel 2023-cü il tarixlərində Zaqatalada təşkil edilib.
Təlimlərin sonunda hər pilot regionda bir "Ferma Biznes Məktəbi" qurulacaq və istehsalçıların bazarla və təchizat vasitələrinə çıxışla bağlı problemlərinə töhfə verəcəkdir.
Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. #faoazerbaijan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi