Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi

                                                                                                        

JİCA ilə əməkdaşlığa 1996-cı ildən başlanılmışdır. 2009-cu ildə JİCA-nın Bakıda yerli ofisi yaradılmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aqrar sahənin prioritet istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Eyni zamanda kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyasından məsul qurum kimi Nazirlik yanında yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən beynəlxalq təşkilatlarla birlikdə müxtəlif layihələrin icrası üzrə işlər aparılır. Azərbaycanda sosial və iqtisadi inkişafı təşviq etməklə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi-nin təlim proqramlarından keçmiş məzunların təşəbbüsünü dəstəkləmək məqsədilə hər il "Kiçik Qrant Layihələri" müsabiqəsi keçirilir. JICA-nın Azərbaycan Məzunları Assosiasiyasının üzvləri üçün elan olunmuş “Kiçik Qrant Layihələri” müsabiqəsi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş “Azərbaycanda süd və süd məhsullarının keyfiyyətinin artırılması üçün Pasterizator avadanlığının alınması” və “Avtomatik suvarma avadanlıqlarının alınması” layihə təklifləri qalib elan olunmuşdur. Həmin avadanlıqlar Fao-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində (FATP) həyata keçirilən “Aqrar Məşğulluğun Artırılması” (AMAL) və “Qadınların İqtisadi Güclərinin artırılması (WEP) layihələrinin benefisiarlarına təqdim edilmişdir.  Qrant dəyəri 2800 ABŞ dolları olan "İsmayıllı rayonunun gənc fermerləri üçün avadanlıqların satınalınması" layihəsi çərçivəsində əldə edilmiş avadanlıqlar İsmayıllı rayonunun İvanovka kəndindən olan gənc fermer, AMAL benefisiarı, qrup rəhbəri Rahib Ağayev və həmin qrupun digər 4 nəfər üzvünə JİCA tərəfindən dəstəklənən layihə çərçivəsində satın alınmış 5 ədəd qoyunqırxan maşın, 2 ədəd tent, 4 qutu veterinar şpris, 2 ədəd portativ generator və 2 ədəd 1 tonluq plastik su çəni təhvil verilmişdir.
 Eyni zamanda büdcədə  qalan 1500 ABŞ dollar (dizayn, çap və çatdırılma daxil) qalıq  vəsait ilə "UNİKALPRİNT" MMC şirkəti ilə imzalanmış müqavilə əsasında AKİA-nın kredit və subsidiya siyasətini əhatə edən 8 vərəqdən ibarət 1000 ədəd braşur hazırlanmış və regionlardakı fermerləri məlumatlandırmaq üçün  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim edilmişdir.

https://akia.customar.tech/uploads/jica.pdf