Zaqatala, Beyləqan və Ağcabədi rayonlarında qoyunçuluğun davamlı inkişafı və dəyər zəncirinin yaradılması layihəsi çərçivəsində praktiki təlimlər həyata keçirilib.

2023-04-06

Zaqatala, Beyləqan və Ağcabədi rayonlarında qoyunçuluğun davamlı inkişafı və dəyər zəncirinin yaradılması layihəsi çərçivəsində praktiki təlimlər həyata keçirilib.
Təlimlərin məqsədi xəstəliklərin idarəedilməsi, qoyunçuluq təsərrüfatlarının iqtisadi aspektləri, heyvan xəstəliklərinə qarşı peyvəndləmə, ekstensiv və intensiv təsərrüfatlarda yemləmə kimi mövzuları əhatə etməklə baytarlar və qoyunçuluqla məşğul olan fermerlər arasında məlumatlılıq səviyyəsinin artırılması olmuşdur.
Təlimlərdə həmçinin fermerlərin təchizat vasitələri, maliyyə və informasiyaya çıxış imkanlarının genişləndirilməsi mövzuları müzakirə olunub. Həmçinin, dünyada baş verən gözlənilməz proseslərin bu sektora təsirinin azaldılması ölkənin ərzaq təhlükəsizliyi baxımından zəruri olması müzakirə edilib.
“Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq Proqramı çərçivəsində birgə icra edilir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi #faoazerbaijan #KTN