Avropa İttifaqı

                                                                                                                    

Azərbaycan ilə Aİ arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 22 iyun 1999-cu il tarixində qüvvəyə minmiş “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” təşkil edir. Bu Saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycan ilə Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir. TƏS 10 il müddətinə imzalanmış və 2009-cu ildə Sazişin icra müddəti bitdiyi üçün onun icrası hər il 1 il müddətinə uzadılır.  
Rəsmi internet səhifəsi http://europa.eu/

                                   

                                                                            Aİ yardım alətləri çərçivəsində icrada olan layihələr

Layihənin adı
Məqsədi
İcra müddəti
İcraçı təşkilat
Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inkluziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi
Azərbaycanın şimal-qərb regionunda icma-əsaslı kənd təsərrüfatı konsultasiya xidmətlərinin dəstəklədiyi inklüziv və səmərəli kənd təsərrüfatı və ərzaq sistemləri üçün biznes mühitinin gücləndirilməsi.
2019-2022-ci illər
FAO
Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı
İqtisadiyyatın şaxələndirilməsi və eyni zamanda iqtisadi baxımdan təmin olunmuş regionların balanslaşdırılmış və inklüziv inkişafının davam etdirilməsi sahəsində göstərdiyi səylərə dəstək verilmək, eyni zamanda Lənkəran iqtisadi rayonunun meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətinin dayanıqlı şəkildə gücləndirilməsi və əlavə dəyərin artırılması, o cümlədən Lənkəranın meyvə-tərəvəz sektorunda sahibkarlıq və investisiya şəratinin yaxşılaşdırılması
2021-2024-cü illər
Kənd Yerlərində Biznes İnformasiya Sisteminin (RBİS) İnkişafına Dəstək
Kənd təsərrüfatının və kənd ərazilərinin rəqabət qabiliyyətinin artırılması, kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşması, regional fərqlərin aradan qaldırılması, davamlı və inklüziv inkişafın təşviqi
2020-2022-ci illər
FAO
Kənd təsərrüfatı məsləhət xidmətlərinin gücləndirilməsi
Kənd Təsərrüfatı sektorunda mövcud və gələcək problemlərə daha yaxşı cavab verə biləcək və nəticədə kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, davamlı kənd təsərrüfatı məsləhət xidmətinin dəstəklənməsi, strategiya və effektiv əməkdaşlıq çərçivəsində Hökumətin səylərininin həyata keçirilməsinə dəstək
2019-2022-ci illər
FAO
Kənd təsərrüfatına dövlət dəstəyinin effektivliyi və səmərəliliyinin artırılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi
İnvestisiya ilə bağlı tədbirlərə, eləcə də sahə ilə bağlı dəstək və kənd təsərrüfatı-ərzaq sektoruna texniki yardıma yönəldən Aİ-nin ən yaxşı təcrübələrinə uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinə cari investisiya/sahə əsaslı subsidiyaların Ümumdünya Ticarət Təşkilatının kənd yerlərinə yardım tədbirlərinə uyğun proqramlaşdırılması, hazırlanması və həyata keçirilməsi tədbirlərinə (idarəetmə və nəzarət daxil olmaqla) istiqamətlənməsində yardım etmək
2019-2022-ci illər