Məhsul subsidiyası

Məhsul Subsidiyası

Məhsul subsidiyası, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən maliyyə dəstəyidir.
 
Məhsul subsidiyası verilən bitkilər:
  • Pambıq
  • Tütün
  • Şəkər çuğunduru
  •  Buğda
  •  Soya
  • Qarğıdalı
  • Günəbaxan

 
Məhsul Subsidiyasının Hesablanması
Məhsul subsidiyasının məbləği aşağıdakı düsturla hesablanır:
Məhsul Subsidiyası = Baza məbləği × Məhsul əmsalı

Məhsul subsidiyası almaq üçün fermerlər nə etməlidir?
- Hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini) EKTİS-ə daxil etməlidirlər.
Məhsul subsidiyası ilə bağlı tədarükçülər nə etməlidir?
-Təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil edirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.
 

**Məmməd dayı, Hacıqabul rayonunun Meyniman kəndində 6 ha sahədə pambıq istehsal edib. O, 12 ton pambıq təhvil verdikdən sonra subsidiya almaq üçün aşağıdakıları etməlidir:
  1. Müraciət: Məmməd dayı, EKTİS vasitəsilə subsidiya üçün müraciət etməlidir.
  2. Məhsul Əmsalı: Pambıq üçün məhsul əmsalı 0.95-dir.
Məhsul Subsidiyasının Hesablanması:
  • Baza məbləği: 200 AZN
  • Məhsul əmsalı: 1.05 (müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri)
Hesablama: 200 AZN × 1.05 = 210 AZN (1 ton təhvil verilmiş pambığa görə alınan məbləğ)