Aqrar subsidiya şurası

Aqrar Subsidiya Şurasının 2021-ci il 04 mart tarixli iclasının 4 №-li  protokolundan
                                                                                 ÇIXARIŞ
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq
                                                                            QƏRARA ALIR:
  1. 2021-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilsin: “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 1 nömrəli Qərarı ilə dizel yanacağının qiymətinin artırılmasının kənd təsərrüfatına edə biləcəyi mənfi təsirin qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci il üzrə veriləcək əlavə əkin subsidiyası, yeni əkin əmsalları və əkin subsidiyası aşağıdakı kimi müəyyən edilsin:
Bitki növləri
09.12.2020 təsdiqlənən  əkin əmsalı
Əkin subsidiyası (manat/ha)
Yanacağa görə əlavə (manat/ha)
Yeni əkin əmsalı
Cəmi əkin subsidiyası (yeni)  (manat/ha)
Buğda:
 
 
 
 
 
əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə
1,0
200
40
1.2
240
əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə
0,8
160
20
0.9
180
Çəltik
1,4
280
40
1.6
320
Soya
1,3
260
20
1.4
280
Qarğıdalı
0,8
160
40
1.0
200
Darı
0,8
160
20
0.9
180
Sorqo
0,5
100
40
0.7
140
Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.)
0,8
160
20
0.9
180
Qarabaşaq
0,9
180
40
1.1
220
Yer fındığı
0,9
180
40
1.1
220
Zəfəran
2,0
400
40
2.2
440
Günəbaxan:
1,0
200
40
1.2
240
Tütün
1,4
280
40
1.6
320
Pambıq
1.1
220
40
1.3
260
Şəkər çuğunduru
1,4
280
50
1.65
330
Kartof
1,2
240
40
1.4
280
Tərəvəz
1,2
240
20
1.3
260
Bostan bitkiləri
1,1
220
20
1.2
240
Yonca
0,25
50
20
0.35
70
Digər bitkilər
0,5
100
30
0.65
130
Üzüm:
 
 
 
 
 
  bağın salındığı ildən ilk 4 il ərzində
3,0
600
40
3.2
640
  4 ildən sonrakı illər üzrə
1,2
240
10
1.25
250
Çay:
 
 
 
 
  plantasiyanın salındığı ildən ilk 7 il ərzində
3,5
700
40
3.7
740
  7-ci ildən sonrakı illər üzrə
1,2
240
10
1.25
250
İntensiv meyvə bağları:
 
 
 
 
 
  bağın salındığı ildən ilk 4 il ərzində
3,5
700
30
3.65
730
  4 ildən sonrakı illər üzrə
1,2
240
10
1.25
250
Digər meyvə bağları
1,2
240
10
1.25
250
Giləmeyvəlilər
1,0
200
30
1.15
230
Təkrar əkinlər
0,3
60
26
0.43
86
Qeyd. Dizel yanacağına görə veriləcək 36.1 milyon manat əlavəyə uyğun olaraq cəmi əkin subsidiyası da hesablanmışdır.
  1. Hazırda bitkiçilik sahəsində subsidiya ödənişlərinə başlandığı, habelə əlavələrin ödənilməsi ilə bağlı Subsidiya İnformasiya Sisteminin müvafiq proqram təminatında dəyişikliklərin edilməsinə zərurətin yarandığı nəzərə alınaraq, ilkin mərhələdə 09.12.2020 tarixində təsdiqlənmiş məbləğlər üzrə ödənişlər, dövlət büdcəsində gözlənilən dürüstləşmə nəticəsində müvafiq vəsait ayrıldıqdan sonra əlavə vəsaitin (artırılmış subsidiya məbləğinin) ödənişləri həyata keçirilsin.
  2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təklif edilsin ki, Aqrar Subsidiya Şurasının əkin əmsallarına dair qərarı ilə bağlı ictimaiyyəti məlumatlandırmaqla əlaqədar müvafiq tədbirlər görsün.