Layihənin adı:
|
Məqsədi
|
İcra müddəti
|
İcraçı təşkilat
|
Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi
|
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) tərəfindən verilən kreditə uyğun olaraq təbii ehtiyatları və ətraf mühitin ekoloji tarazlığını qorumaqla dağ və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək, orada yaşayan əhalinin gəlirlərini artırmaq, benifisiarların bazar iqtisadiyyatında fəal iştirakını, təbii ehtiyatlardan istifadə və idarə etmək, onların təşkilatlanmasını gücləndirmək, maliyyə, texniki və kommersiya xidmətlərindən faydalanmağı, ətraf mühiti qorumaq və bərpa etmək qabiliyyətini aşılamaqla onların həyat səviyyəsini yüksəltməkdən ibarətdir.
|
1997 – 2003-cü illər
|
AKİA
|
Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi
|
Torpaq əqdlərinin qeydiyyatına başlanılması, informasiya və məsləhət xidmətlərinin təşkili, sahibkarların təsərrüfatlarında və digər kənd şirkətlərində investisiyaların miqyasının genişləndirilməsi.
Layihənin hədəf dairəsi - Lənkəran (Cəlilabad, Yardımlı, Lerik, Astara, Lənkəran, Masallı), Səki – Zaqatala (Qax, Oğuz, Balakən, Zaqatala, Şəki), Gəncə - Qazax (Ağstafa,Qazax,Tovuz, Gədəbəy,Şəmkir, Da.kəsən, Göygöl, Samux, Gəncə), Naxçıvan MR (Sədərək, Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Naxçıvan) iqtisadi rayonları, eləcədə Ağcabədi, İmişli, Fizuli, Beyləqan Saatlı rayonları
|
2000-2006-cı illər
|
AKİA
|
Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL)
|
icma yönümlü layihələrə sərmaya qoymaqla kənd yerlərində infrastruktura çıxışı yaxşılaşdıran və kənd əhalisinin yaşayış səviyyəsini yüksəldilməsi, infrastruktur mikro-layihələrin hazırlanıb həyata kecirmə bacarığının artırılması ilə onların həyat səviyyəsini yüksəldilməsi və infrastrukturdan istifadə imkanlarını artırması.
Layihənin hədəf dairəsi -Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Biləsuvar), Düzən-Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax), Naxçıvan zonaları(Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Ordubad, Kəngərli )
|
2004 - 2009-cu illər
|
AKİA
|
Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün Əlavə Maliyyələşdirmə
|
Əhalinin infrastruktur mikro-layihələr hazırlayıb həyata kecirmə bacarığının artırılması ilə onların həyat səviyyəsini yüksəltmək və infrastrukturdan istifadə imkanlarının artırılması.
Layihənin hədəf dairəsi - Naxçıvan (Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Ordubad, Kəngərli), Şimal (Ismayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Quba, Qusar, Şamaxı, Ağsu, Xaçmaz, Qobustan) və Şimal Qərb (Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz, Tərtər, Goranboy, Samux, Bərdə, Şəmkir, Göy Göl) zonalarının ümumilikdə 31 rayon
|
2009-2012-ci illər
|
AKİA
|
İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi (KTİKL 2)
|
Fermerlərin, kiçik və orta-həcmli kənd müəssisələrinin kənd biznes və kənd təsərrüfatı dəstək xidmətlərinə o cümlədən, maliyyə, məsləhət və baytarlıq xidmətlərinə çıxış imkanlarını artırmaq və kənd ərazilərində bazar yönümlü investisiyaları stimullaşdırılması.
Layihənin hədəf dairəsi - Respublikanın bütün bölgələri
|
2006-2012-ci illər
|
AKİA
|
İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi
|
Əhalinin infrastruktur mikro-layihələr hazırlayıb həyata kecirmə bacarığının artırılması ilə onların həyat səviyyəsini yüksəltmək və infrastrukturdan istifadə imkanlarını artırılması.
Layihənin hədəf dairəsi - 56 rayon: Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Xaçmaz, Ağsu, Qobustan, Abşeron, Siyəzən, Şabran, Xızı, Bərdə, Tər-Tər, Goranboy, Samux, Göy-göl, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Daşkəsən, Gədəbəy, Cəlilabad, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Biləsuvar, Astara, Masallı, Yardımlı, Lənkəran, Lerik, Ağcabədi, Beyləqan, Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Ordubad və Kəngərli rayonu.
|
2012 – 2017
|
AKİA
|
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
|
Sanitar və fitosanitar xidmətlərin gücləndirilməsi, seçilmiş dəyər zəncirlərinin gücləndirilməsi və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi vasitəsilə kənd təsərrüfatı istehsalçılarının bazarlara çıxışlarına köməklik edilməsi.
|
2014-2021-ci illər
|
AKİA
|