Barama

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Addım 1. Barama yetişdirmək istəyən fermerlər kümçü olmaq üçün hər il fevral ayı ərzində kümçü olma tələbləri ilə tanış olur və şərtlərə uyğun kümxanaları varsa, barama toxumu və tut ipək qurdu almaq üçün müraciət edirlər.
    Addım 2. Aldıqları barama toxumu və tut ipək qurdları barədə informasiya hər il 10 aprel – 15 may tarixləri arasında EKTİS-də bəyan edilir. Alış EKTİS vasitəsilə həyata keçirilibsə, bu barədə informasiya avtomatlaşdırılmış qaydada fermerin şəxsi kabinetində əks olunur.
    Addım 3. Fermer istehsal etdiyi yaş baramanı tədarükçüyə təhvil verir.
    Addım 4. Təhvil verilən yaş barama miqdarı ilə bağlı fermer tərəfindən qəbzin surəti, tədarükçü tərəfindən isə elektron məlumat hər il iyunun 30-dək EKTİS-ə daxil edilir.
    Addım 5. Daxil edilən məlumat əsasında elektron bəyannamə formalaşır və fermerin şəxsi kabinetində “Subsidiyalar” bölməsində əks olunur. Yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 manat məbləğində subsidiya hesablanır.
    Addım 6. Fermer 1-15 iyul tarixləri arasında şəxsi kabinetində əks olunan elektron bəyannamədəki (ərizə) məlumatlarla razılaşırsa, subsidiyaya müraciətini təsdiq edir. Razılaşmadığı təqdirdə isə EKTİS vasitəsilə tədarükçüyə və ya DAİM-ə müraciət edir və məsələ aydınlaşdırıldıqdan sonra müraciətini təsdiq edir.
    Addım 7. Fermer tərəfindən təsdiq edilən elektron bəyannamələr real vaxt rejimində DAİM-ə daxil olur və DAİM tərəfindən 3 gün müddətində təsdiq edilir.
    Addım 8. Təsdiq edilən müraciətə əsasən AKİA tərəfindən 15 iş günü müddətində subsidiya ödənişi həyata keçirilir.
    Tədarükçülər - Qaydanın 1.2.7-ci yarımbəndinə əsasən EKTİS-də qeydiyyatdan keçən və kənd təsərrüfatı məhsullarının tədarükünü (alışını) həyata keçirən fiziki və hüquqi şəxslərdir.