AGRO NEWS

Macarıstanda Azərbaycanın aqrar sahədəki dövlət dəstək mexanizmləri barədə təqdimat keçirilib

Macarıstanın paytaxı Budapeşt şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional ofisi tərəfindən Avropa və Mərkəzi Asiya üçün qeyri-rəsmi məsləhətləşmələr mövzusunda konfrans təşkil olunub. Tədbir FAO-nun Avropa və Regional konfranslarının iki ildən bir keçirilən sessiyaları arasındakı dövrdə Regional ofisin üzv ölkələri ilə təmasları və fikir mübadiləsini təmin etmək məqsədini daşıyır.
Konfransda 2022-2025-ci illər üçün Orta Müddətli Planın yenilənməsi və 2024-2025-ci illər üçün fəaliyyət və büdcə proqramı, eləcə də FAO-nun Avropa və Mərkəzi Asiya regionu üçün prioritetləri müəyyənləşdirilib. Eyni zamanda, konfransda genderə əsaslı aqrar məsləhət xidmətləri, aqrar sahədə innovasiyalar, rəqəmsallaşma, Avropa və Mərkəzi Asiya regionunda dayanıqlı qida sistemləri üçün bioiqtisadiyyat, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatına təsir edən amillər, ailə-kəndli təsərrüfatları, kənd icmaları üçün kənd yerlərinin inkişafı üzrə məsələlər barədə müzakirələr aparılıb.
Konfransda Azərbaycanın aqrar sahədəki dövlət dəstək mexanizmləri, son illərdə aqrar sahədə dövlətin həyata keçirdiyi islahatlar, benefisiar ölkə kimi FAO ilə Texniki Əməkdaşlıq Proqramı (TCP) çərçivəsində həyata keçirilən layihələr və regional əməkdaşlıq barədə geniş təqdimat edib.