AGRO NEWS

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun Biləsuvarda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu oktyabrın 2-də, saat 10:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək. 
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-698-38-99) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.