İslam İnkişaf Bankı

                                                                            
İslam İnkişaf Bankı (ing. Islamic development bank) və ya qısaca İİB (ing. IDB) — maliyyələşdirməni İslam prinsinplərinin əsasında aparılan beynəlxalq maliyyə qurumdur. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. Bankın məqsədi banka üzv olan ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdir. Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir. İİB-lə əməkdaşlığa 1992-ci ildən başlanılmışdır. 2007-ci ildə  Bankın Azərbaycan üzrə yerli Nümayəndəsi təyin edilmişdir.

İslam İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələr haqqında

Layihənin adı: 
Məqsədi
İcra müddəti
İcraçı təşkilat
Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi
Ərzaq təhlükəsizliyinin və gəlirlərin artırılması imkanlarının təkmilləşdirilməsi vasitəsilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarının kəndlərində yoxsulluq səviyyəsinin azaldılması.
2012-2020-ci illər
AKİA