AZ EN

Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə (KTN) texniki dəstək

  • Ana səhifə
  • Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə (KTN) texniki dəstək

Layihənin adı

 

Azərbaycan üçün hərtərəfli təsərrüfatın dayanıqlılığının ölçülməsi sisteminin işlənib-hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə (KTN) texniki dəstək

Layihənin məqsədi

 

Qısamüddətli iqtisadi mənfəəti üstün tutan fermerlərlə iqlimə davamlı və effektiv təcrübələrdən istifadə edən fermerləri fərqləndirən bir sistemin yaradılması

İcraçı təşkilat

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi, AKİA

Donor təşkilat

FAO

İcra müddəti

25 iyul 2025 – 30 aprel 2027

Layihə çərçivəsində görülmüş işlər

  • Heyvandarlıq indikatorlarının hazırlanmasına texniki dəstəyin göstərilməsi;

  • Çoxillik bitkilər üzrə indikatorların hazırlanmasına texniki dəstəyin göstərilməsi;

  • Fermer Reytinq Sistemində tətbiq olunan mövcud çəki əmsalları sisteminin validasiyası;

  • “Azərbaycanda Müasir Təsərrüfat Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması;

  • “Azərbaycanda Müasirləşdirilmiş FDMS-in dəstəyi ilə Milli Aqrar Siyasətin Monitorinqi və Qiymətləndirilməsi Çərçivəsinin yaradılması” üzrə layihə təklifinin ilkin versiyasının hazırlanması;

  • Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Süni İntellekt” layihəsi komandası üçün davamlı İT dəstəyinin göstərilməsi;

  • Layihə çərçivəsində sistemin təkmilləşdirilməsi ilə bağlı İrlandiya, Macarıstan və Estoniya təcrübəsinin öyrənilməsi məqsədilə seminarların təşkili.

Əlaqələndirici şəxs

Layihə və proqramlar şöbəsinin Layihə və proqramların idarə edilməsi sektorunun baş məsləhətçisi – Günay İbrahimova (g.ibrahimova@akia.gov.az)