Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar:
-
Addım 1. Tədarükçülər alacaqları məhsula dair fermer ilə qabaqcadan bağladıqları müqaviləni EKTİS-ə daxil edir.
-
Addım 2. Fermer məhsul subsidiyası alacağı bitki ilə bağlı əkin subsidiyasına müraciət edibsə həmin subsidiya ilə bağlı prosedurlar həyata keçirilir. Əkin subsidiyasına müraciat etməmiş fermerin sadəcə məhsul subsidiyasına müraciəti həmin məhsulun mənbəyinin araşdırılması üçün əsasdır.
-
Addım 3. Fermer məhsullarını tədarükçüyə təhvil verir. Tədarükçü təhvil aldığı kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatı, fermer isə məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini) EKTİS-ə daxil edir.
-
Qeyd: Xidmətin həyata keçirilməsi müddəti* elektron bəyannamə EKTİS-də dekabr ayının 15-dən əvvəl təsdiqləndikdə 16 gün ərzində; * elektron bəyannamə EKTİS-də dekabr ayının 15-dən fevralın sonunadək təsdiqləndikdə növbəti ilin 6 ayı ərzində.
-
Addım 4. Təhvil verilən məhsulun növü və miqdarı əsas alınaraq məhsul subsidiyasına dair elektron bəyannamə formalaşır və fermerin kabinetinə "Subsidiyalar" bölməsinə daxil edilir. Məhsul subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır.
-
Məhsul subsidiyası = baza məbləği (200 azn) × məhsul əmsalı (Aqrar Subsidiya Şurası tərəfindən məhsuldarlığın təşviqi üçün bəzi bitkilər üzrə müəyyən edilərək hər il elan olunur)
-
Addım 5. Fermer şəxsi kabinetində olan məhsul subsidiyasına müraciətə dair elektron bəyannaməni təsdiq edir. Fermer bəyannamədə göstərilən məhsul miqdarı və hesablanan məbləğ ilə razı deyilsə, EKTİS, DAİM vasitəsilə və ya bilavasitə tədarükçüyə şikayat edir.
-
Addım 6. Fermerin şikayatinə əsasən məlumatlarda düzəliş edən və ya düzəlişdən imtina edən Tədarükçü bu barədə EKTİS-ə əsaslandırma daxil edir.
-
Addım 7. Fermer təsdiqindən sonra elektron bəyannamə DAİM tərəfindən təsdiq edilir. Əkin subsidiyasina müraciət etməyən fermerin məhsulunun mənbəyi araşdırılaraq bəyannamə təsdiq və ya imtina edilir.
-
Addım 8. Təsdiq edilən müraciətlər üzrə AKİA tərəfindən ayın sonuna qədər subsidiya ödənişi fermerin hesabına köçürülür.