Nazir Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edəcək

2023-11-20

Nazir Məcnun Məmmədov Ağsuda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 24-də, saat 09:00-da Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-56-25) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.