Əkin subsidiyası

Əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;
Əkin subsidiyası hər hektara görə fermerə ayrılan subsidiyadır. Əkin subsidiyasının məbləği bəyan edilən bitki növü (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) üzrə hesablanır. Fermerə ayrılan əkin subsidiyası eyni il ərzində aparılan bütün əkinlər üçün istifadə edilə bilər. 50 hektardan çox torpaq sahəsində aparılan əkinə görə kənd təsərrüfatı kooperativlərinə 10% artıq əkin subsidiyası ödənilir. Bu halda kooperativin sənədləri elektron informasiya sisteminə daxil edilməlidir.
Əkin subsidiyasının hesablanması:
Baza məbləği x əkin əmsalı= əkin subsidiyası
 
Əkin subsidiyası almaq üçün fermerlər nə etməlidir?
Fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsi ilə bəyan edilməsi və subsidiya
müraciətlari üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabrın son iş gününədək, yazlıq əkinləüzrə fevralın 1-dən başlayaraq mayın 31-dək, təkrəəkinlər üzrə iyunun 1-dən başlayaraq avqustun 31-dəəyyən edilmişdir. Yeni əkilən və mövcud çoxillik əkmələr (meyvə bağları və digər çoxillik bitkilər) hər il payızlıq və ya yazlıq əkinlər üçün nəzərdə tutulmuş müddətlərdə bəyan edilir.
Fermer kartı hesabı 2 yerə bölünür:
1.Nağdlaşdırılaraq xərclənəbilən                           
2.Nağdlaşdırmadan yalnız gübrə, toxum, pestisid, tingə xərclənəbilən
6 növ (əkin, məhsul, toxum/ting, heyvan, barama, arı) subsidiyanın 5-i (məhsul, toxum/ting, heyvan, barama, arı) tam həcmdə, əkin subsidiyasının isə 25%-i birinci hesaba köçürülür və fermer istədiyi formada xərcləri üçün istifadə edir. Əkin subsidiyasının 75%-i ikinci hesaba köçürülür və yuxarıda qeyd edilən istiqamətlərdə kartdan təchizatçının hesabına köçürmə yolu ilə xərclənə bilir. Təchizatçılar (gübrə, toxum, ting, pestisid satanlar) bu sahədə satışlarını EKTİS-tapagro alt sisteminə daxil edirlər. 2022-ci ildən etibarən fermerlər bu 75%-lik qismi torpaqların aqrokimyəvi analizinin ödənilməsi, çoxillik əkmələrdə (meyvəçilik sahəsində) müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması xərcləri üçün də istifadə edə biləcəklər.
 
*Bütün əmsallar Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilir
*Əkin əmsalı - regionlar və bitkilər üzrə müəyyən edilmiş əmsallar
Bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib.