Barama subsidiyası – ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən subsidiya;
Barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapacax barama istisna olmaqla) hər kiloqramına görə 6 AZN məbləğində verilir (hər ilin iyun ayının 30-dək SİS-ə daxil edilməlidir).
Məmməd dayı eyni zamanda tut ipəkqurdu saxlayır. O, tədarükçüyə 85 kq yaş barama təhvil verir. Məmməd dayının barama subsidiyası necə hesablanacaq?
Barama subsidiyasının hesablanması:
Baramanın miqdarı x 6 AZN = barama subsidiyası Məmməd dayı 85 x 6= 510 AZN məbləğində baramaya gorə subsidiya alar.