Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına müvafiq olaraq yaradılmışdır. Agentlik aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsi və təyinatı üzrə istifadəsini təmin edir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il, 03 oktyabr tarixli 761 nömrəli Sərəncamına uyğun olaraq yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir.
"Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il 413 nömrəli Fərmanı və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (https://president.az/articles/31153) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) formalaşdırılmışdır. AKİA fəaliyyətində öz Əsasnaməsini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquqi aktlarını rəhbər tutur. Son dəyişiklikləri əhatə edən Əsasnaməni linkə daxil olaraq tapa bilərsiniz http://www.e-qanun.az/framework/30386
Agentliyin fəaliyyəti aşağıda verilmiş sahələri əhatə edir:
Güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi, texnikaya və damazlıq heyvanlara güzəştlərin verilməsi
Güzəştli kreditlərin, təminatların verilməsi
Fermerlərə subsidiyaların verilməsi
Layihələrin idarə edilməsi
Kənd təsərrüfatına investisiya cəlbi