Texnika alışının maliyyələşdirilməsi haqqında ümumi məlumat
- Ana səhifə
- Texnika alışının maliyyələşdirilməsi haqqında ümumi məlumat
Kredit (və ya Lizinq) məbləği ------------------------ 1 000 000 ₼-dək
Kredit (və ya Lizinq) müddəti ------------------------ 5 ilədək
Faiz dərəcəsi ------------------------ AKİA tərəfindən subsidiyalaşdırılır
40% Güzəşt məbləği gömrük dəyərinin və ya yerli texnika olduqda qiymətləndirmə nəticəsində müəyyən edilmiş dəyərin 40%-ni təşkil edir.
20% Qiymətləndirici tərəfindən müəyyən olunmuş satış dəyərinin minimum 20%-ni təşkil edir.
40% Güzəşt və ilkin ödənişdən sonra qalıq məbləğ müvəkkil kredit təşkilatı tərəfindən kredit (və ya lizinq) formasında maliyyələşdirilir.
*Satış qiyməti qiymətləndirmə dəyərindən çox olarsa artıq olan hissə alıcı tərəfindən ödənilir.
Güzəşt tətbiq edilən kənd təsərrüfatı texnikaları:
-
Traktor (təkərli və tırtıllı)
-
Torpaq hazırlanma və becərmə texnikası
-
Səpin və əkin texnikası
-
Biçin və yığı texnikası, maşın və qoşquları
-
Gübrəsəpən və hazırlayan maşın, avadanlıq və qoşqular
-
Bitki mühafizəsi maşın və avadanlığı
-
Suvarma sistemləri dəsti və avadanlığı
-
Məhsulun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün ilkin emal avadanlığı
-
Heyvandarlıqda və quşçuluqda istifadə olunan texnika, avadanlıq və aqreqat və qurğular
-
Yem istehsalında, tədarükündə və yemləmədə istifadə olunan maşın, avadanlıq və texnika
-
Kənd təsərrüfatı məhsullarının saxlanması üçün istifadə olunan avadanlıq
-
Toxumun emalında istifadə olunan maşın və avadanlıq
Daha ətraflı: https://e-qanun.az/framework/42153
* Krediti və ya lizinq əldə etmək üçün AKİA web səhifəsində qeyd edilən müvəkkil kredit təşkilatlarına müraciət edin. http://akia.gov.az/az/content/61.html
* Krediti və ya lizinq borclarını tam və vaxtında ödəmək hər bir borcalanın fərdi məsuliyyətidir.