FAO Azərbaycan Tərəfdaşlıq Proqramı Layihələri (FATP) |
|||
Layihənin adı |
Məqsədi |
İcra müddəti |
İcraçı təşkilat |
Azərbaycanda qoyun istehsalının və ərzaq dəyər zəncirinin davamlı inkişafı və həyata keçirilməsi |
Azərbaycanda qoyunçuluq istehsalının dayanıqlı inkişafı və müvafiq ərzaq dəyər zəncirinin yaradılması |
2018-2022-ci illər |
FAO |
Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi |
Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi |
2018-2022-ci illər |
FAO |
Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması |
Ərzaq və kommersiya məqsədli kartof istehsalının bərpası üçün müasir toxuma kulturası imkanlarından istifadə olunmaqla mükəmməl və dayanıqlı toxum-artırma sistemininin inkişaf etdirilməsi |
2018-2022-ci illər |
FAO |
Aqrar məşğulluğun artırılması layihəsi
|
Kənd yerlərində yaşayan istedadlı gənclər arasında aqrar sahədə gəlirgətirən fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və dəstəklənməsi vasitəsilə yeni iş yerlərinin yaradılmasına dəstək vermək |
2019-2022-ci illər |
FAO |
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı üçün təbliğat fəaliyyətləri və layihəyə hazırlıq |
FATP əsasında maliyyələşəcək fərdi layihələrin tərtib edilməsi, həmçinin milli səviyyədə FAO və FATP layihələri barədə məlumatlılığın artırılması vasitəsi ilə FAO və FATP təbliğatının gücləndirilməsi |
2018-2022-ci illər |
FAO |
Qadınların iqtisadi cəhətdən gücləndirilməsi yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılması |
Qadınların kənd təsərrüfatı və kəndyerlərinin davamlı inkişafına töhfə vermək imkanlarını artırmaq və onlara bərabər şərait yaratmaq üçün kənd qadınlarının maliyyə və digər resurslara çıxışını məhdudlaşdıran sosial-iqtisadi baryerlərin aradan qaldırılması vasitəsilə ərzaq təhlükəsizliyi və kənd yerlərində məşğulluğun artırılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsi |
2020-2022-ci illər |
FAO |
Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi (HAZER) |
İstehsalın, gəlirlərin, sosial bərabərliyin və ətraf-mühitin mühafizəsinin yaxşılaşdırılmasına yol açan fındıq becərilməsi sistemlərinin təkmilləşdirilməsi və keyfiyyət və təhlükəsizlik tələbləri baxımından fermerlər və kənd təsərrüfatı üzrə konsultasiya mütəxəssislərinin potensialının gücləndirilməsi. |
2020-2023-ci illər |
FAO |
Beynəlxalq təcrübəyə əsaslanan sertifikatlaşdırma, ekspertiza və laboratoriya proseslərinin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə dəstək |
Beynəlxalq təcrübə əsasında sertifikatlaşdırma, ekspertiza və laboratoriya təcrübələrinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Xidmətlər Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin potensialının gücləndirilməsi |
2022-2025-ci illər |
FAO |
Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək |
Layihənin ümumi məqsədi ölkədə baytarlıq, fitosanitar, texniki nəzarət xidmətlərinin təşkili və toxumçuluq sahələrində fəaliyyətin təkmilləşdirilməsi vasitəsilə, heyvan və bitki sağlamlığının və ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verməkdir. |
2022-2024-cü illər |
FAO |
Texniki Tərəfdaşlıq Proqramı Layihələri (TCP) |
|||
Kənd təsərrüfatı məsləhət xidmətlərinin gücləndirilməsi |
Kənd Təsərrüfatı sektorunda mövcud və gələcək problemlərə daha yaxşı cavab verə biləcək və nəticədə kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, davamlı kənd təsərrüfatı məsləhət xidmətinin dəstəklənməsi, strategiya və effektiv əməkdaşlıq çərçivəsində Hökumətin səylərininin həyata keçirilməsinə dəstək |
2019-2022-ci illər |
FAO |
Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi |
Azərbaycanın şimal-qərb regionunda icma-əsaslı kənd təsərrüfatı konsultasiya xidmətlərinin dəstəklədiyi inklüziv və səmərəli kənd təsərrüfatı və ərzaq sistemləri üçün biznes mühitinin gücləndirilməsi. |
2019-2022-ci illər |
FAO |
Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi |
İstifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən DÜÇ-lərin ətraf mühitə sızmasını azaltmaq və pestisidlərin düzgün idarə edilməsi üçün potensialı gücləndirməkdir |
2019-2022-ci illər |
FAO |
FAO Türkiyə Tərəfdaşlıq Proqramı Layihələri (FTTP) |
|||
Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanlarının gücləndirilməsi |
Mərkəzi Asiya və Qafqazda təsərrüfat subyektləri və kənd əhalisinin ərzaq təminatı və dolanışığın yaxşılaşdırılması |
2020-2024-cü illər |
FAO |
Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması |
İqlim dəyişikliyinə milli töhfənin azaldılmasına və əhalinin və gəlirlərin artımının, şəhərləşmə və dəyişən istehlak üstünlüklərinin və nümunələrinin tələb etdiyi istehsal artımı üçün milli ərzaq sistemlərinə təzyiqin azaldılması ilə nəticələnən proqramın icra sahələrində ərzaq israfı və tullantısının səviyyəsinin kəmiyyət və keyfiyyət baxımından azaldılması |
2019-2022-ci illər |
FAO |