Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi

                                                                                         

                                                                       Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA)
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) yaradılmasının əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə qrant yardımı və texniki əməkdaşlıq proqramları həyata keçirməklə Koreyanın qrant yardımı proqramlarının rolunun artmasına nail olmaqdır. Təşkilat 1991-ci ildə təsis olunmuş və baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşir. 2020-ci ilin dekabr ayının 1-dən etibarən Sohn Hyuk Sanq KOICA-ya rəhbərlik edir. Təşkilatın 44 tərəfdaş ölkədə nümayəndəlikləri mövcuddur. Əsas fəaliyyət sahələri təhsil, səhiyyə, dövlət idarəetməsi, kənd təsərrüfatı və balıqçılıq, sənaye və enerjidir. Ölkəmizin KOICA ilə əməkdaşlığı 1994-cü ildə başlamışdır. Belə ki, həmin il təxirəsalınmaz vəziyyətlə əlaqədar təşkilat Azərbaycana yardım etmişdir. KOICA-nın Azərbaycan Nümayəndəliyi 2009-cu ilin fevral ayında açılmışdır. Ölkə üzrə rezident nümayəndə Conq Hyun Mundur. Hazırda KOICA tərəfindən 2 layihənin icrası davam etdirilməkdədir.Rəsmi internet səhifəsi: www.koica.go.kr