
Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmışdır. Baş ofisi Filippinin Manila şəhərində yerləşir. Yaponiya bankın ən iri səhmdarı olduğu üçün bankın prezidenti daimi Yaponiya təmsilçisi olur. 2013-cü ilin aprel ayından etibarən təşkilata Masatsugu Asakawa rəhbərlik edir. Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv ölkə vardır ki, bunlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir. Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv olmuşdur.