Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

  • Ana səhifə
  • Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

                                                                                               

Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (ing. İFAD) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat  yoxsul kənd sakinlərinə yardım göstərir. Fond beynəlxalq ərzaq konfransının qərarı ilə 1977-ci ildə İtaliyanın Roma şəhərində təsis edilmişdir. Əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının artırılması üçün kənd təsərrüfatının inkişafı üzrə layihələrin maliyyə və texniki müdafiəsini təmin etməkdir. 2011-ci ildə IFAD Azərbaycana 19,35 mln. dollar kredit ayırmışdır. Kredit Azərbaycana ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə verilmişdir. Kredit sazişini Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və IFAD-ın prezidenti Kanayo F.Nvanze fondun Romadakı mənzil-qərargahında imzalayıblar. Layihə Ağdaş, Yevlax, Şəki və Oğuzda 50 min kəndli ailəsinə yardım göstərilməsini nəzərdə tutur. Layihənin istiqamətlərindən biri irriqasiya sisteminin yaxşılaşdırılmasıdır. Bu layihə ilə İFAD Azərbaycanda 5 layihə maliyyələşdirmiş olur.

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) tərəfindən Azərbaycanda həyata keçirilən layihələr :
Layihənin adı: 
Məqsədi
İcra müddəti
İcraçı təşkilat
Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi
 
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) tərəfindən verilən kreditə uyğun olaraq təbii ehtiyatları və ətraf mühitin ekoloji tarazlığını qorumaqla dağ və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək, orada yaşayan əhalinin gəlirlərini artırmaq, benifisiarların bazar iqtisadiyyatında fəal iştirakını, təbii ehtiyatlardan istifadə və idarə etmək, onların təşkilatlanmasını gücləndirmək, maliyyə, texniki və kommersiya xidmətlərindən faydalanmağı, ətraf mühiti qorumaq və bərpa etmək qabiliyyətini aşılamaqla onların həyat səviyyəsini yüksəltməkdən ibarətdir.
1997 – 2003-cü illər
AKİA
Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı
 
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) tərəfindən verilən kreditə uyğun olaraq təbii ehtiyatları və ətraf mühitin ekoloji tarazlığını qorumaqla dağ və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək, orada yaşayan əhalinin gəlirlərini artırmaq, benifisiarların bazar iqtisadiyyatında fəal iştirakını, təbii ehtiyatlardan istifadə və idarə etmək, onların təşkilatlanmasını gücləndirmək, maliyyə, texniki və kommersiya xidmətlərindən faydalanmağı, ətraf mühiti qorumaq və bərpa etmək qabiliyyətini aşılamaqla onların həyat səviyyəsini yüksəltməkdən ibarətdir.
2001 – 2007-ci illər
AKİA
Şimal-Şərq İnkişaf Layihəsi
 
Layihənin məqsədi gəlir əldə etmək imkanlarının yaradılması və genişləndirilməsi yolu ilə suvarılan ərazilərdə 15012 ailənin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir ki, bu da prinsip etibarı ilə regionların sosial-iqtisadi inkişafı proqramının məlum müddəalarına tam uyğundur.
2006 – 2011—ci illər
AKİA
Şimal Qərb Kənd İnkişaf Layihəsi
Layihənin əsas məqsədi ölkənin şimal-qərb rayonlarında yaşayan kənd əhalisinin yoxsulluğunu və ərzaq təhlükəsizliyini davamlı əsasda azaltmaq və beləliklə yaşayış səviyyəsini artırmaqdan ibarətdir. Layihə coğrafi bitişik olan Qazax, Ağstafa, Şəmkir və Tovuz rayonlarını əhatə edəcəkdir. Suvarma sistemlərinin bərpası üzrə 24 Sudan İstifadəedənlər Birlikləri (SİB) ərazisizində yaşayan həmçinin 23 dağlıq və dəmyə və 7 ovalıq ərazidə yerləşən və suvarma sistemləri üçün real imkanları olmayan kəndlərin ərazisində olan cəmi 44 000 təsərrüfat əhatə qrupunu təşkil edəcəkdir.
2009 – 2014-ci illər
AKİA
Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi
Ərzaq təhlükəsizliyinin və gəlirlərin artırılması imkanlarının təkmilləşdirilməsi vasitəsilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarının kəndlərində yoxsulluq səviyyəsinin azaldılması.
2012-2020-ci illər
AKİA