2022-ci il hesabatı

Kredit şöbəsi
  1. Əvvəlki illərin məlumatları əsasında MKT-lər, maliyyələşmə məhsulları (nağd, mikrokredit, texnika və damazlıq), habelə spesifik texnika növləri və damazlıq heyvan cinsləri üzrə təhlillər aparılaraq məlumatlar analiz edilmişdir. Büdcədən gözlənilən daxilolmalar nəzərə alınmaqla 2022-ci il ərzində ayrılacaq proqnoz limitlərlə bağlı məlumatlar hazırlanmışdır.
  2. Mərkəzi Bankdan müvəkkil kredit təşkilatlarının maliyyə statistik göstəriciləri ilə bağlı məlumatlar sorğu edilərək əldə edilmişdir. Əldə edilmiş məlumatlar təhlil edilmiş və kreditləşmələr zamanı nəzərə alınmışdır;
  3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına nağd güzəştli kreditlər, habelə kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsinin təmin edilməsi məqsədilə Agentliyin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyasının 12 sayda iclası təşkil edilmişdir. Keçirilmiş iclasların nəticəsi protokollaşdırılmışdır;
  4. Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda dəyişikliklər layihəsinin razılaşdırılması ilə əlaqədar müxtəlif dövlət qurumları ilə danışıqlar aparılmış və təqdimatlar keçirilmişdir;
  5. Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda nəzərdə tutulmuş dəyişikliklər təsdiq edilmişdir;
  6. Dövlət proqramları, Strateji Yol Xəritələri və Tədbirlər Planı ilə əlaqədar görülmüş işlər barədə 50-yə yaxın hesabat hazırlanaraq təqdim edilmişdir. ATM və digər daxili qurumlara texnika və heyvandarlıq maliyyələşmələrində ölkə mənşəyi və təsnifat qrupları üzrə dövri məlumatlar təqdim olunmuşdur;
  7. Agentlik tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ayrılan kredit və güzəşt məbləğləri, sahibkarlıq subyektləri, ayrılmış vəsaitlərin təyinatı və ayrılmış vəsaitlərlə bağlı digər aidiyyəti məlumatları özündə əks etdirən hesabatların tərtib edilməsi istiqamətində işlər davam etdirilmişdir;
  8. Müvəkkil kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsinə razılığın verilməsi barədə daxil olan müraciətlərin cavablandırılması istiqamətində məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir;
  9. 2023-cü il üzrə maliyyə mənbələri və vəsaitlərin istifadə istiqamətləri üzrə müvafiq proqnozlar hazırlanmışdır;
  10. MKT-lərdə aparılan kənar audit yoxlaması çərçivəsində audit təşkilatlarından daxil olan sorğuların cavablandırılması istiqamətində məlumatlar təqdim edilmişdir;
  11. Müvəkkil kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə girov qoyulmuş əmlakların yüklülükdən azad edilməsinə razılığın verilməsi barədə daxil olan müraciətlərin cavablandırılması istiqamətində məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir;
  12. Agentliyin vəsaiti hesabına ayrılmış kreditlər üzrə illik faiz gəlirlərinin dəqiqləşdirilməsi, üzləşdirilməsi, MKT-lərlə üzləşmə aparılması və Agentliyin gəlirlərində tanınması üzrə işlər aparılmışdır;
  13. MKT-lərin Agentlik qarşısında olan öhdəliklərinin tanınması məqsədilə üzləşmə aktlarının imzalanması prosesi yekunlaşdırılmışdır;
  14. Maliyyə və uçot şöbəsi ilə Kredit şöbəsi arasında üzləşmələr aparılmış, 2021-ci ilin son rübü üzrə xərclər reyestri və daxilolmalar üzrə məbləğlər yoxlanılmaqla dəqiqləşdirilmişdir;
  15. MKT-lərin öhdəlikləri üzrə aylıq ödənişlər təmin edilmiş və daxilolmalar üzrə mütəmadi qaydada GNİ sistemində silinmələr aparılmışdır. Aparılmış silinmələr Maliyyə və uçot şöbəsinin məlumatları ilə üzləşdirilməklə Maliyyə və uçot şöbəsinə müvafiq məlumatlar təqdim edilmişdir;
  16. Kredit şöbəsinin əməkdaşları tərəfindən kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar və suvarma dəstlərinin alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış kredit və lizinq vəsaitləri üzrə faiz məbləğləri aylıq əsasda mütəmədi olaraq hesablanmışdır. Faiz məbləğləri barədə məlumatlara baxılması və müvəkkil kredit təşkilatlarına köçürülməsi üçün Maliyyə və uçot şöbəsinə təqdim edilmişdir;
  17. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin büdcə xərclərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə məlumat hesabatında Kredit şöbəsi üzrə məlumatlar təqdim edilmişdir;
  18. Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə alınmış damazlıq heyvanlar barədə sığorta şirkətlərinə sorğular ünvanlanmışdır. Əldə edilmiş məlumatlar əsasında müvafiq hesabatlar tərtib edilmişdir. Eyni zamanda Agentliyə köçürülmüş sığorta ödənişləri ilə bağlı məlumatlar Maliyyə və uçot şöbəsi ilə üzləşdirilmişdir;
  19. Müvəkkil kredit təşkilatarına ayrılmış kredit və güzəşt limitlərinin rəsmiləşdirilməsi məqsədilə Agentlik və müvəkkil kredit təşkilatları arasında imzalanacaq limit müqaviləsi yeni redaksiyada formatı hazırlanmış və Hüquq, kadr və kərgüzarlığın təşkili şöbəsinə baxılması üçün təqdim edilmişdir. Limit müqavilələrinin MKT-lər tərəfindən imzalanaraq təqdim edilməsi təmin edilmişdir;
  20. Orta müddətli xərc cədvəlləri üzrə Kredit şöbəsi tərəfindən 2022-2026-cı illər üzrə tələb olunan vəsait və vəsaitin istifadəsi ilə bağlı proqnoz məlumatlar Maliyyə və uçot şöbəsinə təqdim edilmişdir;
  21. 2022-ci ildə 4843 sayda kənd təsərrüfatı istehsal vasitələrinin maliyyələşdirilməsi ilə bağlı və 3226 sayda isə aşağı faizli güzəştli kredit layihələrinin (mikrokreditlər daxil) maliyyələşdirilməsi ilə bağlı müraciətlərə baxılmışdır;
  22. 2022-ci il ərzində Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ümuçilikdə 275.8 milyon manat dəyərində 12458 baş damazlıq mal-qara və 8961 sayda kənd təsərrüfatı texnikasının (o cümlədən, 50 kombayn və 1338 traktor) alışının maliyyələşdirilməsi məqsədilə 42.8 milyon kredit və 111.8 milyon manat güzəşt məbləğləri ayrılmışdır;
  23. Ölkədə aqrar sektorda çalışan 2870 sahibkara 31.6 milyon manat məbləğində nağd güzəştli kreditlər (o cümlədən 2863 sahibkara 30.9 milyon manat məbləğində təminatlı mikrokreditlər) verilmişdir;
  24. 2700 nəfərə yaxın vətəndaşla telefon əlaqəsi ilə Agentliyin vəsaiti hesabına ayrılan kredit və güzəştlər barədə məlumat və vəsaitin alınması istiqamətində müvafiq tövsiyələr verilmişdir;
  25. 4 sayda problemli müvəkkil kredit təşkilatları üzrə və 1 sayda ayrılmış güzəşt vəsaitindən təyinatı üzrə istifadə etmədiyi müəyyən edilmiş sahibkarlıq subyekti üzrə müvafiq sənədlər hazırlanaraq məhkəmə orqanlarına verilməsi üçün Agentliyə xidmət göstərən hüquq şirkətinə təqdim edilmişdir;
  26. 2022-ci ildə Agentliyin vəsaitindən istifadə istiqamətləri və “Aqroservis” ASC-dən ötürülmüş lizinq portfeli ilə əlaqədar yaranan məsələlərlə bağlı 650-dən artıq vətəndaş qəbul edilmiş və aidiyyəti məlumatlar verilmişdir;
  27. 2022-ci ilin birinci yarımilliyində ümümi olaraq sənədlərin elektron dövriyyə sistemində 9766 sənəd daxil olmuşdur. Eyni zamanda 9714 sənəd tam icra edilmişdir;
  28. “Aqroservis” ASC-dən ötürülmüş portfel üzrə 442 sayda kənd təsərrüfatı istehsal vasitələrinin mülkiyyətə verilməsi və idarəedilməsi üçün etibarnamələrin verilməsi istiqamətində sənədlər hazırlanmışdır. Agentliyə gələrək müraciət edən vətəndaşlar Kredit şöbəsi əməkdaşları tərəfindən qəbul edilmiş, onların müraciətləri dinlənilmiş, müvafiq prosedura uyğun olaraq vətəndaşların texnikalar üzrə gecikmə borcları və ümumi borcları dəqiqləşdirməklə sistemdə yoxlanılaraq onlara etibarnamələrin verilməsi təmin edilmişdir;
  29. “Aqroservis” ASC-dən ötürülmüş portfel üzrə daxilolmalar və ASC tərəfindən Agentliyə köçürülən vəsaitlər üzrə üzləşmələr aparılmışdır;
  30. “Aqroservis” ASC-dən təhvil alınmış lizinq borclarının məhkəmə statuslarının dəqiqləşdirilməsi üzrə işlər aparılmışdır. 310 iş üzrə məhkəmə prosesi yekunlaşmışdır. 188 iş üzrə məhkəmə prosesi davam etməkdədir;
  31. “Aqroservis” ASC-dən ötürülmüş portfel üzrə lizinqalanlara vaxtı keçmiş öhdəliklərin icrası ilə bağlı 220 sayda pretenziya məktubu göndərilmişdir;
  32. “Aqroservis” ASC-dən ötürülmüş portfel üzrə lizinqalanlara mediasiya xidmətinin həyata keçirilməsi ilə bağlı 220 sayda məktub göndərilmişdir;
  33. “Aqroservis” ASC-dən təhvil alınmış portfel üzrə məhkəməyə verilmiş borcalanlara dair məhkəmələrdən və hüquq şirkətindən tələb olunan məlumatlarla bağlı 450-ə yaxın məktub və maliyyə arayışı hazırlanaraq göndərilmişdir;
  34. “Aqroservis” ASC-dən ötürülmüş portfeldə problemli kreditlər üzrə işlərin məhkəmə orqanlarına təqdim edilməsi istiqamətində 350-ə yaxın şəxsin sənədlərində olan suallar dəqiqləşdirilərək məhkəmə proseslərinə təqdim edilməsi üçün hüquqşünaslara təhvil verilmişdir;
  35. 90 lizinqalan üzrə keçirilmiş mediasiya proseslərində Kredit şöbəsinin əməkdaşlarının iştirakı təmin edilmişdir;
  36. Mərkəzi Bank tərəfindən “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin sahibkarlıq sahibkarlıq fəaliyyətində və maliyyə ekosistemində rolu” mövzusunda keçirilmiş marifləndirilmə tədbirində Kredit şöbəsinin əməkdaşının iştirakı təmin olunmuşdur;
  37. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarla təşkil edilmiş görüşlərdə Kredit şöbəsinin əməkdaşlarının mütəmadi olaraq iştirakı təmin edilmişdir;
  38. Müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə Agentliyin əməkdaşları arasında zoom platforması üzərindən görüşləri təşkil edilmişdir. Görüşlərdə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın tələbləri, Agentliklə müvəkkil kredit təşkilatları arasındakı münasibətlər, vəsaitin ayrılması ilə bağlı prosedurlar və digər məsələlər müzakirə edilmişdir. Eyni zamanda müvəkkil kredit təşkilatlarının nümayəndələri tərəfindən yönəldilmiş suallar cavablandırılmışdır;
  39. Ölkədə fəaliyyət göstərən iri yerli damazlıq təsərrüfatlarının nümayəndələri ilə Agentliyin rəhbərliyi və KTN-nin aidiyyəti əməkdaşlarının zoom platforması üzərindən 2 dəfə görüşü təşkil edilmişdir. Görüşdə damazlıq heyvandarlıqda yaranan problemlər, idxal olunan və yerli damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlarının satışının maliyyələşdirilməsi prosesləri və digər məsələlər müzakirə edilmişdir;
  40. Texnika təchizatçı təşkilatların nümayəndələri ilə Agentliyin əməkdaşları arasında zoom platforması üzərindən görüşləri təşkil edilmişdir. Görüşlərdə texnika bazarında olan vəziyyət, qiymət volatilliyi və digər məsələlər müzakirə edilmişdir;
  41. Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş sorğuya əsasən 2020 və 2021-ci illər üzrə kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitlər üzrə hesabatlar hazırlanaraq təqdim edilmişdir;
  42. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Agentlikdə aparılan yoxlamalarla əlaqədar Kredit şöbəsi tərəfindən 2020-2021-ci illərdə kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsi ilə bağlı müxtəlif məlumatları özündə əks etdirən hesabat formaları tərtib edilmiş və vəsait ayrılmış sahibkarlıq subyektləri üzrə müvafiq sənəd qovluqlarının nüsxələri hazırlanmışdır. Hazırlanmış sənəd və məlumatlar aidiyyəti üzrə Audit qrupuna təqdim edilmişdir. Audit qrupunun bütün sorğuları ətraflı cavablandırılmışdır;
  43. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Agentlikdə aparılan yoxlamalarla əlaqədar Kredit şöbəsi tərəfindən 2020-2021-ci illərdə kənd təsərrüfatı istehsal vasitələrinin alışının maliyyələşdirilməsi ilə bağlı Audit qrupunun sorğusu üzrə sahibkarlıq subyektləri barədə müvafiq sənəd və məlumatlar hazırlanmışdır. Hazırlanmış sənəd və məlumatlar aidiyyəti üzrə Audit qrupuna təqdim edilmiş və regionlarda bir sıra sahibkarın təsərrüfatlarında əyani monitorinqlər həyata keçirilmişdir.
  44. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılmış yoxlama ilə əlaqədar təqdim edilmiş hesabat təhlil edilmiş, şöbənin fəaliyyət istiqamətləri üzrə məsələlər araşdırılmaqla cavablandırılması təmin edilmişdir;
  45. Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair qanun layihəsinə bankların kreditləşməyə cəlbi və faizlərin subsidiyalaşdırılması ilə bağlı təkliflər təqdim edilmişdir;
  46. Müvəkkil kredit təşkilatların nümayəndələri ilə Agentliyin əməkdaşları arasında zoom platforması üzərindən ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında müvafiq fərmanın icrası ilə əlaqədar görüş təşkil edilmişdir. Görüşdə MKT-lərin kredit vəsaiti və AKİA-nın vəsaiti hesabına ərzaqlıq buğda əkini ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən alınan pivot suvarma sistemlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə edilmiş və MKT-lərdən kreditləşmə ilə bağlı təkliflərin verilməsi xahiş edilmişdir;
  47. Problemli borcların yığımı, “Aqrolizinq” ASC-dən ötürülmüş portfel üzrə gecikmələr, məhkəməyə verilən işlər, hüquq şirkətinin rəyinə əsasən sənəd çatışmazlığı səbəbindən məhkəməyə verilməsi mümkün olmayan işlər barədə məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir;
  48. Ərzaqlıq buğda istehsalı ilə əlaqədar maliyyələşmələr üzrə təqdim edilmiş təkliflərlə bağlı aidiyyəti qurumların rəylərinə cavablar hazırlanmışdır;
  49. Agentliklə əməkdaşlıq edən qiymətləndirici təşkilatlarla Agentliyin əməkdaşları arasında zoom platforması üzərindən görüşlər təşkil edilmişdir. Görüşlərdə qiymətləndirmənin metodologiyası, daxil olan qiymətləndirmə sənədlərindəki çatışmazlıqlar və digər məsələlər müzakirə edilmişdir;
  50. Maliyyə vəsaitlərinə çıxış imkanlarının yaxşılaşdırılması ilə bağlı müvafiq təkliflərin hazırlanması məqsədilə işçi qrupu yaradılmışdır. İşçi qrupunun fəaliyyəti ilə bağlı Mərkəzi Bank, Sahibkarlığın İnkişafı Fondu, Kredit və Zəmanət Fondu, Müvəkkil kredit təşkilatlarına, Azərbaycan Banklar Assosiasiyasına, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına, habelə digər bir sıra təşkilatlara sorğular ünvanlanmış. Sorğular üzrə toplanmış məlumatlar əsasında rəhbərliyə hesabat xarakterli məlumatlar təqdim edilmişdir;
  51. Eyni zamanda, kredit mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı özəl sektorun resurslarının cəlbi, mümkün kreditləşmə alətləri, faiz subsidiyası və s. üzrə təkliflər hazırlanmış və müvafiq qaydada Aqrar Subsidiya Şurasının təşəbbüsü ilə yaradılmış işçi qrupuna təqdim edilmişdir;
  52. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirilən “Azərbaycanda Kənd Təsərrüfatı Maliyyələşməsində Tələb və Təklifin Qiymətləndirilməsi və AKİA-nın Kreditvermə Mexanizminin Effektivliyinin artırılması üçün Tövsiyyələrin Hazırlanması” layihəsi çərçivəsində FAO ilə işçi görüş və müzakirələr aparılmış və analitik hesabatlar hazırlanmışdır. Bundan əlavə FAO ilə birgə Müvəkkil kredit təşkilatları, Dövlət aqrar inkişaf mərkəzləri, maliyyə təşkilatlarının yerli filial və xidmət nöqtələri və fermerlərlə görüşlər təşkilatları görüşlər təşkil olunmuş və onlara ünvanlanmış sorğular əsasında hesabatlar hazırlanmışdır;
  53. Mövcud iş prosedurları ilə əlaqədar reqlamentlərin layihələri hazırlanmış, Nazirliyə işçi qaydada təqdim olunmuşdur. İş prosesinin elektronlaşdırılması ehtiyacları ilə bağlı təkliflər təqdim edilmişdir;
  54. Kredit təşkilatlarının seçim meyarlarının təkmilləşdirilməsi məqsədilə Müsabiqə Komissiyasına əlavə təkliflər təqdim edilmişdir;
  55. Aqrar sahədə güzəşt tətbiq edilən texnikaların siyahısına yenidən baxılması ilə əlaqədar digər aidiyyəti tərəflərin də mövqeləri nəzərə alınmaqla təkliflər təqdim edilmişdir;
  56. Damazlıq heyvanların maliyyələşdirilməsində yaranan çətinliklər və maliyyələşmə ehtiyacları ilə bağlı Nazirliyə təhriri məruzələr təqdim edilmişdir.
Dövlət dəstəyi şöbəsi
2022-ci il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2021-ci ilin payızında və 2022-ci ilin yazında aparılan əkinlərə, habelə becərilən çoxillik əkmələrə,  2022-ci ilin təkrar əkinlərinə, istehsal edib satdıqları 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərə, istehsal edib tədarükçülərə təhvil verdikləri pambığın, tütünün və şəkər çuğundurunun miqdarına, 2022-ci ildə süni mayalanma yolu ilə alınmış hər buzova, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri  yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına və saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 331076,7 min manat məbləğində subsidiya verilmişdir:
 
  1. 2022-ci ildə ölkənin 60 rayon (şəhər) üzrə 369,47 min fermerə becərdikləri 1170,9 min hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına 236615,2 min manat məbləğində əkin subsidiyası ödənilmişdir;
 
  1. 8,3 min fermerə becərdikləri 41,44 min hektar təkrar əkinlərə görə 3563,3 min manat məbləğində subsidiya verilmişdir;
 
  1. 212 fermerə saldıqları 1361,22 hektar intensiv meyvə bağlarına görə ümumilikdə 6379,9 min manat məbləğində bir dəfəyə məxsus əkin subsidiyası ödənilmişdir;
 
  1. 209 toxum və ting istehsalçısına istehsal edib satdıqları 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərə görə dövlət büdcəsindən 7433,1 min manat məbləğində subsidiya verilmişdir. Bu subsidiyanın 6588,93 min manatı taxıl toxumu (buğda və arpa) istehsalçılarına, 423,4 min manatı kartof toxumu istehsalçılarına, 168 min manatı yonca toxumu istehsalçılarına, 48,2 min manatı qarğıdalı toxumu istehsalçılarına, 8 min manatı tərəvəz toxumu istehsalçılarına, 16,54 min manatı pambıq toxumu istehsalçılarına, 135 min manatı meyvə tingi istehsalçılarına və 45 min manatı çay tingi istehsalçılarına ödənilmişdir;
 
  1. 23 rayon üzrə 4004 pambıq istehsalçısına 2021-ci ildə istehsal edib təhvil verdikləri 48619,5 ton xam pambığa görə 4861,9 min manat və 23 rayon üzrə 18546 pambıq istehsalçısına 2022-ci ildə istehsal edib təhvil verdikləri 303,39 min ton xam pambığa görə 51576,4 min manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 56438,3 min manat məbləğində subsidiya verilmişdir;
 
  1. 6 rayon üzrə 169 tütün istehsalçısına 2021-ci ildə istehsal edib təhvil verdikləri 2197,9 ton quru tütünə, 3035,2 ton yaş tütünə görə 125,07 min manat və 7 rayon üzrə 208 tütün istehsalçısına 2022-ci ildə istehsal edib təhvil verdikləri 1959 ton quru tütünə, 11977,8 ton yaş tütünə görə 663,27 min manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 788,3 min manat məbləğində subsidiya verilmişdir;
 
  1. 16 rayon üzrə 66 şəkər çuğunduru istehsalçısına 2021-ci ildə istehsal edib təhvil verdikləri 38585,3 ton şəkər çuğunduruna görə 154,34 min  manat  və 15 rayon üzrə 110 şəkər çuğunduru  istehsalçısına 2022-ci ildə istehsal edib təhvil verdikləri 183,66 min ton şəkər çuğunduruna görə 2203,92 min manat məbləğində dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2358,3 min manat məbləğində subsidiya ödənilmişdir;
 
  1. Heyvandarlıq üzrə süni mayalanma yolu ilə alınmış 96904 baş buzova görə 47,5 min nəfər heyvan sahibinə 9690,4 min manat məbləğində subsidiya ödənişləri həyata keçirilmişdir;
 
  1. 3730 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 331,5 ton yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 (altı) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 1989 min manat məbləğində subsidiya verilmişdir;
 
  1. 22754 nəfər arıçıya 582092 arı ailəsinə görə 5820,9 min manat məbləğində subsidiya ödənilmişdir.
 
Nəzarət və qiymətləndirmə şöbəsi
  1. 38 nəfər vətəndaş qəbul edilmişdir,
  2. Hesablama Palatası üçün hesabat hazırlanmışdır,
  3. ESD sistemində 246 sənəd icra olunmuşdur,
  4. Ümumilikdə 220 ilkin mediasiya sessiyalarının keçirilməsi təşkil edilmiş,80 ilkin mediasiya sessiyasında şöbə əməkdaşlarının iştirakı təmin edilmiş və vəziyyətlə bağlı, gündəlik, həftəlik, aylıq hesabatlar hazırlanmışdır,
  5. Razılıq əldə edilməyən vətəndaşlarla bağlı məhkəmə prosedurlarının başlanması üçün müraciətlər hazırlanmışdır,
  6. Elektron məhkəmə sistemi üzərindən məhkəmə prosesləri müntəzəm şəkildə izlənilmişdir,
  7. Toxum Sərgi-Satış Yarmarkasında iştirak (vətəndaş qəbulu, müraciətlərin yerində cavablandırılması),
  8. AXA DAİM dəstək mərkəzindən daxil olmuş 14136 müracit araşdırılmış və aidiyyəti üzrə baxılmışdır,
  9. AKİA Cağrı mərkəzindən daxil olmuş 12000 müraciət araşdırılmış və aidiyyəti üzrə baxılmışdır,
  10. Kredit verilməsi nəzərdə tutulan 215 təsərrüfatda ön monitorinqlər keçirilmişdir,
  11. Rayon və şəhərlər üzrə 331 vətəndaşa güzəştli şərtlərlə verilmiş kənd təsərrüfatı təyinatlı kredit, damazlıq heyvan və texnikalar üzrə monitorinqlər keçirilmişdir,
  12. 2021-2022-ci əkin ili üçün bəyan edilmiş və DAİM əməkdaşları tərəfindən 2022-ci ilin əvvəlində yoxlanılmış 555 əkin sahəsində təkrar monitorinqlər keçirilmişdir,
  13. 2021-2022-ci əkin ili üçün birdəfəlik və çoxillik ödənişlələ əlaqədar 1060 əkin sahəsində monitorinq keçirilmişdir,
  14. 700 artıq bəyan edilmiş birdəfəlik əkinlər üzrə yerində müşahidə hesabatları EKTİS-ə işlənmişdir.
 
Layihə və proqramlar şöbəsi
  1. Azərbaycan Hökuməti və beynəlxalq maliyyə qurumlarının birgə maliyyə dəstəyi ilə icra olunan Layihələrə (texniki yardım və qrant layihələri də daxil olmaqla), həmçinin KOB subyektləri üçün həyata keçirilmiş dəstək tədbirlərinə dair dövri və yekun hesabatlar təsdiq olunmuş formalar üzrə aidiyyəti üzrə Nazirlər Kabinetinə, İqtisadiyyat və Maliyyə Nazirliklərinə, Hesablama Palatasına təqdim edilmişdir;
  2. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” barədə sənəd layihəsinə, həmçinin “Antiinflyasiya Tədbirlər Planı” və “Tütün və alkoqollu içkilərin istehsalına dair Sərəncam” layihəsinə dair rəy və təkliflər təqdim edilmişdir;
  3. Azərbaycanda Dayanıqlı Ərzaq Sisteminə nail olunması üçün 2030-cu ilə qədər Milli Yol Xəritəsi”nin həyata keçirilməsi ilə əlaqədar FAO-nun Azərbaycandakı ofisində yaradılacaq Əlaqələndirmə Qovşağında görüləcək işlər barədə rəy və təkliflər təqdim edilmişdir.
  4. Azərbaycan Respublikası regionlarının və aşağıdakı sahələrin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının icrası ilə əlaqədar görülmüş işlər barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir:
     “Azərbaycan Respublikası   regionlarının  2019-2023-cü  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;
     “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına Dövlət Proqramı”nın Tədbirlər Planı
      “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”
      “Azərbaycan Respublikasında  çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”;
      “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”;
      “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”;
      “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”;
      “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”;
      “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”;
       “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"
  1. COMCEC təşkilatı tərəfindən təqdim olunan “COVID-19” layihəsinin büdcə və iş planı və digər tələb olunan materiallar hazırlanaraq qarşı tərəfə göndərilmişdir;
  2. AKİA tərəfindən müxtəlif donorlarla həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan Layihələr üzrə təqdimatlar hazırlanmış, innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində 2021-ci il ərzində görülmüş işlərə dair məlumatlar toplanaraq aidiyyəti üzrə təqdim edilmişdir;
  3. “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin benefisiarlarının arıçılıq sahəsində bilgilərinin artırılması məqsədilə Türkiyə Respublikasında "Ahmet İnci" tədris mərkəzində təhsil alması üçün ardıcıl işlər görülmüş, Neftçala, Ağdam və Şəki rayonlarına səfər edilmiş və layihənin büdcə vəsaiti hesabına alınan avadanlıqlar benefisiarlara təhvil verilmişdir.
  4. “Birbaşa Xarici İnvestisiyaların Təşviqinə dair 2022-2026-cı illər üzrə Strategiya sənədinə təkliflər təqdim edilmişdir;
  5. Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu milli sisteminin yaradılması və Səmərəli Heyvandarlıq və Yemləmə Sistemlərinin Yaradılması yolu ilə Azərbaycanda İribuynuzlu Mal-Qara İstehsalının Təkmilləşdirilməsi layihələri çərçivəsində hədəflər və bu hədəflərə çatmaq üçün həyata keçirilmiş fəaliyyətlərə dair arayış hazırlanmışdır;
  6. “Tvinninq layihəsi”nin Rəhbər Komitəsinin növbəti iclası keçirilmiş, layihənin komponentləri üzrə görülən işlər müzakirə edilmiş, “Fermerlərin bazara çıxışının asanlaşdırılması, məhsulların rəqabət qabiliyyətinin artırılması və kooperativlərin yaradılmasında beynəlxalq təcrübə” mövzularında birgə vebinar təşkil edilmişdir;
  7. Həmçinin “Tvinninq Layihəsi” çərçivəsində “Torpaq və su resurslarının qorunması yolu ilə subsidiyanın tətbiqi” mövzusunda da vebinar təşkil edilmiş, beynəlxalq təcrübənin təqdimatı edilmişdir;
  8. FATP çərçivəsində icra olunan layihələrin icra vəziyyəti barədə görüş keçirilmişdir və FATP-2 çərçivəsində görüş təşkil edilmişdir;
  9. FAO tərəfindən icra edilən və Aİ tərəfindən maliyyələşdirilən “Dayanıqlı aqro-ərzaq sisteminin inkişaf etdirilməsi” layihəsinin Rəhbər Komitə iclası keçirilmiş və görülən işlər birgə müzakirə edilmişdir;
  10. Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi, KOBİA, FATP və AKİA-nın birgə görüşü keçirilmiş, AMAL çərçivəsində nəzərdə tutulan qrant müsabiqəsi üzrə müzakirələr apaırlmışdır və müsabiqə üzrə konsepsiya sənədi hazırlanmışdır;
  11. Azərbaycan-Macarıstan işçi qrupun görüşündə iştirak təmin edilmiş, qarşılıqlı əməkdaşlığa dair rəy və təkliflər, həmçinin Azərbaycan- Çin Xalq Respublikası arasında əməkdaşlıq çərçivəsində görülmüş işlərə dair məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir;
  12. “Kənd yerlərinin inkişafı və Milli Aqro-Turizm Sisteminin yaradılması Seminarı” ilə bağlı ardıcıl işlər görülmüşdür.
  13. AEBA-nın “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihələri çərçivəsində alınmış reagentlərin Azərbaycana çatdırılması və ünvana daşınması ilə bağlı lazımi tədbirlər görülmüşdür;
  14. “AKIA tərəfindən Tvininq layihəsi”nin dəstəyi ilə Azərbaycanda kənd yerlərinin inkişafı və “Milli Aqroturizm sisteminin yaradılması”na dair keçirilən seminar təşkili üçün ardıcıl işlər görülmüş, o cümlədən aqroturizmin inkişafı istiqamətində AKİA tərəfindən həyata keçirilən tədbirlərlə bağlı təqdimat edilmişdir;
  15. Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankı ilə arasında əməkdaşlığın davam etdirilməsi barədə Nazirlər Kabinentinə müraciət ünvanlanmışdır;
  16. Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin 2022-ci ildə görüləcək işləri barədə illik fəaliyyət planlarına təkliflər hazırlanmışdır;
  17. Azərbaycan-İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə araşdırma aparılmış və tezis hazırlanmış, Azərbaycan-Qətər arasında münasibətlərə dair araşdırmalar aparılmışdır.
  18. "Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək" və "Aqrar Xidmətlər Agentliyinin nəzdində Toxum və Aqrokimyəvi Laboratoriyaların və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi" layihələrinə dair rəy və təkliflər bildirilmişdir;
  19. Azərbaycan-Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolunun müddəalarının icrası ilə əlaqədar görülmüş işlər barədə məlumat hazırlanmışdır;
  20. Aqrar sahələrin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq donorlarla birgə həyata keçirilə biləcək potensial layihə təkliflərinə dair araşdırmalar aparılmış, “Kənd yerlərində sahibkarlığın inkişafı layihəsi” ilə bağlı keçirilən vebinarda iştirak təmin edilmişdir
  21. Azərbaycan Respublikası Prezidentinin “Süd istehsalı və süd məhsullarının emalı sahəsinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərman layihəsinə rəy və təkliflər verilmişdir.
  22. “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” layihəsi üzrə təşkil olunan tədbirdə, “Dayanıqlı inkişaf üzrə əlaqələndirmə şurası”nın iclasında, həmçinin “Fermer problemi: əsas aspektləri, təsnifatı, regional xüsusiyyətləri” mövzusunda təşkil olunan tədbirdə əməkdaşların iştirakı təmin olunmuşdur.
  23. Layihələrin “monitorinqi və qiymətləndirməsi üzrə metodologiyası”na, həmçinin IFC ilə əməkdaşlıq çərçivəsində hazırlanmış məhsul şəhadətnaməsinə dair Qanun Layihəsinə dair rəy və təkliflər verilmişdir.
  24. Azərbaycan-Rusiya Hökümətlərarası 20-ci iclasının Protokuluna, “Məhsul Şəhadətnaməsi” qanun layihəsinə, həmcinin Özbəkistanın, MDB ölkələri ilə məlumatların bölüşdürülməsi sənədinə rəy və təkliflər verilmişdir
  25. BMT-nin “İnkişaf Proqramı”na və FAO ilə birgə əməkdaşlıq edilən layihələrə dair məlumatlar hazırlanmış, “Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsinin fəaliyyət istiqamətlərinin qiymətləndirilməsinə dair təşkil edilən tədbirlərdə iştirak təmin edilmişdir.
  26. ”Aqrar sektorda meyvə-tərəvəz və heyvandarlıq məhsullarının dəyər zəncirinin inkişaf etdirilməsi” layihəsinin ilkin konsepsiya sənədi hazırlanmışdır.
  27. MDB-nin idarəetmə komitəsinin, həmçinin “Yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması” üzrə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış təkliflərə münasibət bildirilmişdir;
  28. “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli 109 s nömrəli Sərəncamı üzrə sənəd icra edilmişdir.
  29. Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın İclas Protokolu üçün məlumatlar toplanmış və aidiyyəti üzrə təqdim olunmuşdur;
  30. AKİA və “AzərSun” ilə birgə əməkdaşlığa başlanması üçün layihə təklifi üzərində işlərə başlanmışdır;
  31. FAO-nun təklif etdiyi "Qafqaz və Mərkəzi Asiyada (QMA) çəyirtkə fəlakətləri risklərinin azaldılması" layihə sənədinə dair müvafiq rəy və təkliflər verilmiş, torpaqlardan səmərəli istifadənin təbliği və qısametrajlı videoçarxların hazırlanması üzrə mövzular və qısa məlumatlar hazırlanmışdır;
  32. “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” adlı texniki yardım layihəsi”nin rəsmi bağlanış mərasimində və Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycana Missiyası ilə əlaqədar görüşdə şöbənin iştirak təmin edilmişdir;
  33. Fermerlərin və sahibkarların məhsullarınının yerli və xarici bazarlarda daha tez və səmərəli satılması üçün “Aqrobazar.az”, “Azexport.az”, “Tədarük.az” və “Kobmarket.az” elektron elan platformaları barədə araşdırmalar aparılmışdır;
  34. “Taiex texniki yardım layihəsi”nin icrası ilə bağlı təkliflər təqdim olunmuş, FAO ilə “Azərsun” Holdinq MMC arasında Anlaşma Memarandumunun arayışı hazırlanmışdır.
  35. Şamaxı və Kürdəmir rayonlarında, “Agentliyin fəaliyyət istiqamətləri, eyni zamanda dövlət dəstək mexanizmləri ilə bağlı sahibkarların maarifləndirilməsi, sahibkarların qarşılaşdığı problemlər” mövzusunda təşkil olunan, həmçinin “Kənd yerlərinin biznes inkişafı layihəsi”nin 4-cü rəhbər komitəsinin görüşlərində aidiyyəti mütəxəssilərin iştirakı təmin edilmişdir;
  36. ADA-universitetində, “Xarici Siyasət Proqramı” çərçivəsində dövlət qulluqçularına keçirilən peşəkar təlim proqramına istirakçılar cəlb olunmuşlar;
  37. “Aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi” sub-komponentinin əməliyyat təlimatına və Dünya Bankının icraya nəzarət missiyasının tövsiyələrinə əsasən sub-layihələrin iştirakçı fermerləri və emalçıları ilə görüşün keçirilməsi ilə bağlı hazırlıqlar aparılmışdır;
  38. Kənd yerlərində qadınların məşğulluğunun artırılması ilə bağlı layihə təklifi, həmçinin Gender bərabərliyinin təmin edilməsinə dair hesabat hazırlanmışdır;
  39. AMAL layihəsinin benefisiarlarının öz uğur hekayələrini hazırlaması üçün ardıcıl işlər görülmüş, keçirilmiş virtual formatda görüşlərdə iştirak təmin olunmuşdur;
  40. “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” adlı texniki yardım layihəsinin bağlanış tədbirində, həmçinin “Nüvə texnologiyası və müvafiq metodlardan istifadə etməklə taxıl bitkilərinin (buğda, arpa qarğıdalı) seleksiyası və istehsalında təkmilləşmiş təcrübələrin tətbiqi”nə dair seminarda istirak təmin edilmişdir.
  41. “Twinning layihəsi”nin yekun bağlanış konfransı ilə əlaqədar hazırlıq işləri aparılmış, dəvət olunanların siyahısı dəqiləşdirilmiş və 2022-ci ilin 27 aprel tarixində Bakı şəhəri, Hilton hoteldə keçirilən tədbirdə iştirak təmin olunmuşdur.
  42. Tərəvəz məhsullarının emal sahəsində istifadəsinin dəstəklənməsi üzrə ilkin Proqram təklifi təkmilləşdirilmiş, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Yenilənmiş Gündəlik layihəsinə rəy və təkliflər verilmiş, icra olunan layihələr üzrə təqdimatlar hazırlanmışdır.
  43. “Azərbaycan Respublikasında 2022-2026-ci illərdə akvakulturanın inkişafına dair Dövlət Proqramı”nın layihəsinə rəy və təkliflərin verilməsi üçün AKİA-nın struktur bölmələri ilə ardıcıl işlər aparılmışdır.
  44. “Aqrar Məşğulluğun Artırılması Layihəsi” (AMAL) çərçivəsində Ağcabədi rayonundan  olan benefisiarlar üzrə hazırlanan Uğur Hekayəsi FAO-ya təqdim olunmuş, uğurlu biznes plan təqdim edən Nərmin Muradlıya arıçılıqla bağlı avadanlıqların verilməsi üçün FAO-Azərbaycan ofisinə məktub göndərilmişdir.
  45. Dəyər zənciri sub-layihələri Salyan rayonunda süd məhsullarının inkişafı” və “Cəlilabad rayonunda çiyələyin müasir üsullarla istehsalı və emalı dəyər zənciri sub-layihələri çərçivəsində və sözügedən layihə tərəfindən verilmiş kreditlərin monitorinq edilməsi məqsədilə Salyan, Cəlilabad, Gəncə, Samux, Quba, Xaçmaz, Tovuz və Şəmkir rayonlarına səfər edilmişdir.
  46. KYKİL üzrə, keyfiyyət zəmanətinə görə saxlanılmış vəsaitlərin “Azəraqrartikinti” ASC-ə ödənilməsi təmin edilmişdir.
  47. Almaniya Əmanət Bankları Fondunun Ölkə Ofisi tərəfindən Almaniya Texniki Əməkdaşlıq Təşkilati ilə birgə icra edilən “Kiçik fermerlər üçün COVİD-19 ilə bağlı biznes və maliyyə təlimi” layihəsinin bağlanış mərasimində iştirak, həmçinin fermerlərə göstərilən dəstəklərlə birbaşa tanış olmaq məqsədilə Kürdəmir rayonuna səfər edilmişdir.
  48. “İqlimə uyğun ağıllı kənd təsərrüfatı metodlarının həyata keçirilməsi ilə taxıl və çəltik istehsalının artırılması” layihəsinin ilkin konsepsiyası Nazirlər Kabinetinə təqdim edilmişdir.
  49. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində 1500 avro dəyərində 60 kq reagentlər ölkəyə idxal olmuş və aidiyyəti üzrə təhvil verilmişdir.
  50. ”Aqrar sektorda meyvə-tərəvəz və heyvandarlıq məhsullarının dəyər zəncirinin inkişaf etdirilməsi layihəsi” üzrə Konsepsiya Sənədi AKİA, İİB və İslam İnkişaf Bankının Azərbaycandakı Nümayəndəliyinin təmsilcilərinin birgə qatıldığı onlayn görüşdə müzakirə olunmuş, layihə üzrə ilkin razılıqlar əldə olunmuş, hazırda sənəd razılaşdırmaq üçün İN və MN-də baxılır.
  51. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na təkliflər verilmişdir.
  52. Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi-HAZER” layihəsi çərçivəsində cari ilin 29 aprel tarixində layihənin tərəfdaş qurumu olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu üçün institusional dəstək və potensialın gücləndirilməsi tədbirləri çərçivəsində müəssisənin yeni tikilmiş tədris müəssisəsi və görülmüş işlərlə tanışlıq məqsədilə Zaqatala rayonuna səfər təşkil edilmişdir.
  53. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyətinin monitorinqinin aparılması üçün zəruri məlumatlar hazırlanaraq təqdim edilmişdir.
  54. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşkilatçılığı ilə 11-19 iyul 2022-ci il tarixlərində “Kənd yerlərinin inkişafı üzrə Koreya təcrübəsi” mövzusunda keçiriləcək onlayn təlim proqramında iştirak edəcək şəxslər barədə məlumatlar aidiyyəti üzrə göndərilmişdir.
  55. İFAD-in Azərbaycanda səfərdə olan rəsmilərinin Melorasiya və Su Təsərrüfatı ASC-də, Maliyyə Nazirliyində və AKİA-da görüşlərin keçirilməsi təmin olunmuşdur.
  56. Avropa İttifaqının Tvinninq Layihələri araşdırılmış, Azərbaycanda tətbiq oluna biləcək mümkün layihələr barədə təkliflər hazırlanmışdır. “Azerbaijan In Strengthening Food Safety For Better Consumer Protection and Export Opportunities In Agriculture” mövzusunda Tvinninq layihə təklifi təqdim edilmişdir.
  57. Yeni layihə təkliflərinin hazırlanması və təqdimatı üçün Aqrar-Elm və İnnovasiya Mərkəzi və onun idarə etdiyi Elmi-Tədqiqat İnstitutlara müraciət olunması üçün Nazirliyə müraciət ünvanlanmışdır.
  58. Milli Məclisin 2022-ci il 15 mart tarixli iclasında müzakirəsi zamanı verilmiş təklif, irad və tövsiyələrə baxılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı sənədə baxılmış və aidiyyəti rəy bildirilmişdir.
  59. Avropa İttifaqının Azərbaycan üzrə 2021-ci il üçün Fəaliyyət Proqramının Maliyyələşmə Sazişinə, IN-nin “Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə Əməkdaşlıq Şurasının təsis edilməsi təşəbbüşü barədə” sənədinə rəy və təkliflər verilmişdir.
  60. “Aqrar sektorda meyvə-tərəvəz və heyvandarlıq məhsulları üzrə dəyər zəncirinin inkişaf etdirilməsi Layihəsi” haqqında müzakirələr aparılmış, layihənin icrası üçün başlanması üçün Baş Nazirə müraciət ünvanlanmışdır.
  61. Kiçik və  Orta  Biznesin  İnkişafı  Agentliyindən may ayında mövcud dəstək mexanizmləri ilə  bağlı sahibkarlıq  subyektləri ilə görüşlərin keçirilməsi barədə daxil olmuş müraciət  üzrə ardıcıl işlər görülmüşdür.
  62. Sheep layihəsi çərçivəsində aprel ayında görülmüş işlərə dair hesabat hazırlanmışdır.
  63. “Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə Ərzaq İtkisi və Tullantılarının azaldılması” layihəsi üzrə, “Azərbaycanda Ərzaq İtkisi və Tullantılarının Azaldılması üzrə Strateji Yol Xəritəsinin formalaşdırılması üzrə Milli Maraqlı Tərəflərin Qiymətləndirilmə Seminarı” üzrə görüşlərdə iştirak təmin edilmişdir.
  64. “Qadın qüdrəti” və “Daha yaxşı dünya üçün dayanıqlı kənd təsərrüfatı” mövzusunda qısa məlumat toplusu hazırlanmışdır.
  65. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Qida Sistemləri üzrə Regional Hesabatına rəy və təkliflər təqdim edilmiş, Azərbaycan-Avstriya Biznes Forumda iştirak təmin olunmuşdur.
  66. QDİƏT regionunda “Davamlı qida sistemlərinin mövcud vəziyyəti” haqqında icmal hesabatına rəy və təkliflər verilmişdir.
  67. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin “Regionla qida sistemləri” hesabatına, “Kənd yerlərinin inkişafına dövlət dəstəyi tədbirləri üzrə potensialın artırılması layihəsi”nin konsepsiyası sənədinə rəy və təkliflər verilmişdir.
  68. Dünya Bankının tərəfindən Azərbaycan üzrə Ölkə İqtisadi Memorandumu (ÖİM) ilə bağlı sənədə münasibət bildirilmişdir, FAO-nun Roma ofisi tərəfindən 2022-ci il 13-15 iyul tarixlərində hibrid formatda keçirilməsi nəzərədə tutulan əmtəə məhsulları məsələləri üzrə Komitənin 75-ci sesiyasında iştirak edəcək nümayəndə barədə məlumatlar təqdim edilmiş, Tvinninq layihəsi çərçivəsində hazırlanmış “Aqroturizm haqqında” Azərbaycan Respublikasinin Qanun layihəsinin rəy və təkliflər verilməsi üçün Nazirliyin müvafiq şöbəsinə göndərilmişdir.
  69. Ukrayna Respublikasında icraatda olan Tvinniq layihələrindən ölkəmiz üçün münasib olan layihələr nəzərdən kecirilmiş, həmçinin Serbia sərmayədarlarına təklif etmək üçün AKİA-nın fəaliyyət istiqamətlərinə uyğun və Serbiada icra edilmiş layihə təklifləri təqdim edilmişdir.
  70. Qida Təhlükəsizliyi Agentliyində "Qida nəzarati sisteminin qiymətləndirilməsi aləti" layihəsinin ilkin ümumi seminarında iştirak təmin edilmiş, “Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsi: Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kredit əməliyyatlarının dəstəklənməsi” layihəsinin təsdiqlənməsi istiqamətində ardıcıl işlər həyata keçirilmişdir.
  71. Avropa İttifaqının maliyyə dəstəyi ilə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən icra edilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı” layihəsi çərçivəsində Azərbaycan Respublikasının şimal-qərb regionlarında aqroturizm inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumatlar hazırlanmışdır.
  72. Dünya Bankı tərəfindən hazırlanmış "Azərbaycan üzrə Ölkə İqtisadi Memorandumu" sənədinə rəy və təkliflər verilmişdir.
  73. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçiriləcək “Kənd yerlərinin inkişafı üzrə Koreya təcrübəsi” adlı təlim proqramında iştirak edəcək namizədlərin siyahısı hazırlanmışdır.
  74. WEP layihəsi çərçivəsində Şamaxı, İsmayıllı, ax, Zaqatala, Balakən, Ağdam, Tərtər, Qazax, Tovuz, Ağstafa və Gədəbəy ayonlarına səfərlər təşkil edilmiş, südçülük və quşçuluqla bağlı avadanlıqlar təqdim edilmişdir.
  75. Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) texniki əməkdaşlığı çərçivəsində ehtiyaclara dair sorğusuna əsasən qarşı tərəfə təqdim edilməsi üçün xüsusi formaya uyğun olaraq layihə təklifləri hazırlanmış və baxılması üçün aidiyyəti üzrə təqdim edilmişdir .
  76. COMCEC təşkilatı tərəfindən qalib hesab edilmiş layihənin iş planı, gündəliyi hazırlanmışdır.
  77. Tvinninq layihəsinin yekun hesabatı hazırlanmış, aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə təqdim edilmiş, Aqroturizmin inkişafı ilə əlaqədar olaraq Tvinninq layihəsi çərçivəsində Milli Aqroturizm Reyesterinin yaradılması ilə bağlı Turizm Agentliyinə məktub ünvanlanmışdır.
  78. TAİEX üçün kooperativlərlə bağlı layihə təkliflərinin ilkin variantı hazırlanmışdır.
  79. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə FAO arasında Kənd Təsərrüfatının Siyahıyalınması üzrə həyata keçiriləcək layihəyə rəy və təkliflər verilmişdir.
  80. Hindistan Respublikası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək təlimlərdə AKİA tərəfindən iştirak edən nümayəndə barədə məlumat aidiyyəti üzrə təqdim edilmişdir.
  81. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Avropa ittifaqının təşkilatçılığı ilə Zaqatala rayonunda həyata keçirilən “Kənd boxçası” yarmarkasının təşkili üçün ardıcıl işlər görülmüşdür.
  82. Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumuna dair rəy və təkliflər aidiyyəti üzrə təqdim edilmişdir.
  83. JİCA ilə bağlı Gənclərin Aqrar Məşğulluğununun Artırılmasına dair layihə konsepsiyası hazırlanmışdır.
  84. Beynəlxalq Maliyyə Korporasiyasını (IFC) ilə görüş keçirilmiş, gələcək əməkdaşlıq istiqamətlərinə baxılmışdır.
  85. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq, 2023-cü il üçün Nazirlər Kabinetinin iş planına dair təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
  86. Twinninq Layihəsi çərçivəsində Aqroturizm haqqında qanuna layihəsinə rəy və təkliflərin verilməsi məqsədilə Nazirlər Kabinetinə məktub nümunəsi hazırlanmışdır.
  87. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yanında Aqrar Tədqiqat və Siyasət Baş İdarəsi (TAGEM) tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı tədqiqatları sahəsində məlumat mübadiləsinin və potensialın gücləndirilməsi” layihəsinin icrası ilə bağlı cari ildə təlimlərdə iştirak edəcək şəxslər barədə aidiyyəti qurumlara məktublar ünvanlanmışdır.
  88. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələri üzrə rəqabət qabiliyyətliliyin yüksəldilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə məşğulluğun, o cümlədən təsərrüfatçılıqda yeni texnoloji yanaşmaların tətbiqi ilə yaradılan əlavə dəyərin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq haqqında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) rəsmi məktub hazırlanaraq ayrı-ayrılıqda göndərilmişdir.
  89. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət qurumları və sahibkarlıq subyektlərinin birgə iştirakı ilə keçirilən görüşlərlə əməkdaşlıq edilmişdir.
  90. İnkişaf etməkdə olan Bazarlarda Aqrobiznes İnkubasiyasının Effektivliyi mövzusunda tədqiqat işlərinin təqdimatı hazırlanmışdır.
  91. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində həyata keçirilən “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində kooperativlərin yaranmasına dair AKİA-da görüş təşkil edilmişdir.
  92. Aqrar sahədə donorların növbəti əlaqələndirilməsi görüşünün təşkili üçün tədbirlər görülmüşdür.
  93. “Qadınların İqtisadi Güclərinin Artırılması - WEP” layihəsi çərçivəsində qadın qrupları ilə görüşlərin keçirilməsi və müzakirələrin aparılması məqsədilə Tovuz və Gədəbəy rayonlarına ezamiyyə təmin olunmuşdur.
  94. Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara rayonuna dəstəyi layihəsi” çərçivəsində xarici və yerli ekspertlərlə görüş təşkil olunmuşdur.
  95. Azərbaycan Hökuməti ilə Dünya Bankının əməkdaşlığının 30 illiyinə həsr olunacaq tədbirlərə dəstək məqsədilə ardıcıl işlər aparılmışdır.
  96. Azərbaycan Respublikasının Milli Məclisində deputatlar tərəfindən müzakirə olunan məsələlər zamanı irəli sürülmüş təklif, irad və tövsiyələrlə bağlı AKİA tərəfindən görülmüş işlər barədə məlumatlar təqdim edilmişdir.
  97. TAGEM tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı tədqiqatları sahəsində məlumat mübadiləsinin və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində koordinasiya işləri həayata keçirilməkdədir. Bununla bağlı cari ilin sentyabr ayının son həftəsi Türkiyədən 8 (səkkiz) nümayəndənin Azərbaycana 3 günlük səfəri barədə AXA və AİM-ə müraciət ünvanlanmışdır.
  98. FATP çərçivəsində AKİA rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə layihələrin effektiv icrası üzrə təkliflər səsləndirilmiş, əlavə olaraq rəsmi müraciət edilmişdir;
  99. “Viza Kredit” Bank Olmayan Kredit Təşkilatının Agentlik qarşısında olan öhdəliklərinin təmin edilməsi istiqamətində zəruri dəstəyin göstərilməsi məqsədilə Mərkəzi Banka müraciət edilmiş, “Maliyyə Resurs Mərkəzi” BOKT və “Mədəd Kredit” BOKT-a borc öhdəliklərinin yerinə yetirilməsinə dair pretenziya təqdim olunmuşdur.
  100. Xarici investorlara təqdim olunması məqsədəuyğun hesab edilən yeni layihə təklifləri AZPROMO-ya təqdim edilmişdir.
  101. “Kənd Yerlərinin Kompleks İnkişafı” layihəsi çərçivəsində 2022-ci ilin II rübü ərzində görülmüş işlərə dair məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.
  102. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən hazırlanmış “Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsi: Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) kredit əməliyyatlarının dəstəklənməsi” layihə sənədi Nazirlər Kabinetinə təqdim edilmək üçün KTN-ə göndərilmişdir.
  103. Ölkənin özəl sektorunun diaqnostikası üzrə hesabat layihəsinə dair AKİA-nın rəy və təklifləri ATM-ə təqdim olunmuşdur.
  104. Cari ilin 07 iyul tarixində “Torpaqların tərk edilməsininin qarşısının alınması və torpaq konsolidasiyası prosedurlarını təkmilləşdirmək üçün kənd təsərrüfatı torpaq bazarının inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilmiş online görüşdə və ilkin seminarda AKİA tərəfindən nümayəndələrin iştirakı təmin edilmişdir.
  105. AKİA-nın yeni saytı üçün donor və maliyyə təşkilatları, icra müddəti bitmiş və hazırda icrası davam edən layihələr barədə ümumi məlumatlar hazırlanmışdır.
  106. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və icrası yekunlaşmış Dövlət Proqramları barədə 2022-ci ilin 6 ayı vəziyyətinə dair məlumatlar hazırlanmışdır.
  107. Müxtəlif dövlətlərin kooperativlərlə bağlı təcrübəsi araşdırılmış, onların fəaliyyəti barədə prosedurlar araşdırılmış və təqdimatlar hazırlanmışdır.
  108. TAİEX layihə təklifi və yeni tvinninq layihəsi ilə əlaqədar  təqdimat hazırlanmışdır.
  109. KOBİA-nın fermerlərə dəstək tədbirləri haqqında təşkil olunan görüşlərində qaldırılan məsələlərlə bağlı məlumatlar təqdim edilmişdir.
  110. WEP layihəsi çərçivəsində genderə həssas qrupların kredit sxemləri və digər dəstək alətlərini üzrə hökumətin potensialının artırılması məqsədilə beynəlxalq təcrübə araşdırılmış, rəy və təkliflər qeyd edilmiş, həmçinin layihənin 2022-ci ilin 6 ayı ərzində görülmüş işlərə dair arayış hazırlanmışdır.
  111. AMAL layihəsi üzrə 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərə dair arayış hazırlanmış, 27 iyul tarixində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də qatıldığı panel görüş təşkil olunmuş, gənclərin aqrar sektorda dayanıqlı və davamlı məşğulluğunun artırılması məqsədilə strategiya səsləndirilmişdir.
  112. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən daxil omuş məktuba əsasən “Gender Bərabərliyi üzrə 2022-2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsinin Tədbirlər Planında Kənd Təsərrüfatı Nazirliyinin icraçı qurum kimi qeyd olunduğu tədbirlər üzrə maliyyə-iqtisadi əsaslandırması hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
  113. “Gender Bərabərliyi üzrə 2022-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin Tədbirlər Planı üzrə təkliflərin maliyyə-iqtisadi əsaslandırılması hazırlanmışdır.
  114. “Bioenerji və fındıq dəyər zəncirinin qarşılıqlı əlaqəsi və potensial imkanları üzrə nəticələr” mövzusunda keçiriləcək görüşdə iştirakla bağlı aidiyyəti qurumlara məlumatlar təqdim edilmişdir.
  115. AMAL çərçivəsində “Aqro-Man” müsabiqəsinin qiymətləndirmə komissiyasının iclası təşkil olunmuşdur.
  116. Tvinninq layihəsinin yekun hesabatı ilə bağlı Tvinninq koordinatorunun müraciətinə əsasən aqrar sahədə göstərilən dəstək tədbirləri və islahatlar barədə ingilis dilində arayış hazırlanmış və təqdim edilmişdir.
  117. Gənclər və İdman Nazirliyi tərəfindən 25 iyul-5 avqust 2022-ci il tarixlərində Gənclərin məşğulluğu adlı yay istirahət düşərgəsində şöbənin əməkdaşı tərəfindən iştirak təmin olunmuş və təqdimatla çıxış edilmişdir. müəyyənləşdirilmişdir.
  118. FAO-nun 43-cü sessiyasında müzakirə olunası məsələlər üzrə təkliflər paketi hazırlanmışdır.
  119. 13-21 İyul tarixlərində kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilməsi potensial layihələrin hazırlanması istiqamətində KOİCA-nın təşkil etdiyi proqramda iştirak edilmiş və uyğun layihə hazırlanmışdır.
  120. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə İran İslam Respublikasının Bakıdakı Səfirliyindən daxil olan notaya əsasən Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyət istiqamətlərilə bağlı məlumatlar KTN-ə təqdim olunmusdur.
  121. “Torpaqların tərk olunması probleminin həlli və torpaqların konsolidasiyası prosedurlarının təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatı torpaqları bazarının inkişaf etdirilməsi” layihəsinin azərbaycan və ingilis dilində Arayışı hazırlanmışdır.
  122. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) JİCA tərəfindən verilmiş avadanlıqlar və Türk Əməkdaşlıq və Koordinasiya  Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə bağlı məlumatlar hazırlanmışdır.Aqroparklar tərəfindən qaldırılan məsələlərin müzakirə edilməsi məqsədilə İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən keçirilən görüşdə iştirak təmin edilmiş və aidiyyəti məlumatlar verilmişdir
  123. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının 2-ci fazası dövründə icrası prioritet hesab edilə biləcək layihə təkliflərinin verilməsi barədə Nazirliyin aidiyyəti şöbələrinə və institutlarına müraciət ünvanlanmış, daxil olan təkliflər ümumiləşdirilmişdir.
  124. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” və “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihələri çərçivəsində sentyabr-oktyabr ayları ərzində nəzərdə tutulan beynəlxalq missiyalara hazırlıq işlərinə başlanmışdır
  125. Dünya Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın 30-cu ildönümü münasibətilə keçirilmiş tədbirdə sədr müavini Leyla Cabarlının iştirakı təmin olunmuşdur
  126. WEP layihəsi çərçivəsində cari ilin 20-23 sentyabr tarixlərində Şəki, Qax, Balakən, İsmayıllı, Zaqatala, Tovuz və Gədəbəy rayonlarında benefisiarlarla görüşlər təşkil edilmiş, kooperativlərin yaradılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
  127. Avropa İttifaqı tərəfindən maliyyələşən və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən (FAO) icra olunan “Azərbaycanın şimal-qərb regionunda dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində cari ilin 13 sentyabr tarixində Zaqatala rayonunda yerli aqro-ərzaq sistemlərinin potensialı ilə bağlı keçiriləcək regional seminarla iştirak təmin edilmişdir.
  128. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən dövlət qurumlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə Şamaxı və Qəbələ rayonlarında təşkil olunan görüşlərdə Layihə və proqramlar şöbəsinin müdir müavini Valeh Balikaninin iştirakı təmin olunmuşdur.
  129. 5-6 sentyabr tarixlərində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yanında Aqrar Tədqiqat və Siyasət Baş İdarəsi (TAGEM) tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı tədqiqatları sahəsində məlumat mübadiləsinin və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində “Bitki yetişdirilməsi” adlı online təlimdə iştirak təmin olunmuşdur.
  130. Azərbaycan Respublikası ilə İran İslam Respublikası(İİR) arasında əməkdaşlığa dair Dövlət Komissiyasının 15-ci iclasının Anlaşma Memorandumuna əsasən 2022-ci ildə İİR-dən alınan avadanlıqlar barədə məlumatlar Nazirliyə təqdim edilmişdir.
  131. “Kənd təsərrüfatı tədqiqatları sahəsində məlumat mübadiləsinin və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində cari ilin 3-5 oktyabr tarixlərində Türkiyə, Qırğızıstan, Özbəkistan və Moldova Respublikalarını təmsil edəcək bitkiçilik üzrə doqquz ekspertin Azərbaycana 3 günlük texniki səfəri ilə bağlı “Dəvət məktubları” hazırlanaraq qarşı tərəfə göndərilmişdir.
  132. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında AKİA-nın fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş tapşırıqların icrasına dair “İş Planı”nın təsdiq edilmişdir.
  133. Biomüxtəlifliyin qorunması ilə bağlı Prezident Administrasiyası tərəfindən sorğulanan cədvələ AKİA tərəfindən görülən işlər qeyd edilmişdir.
  134. “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”nin proqram təminatının yaradılması üzrə işlərin qəbulu aktı hazırlanmışdır.
  135. COMCEC layihəsi üzrə Türkiyədə təşkil olunan təlimdə iştirak edəcək nümayəndələr haqqında məlumatlar təqdim olunmuşdur.
  136. “İCCİA Country Focus” vebinarında Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirovun iştirakı təmin olunmuşdur.
  137. AKİA-nın sədr müavini Leyla Cabbarlının Save Food Regional konfransda (Türkiyə, İstanbul) iştirakla bağlı tələb olunan sənədlər qarşı tərəfə göndərilmişdir.
  138. AKİA-da İFC-nin nümayəndələri ilə görüş təşkil edilmişdir.
  139. Regionlarda gənclərin aqrar sahədə bilik və bacarıqlarının və məşğulluğunun artırılması məqsədilə dayanıqlı mexanizmin formalaşdırılması ilə bağlı layihə təklifləri hazırlanmışdır.
  140. Tvinninq layihəsi çərçivəsində təqdim edilmiş “Kooperativin ilkin məlumatlarının xülasəsi” istiqamətində araşdırma Azərbaycan dilinə tərcümə edilmişdir.
  141. Kənd Təsərrüfatı Zəmanət Fondu adlı sənəd Azərbaycan dilinə tərcümə edilmişdir.
  142. Ağdaş Rayon İcra Hakimiyyətindən daxil olmuş “Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi” (Layihə) çərçivəsində Ağdaş rayonu ərazisində görülmüş təmir-bərpa işləri barədə müraciət cavablandırılmışdır.
  143. “Regionlarda yaşayan gənclərin aqrar sahədə bilik və bacarıqlarının artırılması” istiqamətində layihə sənədləri hazırlanmışdır.
  144. ”Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyəti barədə monitorinq nəticələrinə dair Azərbaycan Respublikası Prezidentinə təqdim edilmiş arayışda qeyd edilmiş nöqsan və çatışmazlıqların həlli istiqamətində görülmüş işlər barədə məlumatlar toplanmış və aidiyyəti üzrə göndərilmişdir.
  145. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Azərbaycanda Kənd Təsərrüfatı Maliyyələşməsində Tələb və Təklifin Qiymətləndirilməsi və AKİA-nın Kreditvermə Mexanizminin Effektivliyinin artırılması üçün Tövsiyyələrin Hazırlanması" layihəsi çərçivəsində keçirilmiş görüşlə bağlı işlər icra olunmuşdur.
  146. WEP layihəsi çərçivəsində cari ilin 20-21 sentyabr tarixlərində layihənin benefisiarlarla görüşlərin keçirilməsi və kooperativlərin yaradılması istiqamətində fikir mübadiləsi aparılıması məqsədilə Şəki və İsmayıllı rayonlarına səfər edilmişdir.
  147. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında iqtisadi əməkdaşlıq çərçivəsində görülmüş işlərlə əlaqədar hesabatlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
  148. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən hazırlanmış “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinə, eyni zamanda Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində “İqlim dəyişikliyinə qarşı regional fəaliyyətlərə dəstək üzrə tədqiqat” mövzusunda hazırlanmış sənədə rəy və təkliflər hazırlanmış, aidiyyəti üzrə təqdim edilmişdir.
  149. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birgə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) göstəriciləri və kənd təsərrüfatının siyahıyaalınmasının rəqəmsallaşdırılması üzrə Dövlət Statistika Komitəsinin potensialının gücləndirilməsi” layihə sənədinə rəy verilmişdir.
  150. ”Azərbaycanın qərb bölgəsində yaşayış şəraitinin yaxşılaşdırılması üçün kənd yerlərinin davamlı inkişafı" layihə sənədinə dair rəy və təkliflər hazırlanaraq təqdim edilmişdir.
  151. COMCEC layihəsi ilə bağlı Field Report hazırlanıb qarşı tərəfə təqdim edilmişdir.
  152. Aqrar İnnovasiyalar Parkı barədə beynəlxalq təcrübə araşdırılmış və bununla bağlı təqdimatlar hazırlanmışdır.
  153. ”Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əsas icraçı olduğu bəndlərlə bağlı görülmüş işlərlə bağlı məlumatlar Nazirliyə təqdim edilmişdir.
  154. 2022-ci il 29 sentyabr tarixində qadın kooperativlərin dəstəklənməsilə bağlı AKİA, FAO və USAİD arasında virtual görüş təşkil edilmişdir.
  155. “Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının artırılması” tvinninq layihəsi üzrə yekun hesabatın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış forması NK-nə təqdim edilmişdir.
  156. “2022-2026-cı illərdə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə Dövlət Proqramı” layihəsinin yenilənmiş variantına aidiyyəti üzrə baxılmış və müvafiq rəy və təkliflər elektron poçt vasitəsilə Rəhbərliyə təqdim edilmişdir.
  157. Azərbaycan Respublikası ilə Türkmənistan arasında birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolunda nəzərdə tutulmuş müddəaların icrası ilə əlaqədar görülmüş işlərə dair məlumatlar və 6-cı iclasın Protokol layihəsinə dair müvafiq rəy və təkliflər Nazirliyin aidiyyəti şöbəsinə göndərilmişdir.
  158. Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyasının yeddinci iclasının Protokol layihəsinə dair müvafiq rəy və təkliflər aidiyyəti üzrə təqdim olunmuşdur.
  159. “İƏT regionunda ərzaq təhlükəsizliyi problemi ilə mübarizə məqsədilə Məkan Məlumat İnfrastrukturunun (ECO-SDİ) hazırlanması: ortaq baxış vasitəsilə əməkdaşlıq” sənədinə baxılmış və rəylər aidiyyəti üzrə göndərilmişdir.
  160. “Importance of Agriculture” və “Investment potential of agro sector in Azerbaijan” mövzularında təqdimat hazırlanmışdır. ”Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Aqrar Kredit və İnkişaf Agentliyinin əsas icraçı olduğu 3.1-cü bəndində nəzərdə tutulanlar haqqında məlumatlar KTN-ə təqdim edilmişdir.
  161. FAO və Türkiyə Ərzaq və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” layihəsi çərçivəsində İstanbulda keçirilən konfrasla bağlı hesabat və pres-reliz hazırlanmışdır.
  162. FAO və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə 2022-ci ilin 5-6 oktyabr tarixlərində İstanbulda keçirilmiş “Avropa və Mərkəzi Asiyada Ərzaq İtkisi və Tullantıların Azaldılması” mövzusunda regional konfransla bağlı hesabat hazırlanmışdır.
  163. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa dair təkliflər hazırlanmışdır.
  164. “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması – WEP ” layihəsi çərçivəsində dövlət qurumları nümayəndələrinin panel görüşü keçirilmişdir.
  165. “AKİA-nın fəaliyyət istiqamətləri ilə tanışlıq, eyni zamanda dövlət dəstək mexanizmləri ilə bağlı sahibkarların maarifləndirilməsi, onların qarşılaşdığı problemlər” mövzusunda görüşlərdə iştirak məqsədilə əməkdaşlar Siyəzən və Qobustan rayonlarına ezam olunmuşlar.
  166. TAGEM layihəsi çərçivəsində qarşılıqlı bilgilərin paylaşması çərçivəsində AKİA-nın əməkdaşları Moldova Respublikasına səfər təşkil edilmişdir.
  167. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) 2022-ci il üçün elan etdiyi “Kiçik Qrant Lahiyələri” proqramı ilə bağlı 3 layihə təklifi təqdim edilmişdir.
  168. “Müstəqil Dövlətlər Birliyi (MDB) regionunda ticarətin inkişafına və maliyyələşdirilməsinə dəstəyin göstərilməsi Proqramına” rəy və təkliflər hazırlanmışdır.
  169. Donor təşkilatları ilə əməkdaşlıq, yaşıl keçid istiqamətində görülən işlər və perspektivlər mövzusunda FAO əməkdaşları görüşlər təşkil edilmişdir.
  170. AQTA tərəfindən tərəfindən “Qida nəzarət sistemləri üzrə qiymətləndirmə aləti” adlı 4 günlük təlimlərdə iştirak təmin olunmuşdur.
  171. COMCEC yeni çağırışına əsasən “Ekstremal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” və digər 2 mövzuda layihə təklifləri hazırlanmışdır.
  172. “Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyinin kredit əməliyyatlarının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycanda missiyada olan FAO və Frankfurt School of Finance and Management (FS) beynəlxalq mütəxəssislərinin araşdırmalarının ilkin nəticələrini AKİA-da birgə müzakirə edilmişdir.
  173. Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət qurumlarının nümayəndələri üçün "Yoxsulluğun aradan qaldırılması və kənd yerlərinin canlandırılması" mövzusunda nəzərdə tutulan online təlimdə AKİA-nın sədr müavini Leyla Cabbarlının namizədliyi təklif edilmişdir.
  174. “Toxumçuluğa dövlət dəstəyi” mövzusunda təqdimat və Macarıstanın Azərbaycandakı səfiri ilə AKİA-da keçirilmiş tanışlıq görüşünün nəticələri barədə məlumatlar hazırlanmışdır.
  175. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının II fazası üçün Azərbaycan Dövlət Aqrar Universitetinin təklif etdiyi layihə təklifləri dəyərləndirilmiş, kooperativlərin yaradılması üçün işçi qrupunun fəaliyyət planı sənədinə dəyişikliklər aidiyyəti üzrə təqdim edilmişdir.
  176. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) “Kənd Təsərrüfatı və aqrar ağıllı qida zəncirinin yaradılması üçün özəl-dövlət-akademiyada insan resurslarının inkişafı” adlı online təlimdə iştirak üçün sənədlər aidiyyəti üzrə təqdim edilmişdir.
  177. Azərbaycanda Qlobal və Milli Əhəmiyyətli Aqrar İrs Sistemlərinin (GİAHS və NİAHS) yaradılması və bununla bağlı müvafiq işçi qrupunun yaradılması ilə bağlı AKİA tərəfindən namizədin təqdim edilməsi ilə bağlı aidiyyəti quruma məkub ünvanlanmışdır.
  178. Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış “Abşeron Aqroinnovasiya Parkı”nın yaradılması barədə sənədə rəy və təkliflər hazırlanmışdır.
  179. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə “Kənd Təsərrüfatı Kooperativlərinin yaradılması üçün Texniki İşçi Qrupuna üzv olmaq” barədə məlumat hazırlanmışdır.
  180. Azərbaycan Respublikası Prezidentinin 10.02.2022-ci il tarixli 3143 nömrəli Sərəncamının 7.3-cü yarımbəndinə əsasən KYKİL barədə məlumatlar İqtisadiyyat Nazirliyinə göndərilmişdir.
  181. Koreya tərəfindən elan olunmuş 2024/2025-ci illər üzrə bilik mübadilə proqramına layihə təklifləri aidiyyəti üzrə təqdim edilmişdir.
  182. COMCEC tərəfindən maliyyələşdirilən “İqlim üzrə Ağıllı Kənd Təsərrüfatı və Sosial Məsuliyyətli Təcrübələri Təşviq etməklə Ərzaq İtkisinin və Tullantılarının Azaldılması”( Reduction of Food Loss and Waste (FLOW) through Promoting Climate Smart Agriculture and Socially Responsible Practices) layihəsi çərçivəsində Türkiyənin Ankara şəhərinə ezam təşkil olunmuşdur.
  183. "Gələcək üçün Yenilən" devizi ilə keçiriləcək III Maliyyə və İnvestisiya Forumunda AKİA tərəfindən nümayəndələr müəyyənləşdirilmişdir.
  184. Azərbaycan və Özbəkistan Respublikaları Kənd Təsərrüfatı  Nazirlikləri arasında əməkdaşlığa dair təkliflər hazırlanaraq təqdim edilmişdir.
  185. İspaniya Krallığının Türkiyədəki diplomatik nümayəndəliyinin iqtisadiyyat və ticarət ofisinin bazar təhlilçisi Şayeste Ekincinin Azərbaycana işgüzar səfəri çərçivəsində AKİA-da görüş təşkil edilmişdir.
  186. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair tvinninq layihəsinin yekun konfransında iştirak təmin olunmuşdur.
  187. “Hidrokuler” (şoklama aparatı) və “Dəqiq əkin sistemi” avadanlıqlarının AKİA-nın güzəşt tətbiq etdiyi texnikaların siyahısına daxil olub olmaması barədə aidiyyəti şöbəyə müraciət olunmuşdur.
  188. Keçirilməsi nəzərdə tutulan Donor Koordinasiya Görüşünün təqdimatına müvafiq düzəlişlər edilərək aidiyyəti şəxsə elektron poçt vasitəsilə göndərilmişdir.
  189. Asiya İnkişaf Bankının (AİB) “Texnologiya Startapları üçün Azərbaycan Ekosistemi – Bakı, Gəncə və Şamaxı” təqdimatında iştirak təmin olunmuşdur.
  190. Elektron sənəd dövriyyəsinə daxil olan sənədlər nəzərdən keçirilmiş, aidiyyəti üzrə icra edilmişdir.
  191. AMAL çərçivəsində alınan kompüter avadanlıqları Aqrar İnkişaf Könüllülərinə təqdim edilmiş və bununla bağlı press reliz və arayış hazırlanmışdır.
  192. FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən təqdim olunan və Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan “Azərbaycanda torpaqların deqradasiya neytrallığı” adlı texniki yardım layihəsinə baxılmış, rəy və təkliflər təqdim edilmişdir.
  193. Azərbaycan Bitki Mühafizəsi Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya və Molekulyar Diaqnostika Laboratoriyasının ehtiyacları əsasında tələb olanan reaktivlərin alınması ilə bağlı müvafiq tədbirlər görülmüşdür.
  194. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FA0–Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində birgə icra olunan “Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması – WEP ” Layihəsinin Panel Görüşü təşkil edimişdir.
  195. FAO və AKİA-nın texniki əməkdaşlıq çərçivəsində hazırlanmış “Kənd yerlərinin maliyyələşdirilmə çərçivəsi Aqrar Kredit və İnkişaf Agentliyinin kredit əməliyyatlarının dəstəklənməsi” layihə çərçivəsində Azərbaycanda missiya səfərində olan FAO və Frankfurt School of Finance and Management (FS) beynəlxalq mütəxəssisləri ilə AKİA-nın mütəxəssislərinin görüşü təşkil edilmişdir.
  196. İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) “Məhsul yığımından sonrakı itkilərin azaldılması üçün yeni texnologiyalar üzrə potensialın gücləndirilməsi” layihəsi çərçivəsindəki dəvət məktuba cavab göndərilmişdir.
  197. Avropa İttifaqının maliyyə dəstəyilə FAO tərəfindən icra olunan “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində görülmüş işlərə dair məlumatlar təhlil olunmuşdur.
  198. Koreya tərəfindən elan olunmuş 2024/2025-ci illər üzrə bilik mübadilə proqramına layihə təklifləri hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
  199. COMCEC tərəfindən maliyyələşdirilən “İqlim üzrə Ağıllı Kənd Təsərrüfatı və Sosial Məsuliyyətli Təcrübələri Təşviq etməklə Ərzaq İtkisinin və Tullantılarının Azaldılması”( Reduction of Food Loss and Waste (FLOW) through Promoting Climate Smart Agriculture and Socially Responsible Practices) layihəsi çərçivəsində 2022-ci ilin 17-22 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərinə ezam olunmuşdur
  200. Frankfurt biznes məktəbi, FAO və AKİA arasında kredit layihəsi ilə bağlı görüşdə iştirak edilmiş və görüşün təqdimatı ingilis dilindın Azərbaycan dilinə tərcümə edilmişdir.
  201. Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı olunan sahələr və ölkəmizdə kənd təsərrüfatı sahəsində görülmüş işlər barədə ingilis dilində Arayış hazırlanmışdır.
  202. Ərzaq İtkisi və Tullantılarının (ƏİT) Qarşısının Alınması, Azaldılması və Monitorinqi üzrə Azərbaycanın Milli Strategiyasına dair çərçivə sənədində mövcud qanunvericiliyin təhlili ilə bağlı arayış hazırlanmışdır.
  203. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində regionlara ezama təşkil edilmişdir.
  204. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində (FATP) həyata keçirilmiş “Aqrar Məşğulluğun Artırılması Layihəsi” (AMAL) çərçivəsində gənc fermerlərin fəaliyyətlərinin dayanıqlı təşkili məqsədilə Aqrar İnkişaf Könüllülərinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə təqdim edilmiş avadanlıqlarla bağlı Nazirliyin Elm təhsil və insan resursları şöbəsinə rəsmi məktub hazırlanmışdır.Aqrar İnnovasiya Mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Kənd Təsərrüfatında Startaplara və İnnovativ Sahibkarlığa dəstək” layihəsi çərçivəsində iştirakla bağlı arayış hazırlanmışdır.
  205. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı daxilində icra olunan “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsi çərçivəsində Reproduksiya (Embrion Köçürülməsi) üzrə beynəlxalq məsləhətç cənab Ceykob Şerzer ilə keçirilən görüş keçirilmişdir.
  206. “Kiçik təsərrüfatla məşğul olan fermerlər arasında Ağıllı İqlim Kənd Təsərrüfatı Təcrübələrinin Təşviq Edilməsi” mövzusunda ilkin formada layihə təklifi verilmişdir;
  207. İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin çağırışının dəstəyi ilə Türkiyə Respublikasının Antalya şəhərərində keçirilmiş “Toxumçuluq sektorunun Covid-19 riskinə qarşı dayanıqlılığı” mövzusundakı təlimin nəticələri barədə məlumat hazırlanmışdır.
  208. “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində fermerlərin birgə təşkilatlanma təşəbbüslərinin dəstəklənməsi istiqamətində kooperativ təşəbbüskarlar və təsisçilər ilə görüş keçirmək, kooperativ yanaşması üzrə idarəetmə, öhdəliklər və qeydiyyat barədə prosedurlar haqda məlumatlandırmaq, habelə mütəxəssislər tərəfindən kooperativ kimi qeydiyyatdan keçmək üçün zərruri sənədlər toplusunu fermerlərə izah və təqdim etmək məqsədilə pilot rayonlara səfərlə bağlı hesabat hazırlanmışdır.
  209. Türkiyə Respublikasının Kənd Təsrrüfatı və Meşə Nazirliyi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanması nəzərdə tutulan Anlaşma Memorandumuna aidiyyəti üzrə rəy və təkliflər Rəhbərliyə elektron poçt vasitəsilə göndərilmişdir.
  210. Rəqəmsallaşmaya keçid və İqlim dəyişikliyinin təsirlərinin azaldılmasına istiqamətlənmiş tədbirlər istiqamətləri üzrə layihə təklifləri hazırlanmışdır.
  211. Dünya Bankının Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycan üçün Sürətli Texniki Yardım (AZTAF) Fondu çərçivəsində “Əmək bazarında nailiyyətlərini artırmaq üçün qadınların insan kapitalının gücləndirilməsi” adlı Texniki Yardım layihəsinə başlamaq məqsədilə Dünya Bankının heyəti ilə keçirilmiş görüşlə bağlı texniki işlər yerinə yetirilmişdir.
  212. KOBİA tərəfindən Xəzər rayonunda “İdxal-İxrac prosedurları ilə bağlı məşğul olan sahibkarlıq subyektləri ilə görüşdə” iştirak təmin edilmişdir.
  213. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çagırışlar barədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə cari ilin 22 noyabr tarixində Tovuz rayonunda keçirilmiş Gənc Sahibkarlar Forumunda Leyla xanımın iştirakı ilə bağlı təhriri məruzə hazırlanmışdır.
  214. AMAL-ın büdcəsi hesabına alınan avadanlıqlar FAO-Azərbaycan Ofisində baş tutan görüşdə Aqrar İnkişaf Könüllülərinə təqdim edilmiiş və bununla bağlı press reliz və Arayış hazırlanmışdır.
  215. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən təqdim olunan və Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan “Azərbaycanda torpaqların deqradasiya neytrallığı” adlı texniki yardım layihəsinə baxılmış və rəy bildirilmişdir.
  216. Bitki mühafizəsi Elmi - Tədqiqat İnstitutunun Biotexnologiya və Molekulyar Diaqnostika Laboratoriyası üçün lazım olan reaktivlərin alınması ilə bağlı işlər görülmüş və qarşı tərəfdən cavab gözlənilir.
  217. Hindistan Texniki və İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində 2023-cü ildə keçiriləcək təlimlərdə istirakçılar barədə sənədlər qarşı tərəfə təqdim edilmişdir.
  218. 2018-2021-ci illər ərzində AEBA ilə birgə həyata keçirilmiş layihə çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun maddi texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər görülmüşdür.
  219. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin JİCA əməkdaşları ilə görüş təşkil edilmişdir.
  220. KYKİL çərcivəsində (2012-2020) “Viza Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş vəsaitlərin vaxtında geri qaytarılmamasına görə məhkəmə orqanlarına müraciət edilmişdir.
  221. Dünya Bankının qarşıdakı illərdə Azərbaycanla birgə əməkdaşlığın davam etdirilməsi dair təklifinə müsbət münasibət bildirilmişdir.
  222. Aqrar Kredit və İnkişaf Agentliyi və Litvanın Milli Ödəniş Agentliyi arasında imzalanması nəzərdə tutulan Əməkdaşlıq Sazişinə rəy və təkliflər verilmişdir.
  223. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq üzrə Daimi Komitənin (COMCEC) Layihə Maliyyələşdirməsinin 10-cu Layihə Çağırışı çərçivəsində təqdim edilmiş layihə təkliflərinin ilkin qiymətləndirilməsində AKİA tərəfindən təqdim olunan “Kənd Təsərrüfatı Kooperativlərinin İnkişafı” layihəsi uğurla keçmişdir.
  224. KTN-nin Nazirliyin aidiyyəti institutları və şöbələri tərəfindən prioritet hesab edilən sahələr üzrə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının II fazası üçün yeni layihə təklifləri hazırlanmışdır.
  225. AMAL layihəsi çərçivəsində Biləsuvar Peşə Litseyində fəaliyyət göstərən Nərmin Muradlıya təqdim edilən avadanlıqların (arı pətəkləri, arıçı geyim dəsti, elektrikli bal süzən maşın, əlcək, su nasosu, su çəni, elektrikli çanta çiləyicisi) təhvil -təslimi aparılmışdır.
  226. “Aqrar sektorda meyvə-tərəvəz və heyvandarlıq məhsulları üzrə dəyər zəncirinin inkişaf etdirilməsi” layihəsi üzrə razılaşdırılmış təkliflərin verilməsi üçün AR KTN, İN və MN ilə razılaşdırılmış təkliflərin verilməsi məqsədilə nəzərdə tutulan birgə görüş barədə AR NK-ə məktub ünvanlanmışdır.
  227. “Azərbaycan üçün Çevik Texniki Yardım Aləti: Əmək bazarında nailiyyətlərini artırmaq üçün qadınların insan kapitalının gücləndirilməsi” sənədinə baxılmış və AKİA ilə bağlı hissəsinə rəylər Dünya Bankına təqdim edilmişdir.
  228. Azərbaycan Respublikasının münaqişədən zərər çəkmiş regionlarında (Ağdam, Bərdə və Tərtər rayonları) yaşayış şəraitinin yaxşılaşdırılması üçün kənd ərazilərinin davamlı inkişafı” layihəsinə rəy bildirilmişdir
  229. “Kənd Yerlərində Biznes İnformasiya Sisteminin (RBİS) İnkişafına Dəstək” layihəsinin yekun hesabatı hazırlanmışdır.
  230. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın AKİA-nın struktur bölmələri arasında iş bölgüsünü nəzərdə tutan İş Planı layihəsi hazırlanmışdır.