Qlobal Ekologiya Fondu

                                                                                                                

                                                                                 Qlobal Ekologiya Fondu
Qlobal Ətraf Mühit Fondu (GEF) biomüxtəliflik, iqlim dəyişikliyi, beynəlxalq sular, torpağın deqradasiyası, ozon təbəqəsi, davamlı üzvi çirkləndiricilər, civə, davamlı meşə idarəçiliyi, qida ilə bağlı layihələr üçün qrantları maliyyələşdirən ekoloji yönümlü maliyyə təşkilatıdır. Hazırda milli davamlı inkişaf təşəbbüslərini dəstəkləyərkən qlobal ekoloji problemləri həll etmək üçün beynəlxalq institutlar, vətəndaş cəmiyyəti təşkilatları (VCT) və özəl sektorla əməkdaşlıq edərək 184 ölkəni əhatə edir.

                                                        GEF tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

Layihənin adı
Məqsədi
İcra müddəti
İcraçı təşkilat
Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi
Bitkilərin və yerli ənənəvi sortların yabanı əcdadlarının öz təbii areallarında qorunmasının inkişaf etdirilməsi, becərilməsi üçün müvafiq genetik resursların təmin edilməsi məqsədilə onların bitki genbanklarında qorunmasının genişləndirilməsi və yerli sortların kiçik fermer təsərrüfatlarında və kommersiya yönümlü təsərrüfatlarda istehsalının və istifadəsinin artırılması
2017-2022-ci illər
UNDP
Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi
İstifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən DÜÇ-lərin ətraf mühitə sızmasını azaltmaq və pestisidlərin düzgün idarə edilməsi üçün potensialı gücləndirməkdir
2018-2022-ci illər
FAO