Xaçmaz Peşə Məktəbində təhsil alan şagirdlərə “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlığın sürətləndirilməsi” layihəsi çərçivəsində “Fındıq meyvəsinin yığım üsulları, qurudulması və depolanması” mövzusunda təlim keçirilib.

2023-04-17

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə həyata keçirdiyi təlimlərdə fındıq meyvəsinin əl ilə və mexaniki yığım üsullarının fərqi, düzgün qurudulması, saxlanması, o cümlədən aspergillus flavus, parasiticus və aspergillus nomius kif göbələkləri tərəfindən sintez olunan zəhərli maddələrin bioloji təsiri barədə şagirdlərə ətraflı məlumat verilib və elmi müzakirələr aparılıb.
Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirilir. #faoazerbaijan #unazerbaijan #hazer #meti United Nations in Azerbaijan