Aqrar subsidiya şurası

Aqrar Subsidiya Şurası 2019-cu il 29 avqust tarixli iclasında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Həmin iclasın protokolundan çıxarış təqdim edilir.
Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq
                                                                                 QƏRARA ALIR:
  1. Baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilsin:
Bitki  növləri
Əkin əmsalı
Əkin subsidiyası (manat/ha)
Buğda
1,0
200
Çəltik
1,4
280
Soya
1,3
260
Sorqo
0,5
100
Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.)
0,8
160
Qarabaşaq
0,9
180
Yer fındığı
0,9
180
Zəfəran
2,0
400
Günəbaxan
1,0
200
Tütün
1,4
280
Pambıq
1,1
220
Şəkər çuğunduru
1,4
280
Kartof
1,2
240
Tərəvəz
1,2
240
Bostan bitkiləri
1,1
220
Digər bitkilər
0,5
100
Üzüm:
 
 
                           bağın salındığı ildən ilk 4 il ərzində
3,0
600
                           4 ildən sonrakı illər üzrə
1,2
240
Çay:
 
 
                           plantasiyanın salındığı ildən ilk 7 il ərzində
3,5
700
                           7-ci ildən sonrakı illər üzrə
1,2
240
İntensiv meyvə bağları (qərzəklilər istisna olmaqla)
 
 
                           bağın salındığı ildən ilk 4 il ərzində
4,0
800
                           4 ildən sonrakı illər üzrə
1,2
240
İntensiv və yarıintensiv qərzəkli meyvə bağları
 
 
                           bağın salındığı ildən ilk 4 il ərzində
2,0
400
                           4 ildən sonrakı illər üzrə
1,2
240
Digər meyvə bağları
1,2
240
Giləmeyvəlilər
1,0
200
 
  1. İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilsin:
- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- xurma və nar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlar;
- limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
- əzgil, zoğal, iydə, əncir, zeytun və digər  bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar;
 
  1. Digər meyvə bağlarına görə əkin subsidiyasının verilməsi üçün 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədədə bərabər olması şərti müəyyən edilsin.
 
  1. Yarıintensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilsin:
- badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
 
  1. Bu qərarın birinci bəndində üzüm bağları, intensiv və yarıintensiv meyvə bağları üzrə onların salındığı ildən ilk 4 il ərzində və çay plantasiyaları üzrə onların salındığı ildən ilk 7 il ərzində tətbiq edilən əkin əmsalları 2019-cu ildən başlayaraq salınmış bağlara şamil edilsin, 2019-cu ildən əvvəl salınmış üzüm, çay, intensiv bə yarıintensiv meyvə bağları üzrə əkin əmsalları 1,2-yə bərabər qəbul edilsin.
 
  1. Bu qərarın birinci bəndində çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.
 
  1. Bu qərarın birinci bəndində pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.
 
  1. Bu qərarın birinci bəndində tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.
 
  1. Bu qərarın birinci bəndində fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.
 
  1. Bu qərarın birinci bəndində çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilsin.
 
  1. Baza məbləği 200 manat olmaqla 2020-ci ildə məhsul əmsalları və məhsul subsidiyasının məbləği xam pambıq, tütün və şəkər çuğunduru üzrə aşağıdakı kimi müəyyən edilsin.
Bitki növləri
Məhsul əmsalı
Subsidiyanın məbləği (manat/ton)
Pambıq
0,5
100
Tütün: quru
0,25
50
           yaş
0,025
5
Şəkər çuğunduru
0,02
4
  1. Baza məbləği 200 manat olmaqla 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən edilsin:
Bitki  növləri
Ölçü vahidi
Toxum əmsalı
Ödənilən subsidiyanın məbləği (manatla)
Toxumlar üzrə
Buğda
1 kq
0.0004
0.08
Arpa
1 kq
0.0004
0.08
Çəltik
1 kq
0.0005
0.1
Qarğıdalı
1 kq
0.0015
0.3
Noxud
1 kq
0.0015
0.3
Pomidor
1 kq
0.09
18
Xiyar
1 kq
0.06
12
Soğan
1 kq
0.04
8
Kələm
1 kq
0.05
10
Kartof
1 kq
0.0005
0.1
Pambıq (lifli)
1 kq
0.0005
0.1
Pambıq (lifsiz)
1 kq
0.002
0.4
Yonca
1 kq
0.006
1.2
Tinglər üzrə
Alma
1 ədəd
0.0025
0.5
Armud
1 ədəd
0.0025
0.5
Gilas
1 ədəd
0.0025
0.5
Üzüm
1 ədəd
0.001
0.2
Çay
1 ədəd
0.0003
0.06
  1. 2020-ci ildə toxum kvotası bitkilər üzrə toxum subsidiyasına təqdim edilmiş toxum və tinglərin miqdarı aşağıda verilmiş miqdardan az olduqda, təqdim edilmiş toxum və tingin miqdarına, çox olduqda isə aşağıda verilmiş miqdara bərabər müəyyən edilsin:
Toxumlar üzrə:
Bitki növləri
Toxumların reproduksiyası
Toxumun miqdarı (ton)
Buğda
1-ci
9000
2-ci
65000
Arpa
1-ci
2200
2-ci
20000
Çəltik
1-ci
30
2-ci
-
Qarğıdalı
1-ci
200
2-ci
-
Noxud
1-ci
40
2-ci
20
Pambıq
1-ci
500
2-ci
600
Kartof
1-ci
1100
2-ci
2500
Pomidor
1-ci
0.3
2-ci
-
Xiyar
1-ci
0.3
2-ci
-
Soğan
1-ci
1
2-ci
0.6
Kələm
1-ci
0.7
2-ci
-
Yonca
1-ci
95
2-ci
55
Tinglər üzrə:
Bitki növləri
Tinglərin miqdarı (min ədəd)
Alma
70
Armud
50
Gilas
50
Üzüm
25
Çay
1500
 
  1. 2020-ci ildə toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (fermerlərə istifadələrində olan torpaq sahələrinin hər hektarına görə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) aşağıdakı kimi müəyyən edilsin:
Bitki növləri
Əkin ehtiyacı
Toxumlar (kq/ha)
Buğda
220
Arpa
170
Çəltik
150
Qarğıdalı
22
Noxud
100
Pomidor
0.6
Xiyar
6
Soğan
12
Kələm
0,6
Kartof
3000
Pambıq: lifli
60
              lifsiz
22
Yonca
15
Tinglər (ədəd/ha)
Alma və armud
 
                              intensiv bağlar üzrə
2500
                              digər bağlar üzrə
350
Gilas
 
                              intensiv bağlar üzrə
700
                              digər bağlar üzrə
350
Çay
24000
Üzüm
2500