ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi

                                                                                

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 3 noyabr 1961-ci ildə yaradılmışdır. Baş ofisi ABŞ-ın Vaşinqton K.D.-də yerləşir. USAID 5 regional büro vasitəsilə dünyanın 110-a yaxın ölkəsində fəaliyyət göstərir. Təşkilat əsasən yoxsulluğun, xəstəliklərin azaldılması, sosial-iqtisadi inkişaf, ətraf mühit, qlobal məsələlərlə bağlı əməkdaşlıq sahələrində fəaliyyət göstərir. USAID Azərbaycan Respublikasında 1992-ci ildən fəaliyyətə başlamışdır. Həmin il Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş səbəbindən əsas fəaliyyət istiqaməti humanitar yardımla məhdudlaşmışdır. USAID 2009-cu ilin 7 aprel tarixində imzalanmış "Amerika Birləşmiş Ştatlarının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Azərbaycanda Seçilmiş Amerika Hökuməti Yardım Proqramlarının Birgə Maliyyələşdirilməsi üzrə Anlaşma Memorandumu"na əsasən Azərbaycan Hökuməti ilə müştərək 1 layihə həyata keçirilir. Həmçinin, özəl sektor USAID tərəfindən həyata keçirilən bir sıra layihələrin benefisiarı qismində çıxış edir.

USAID tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

Layihənin adı
Məqsədi
İcra müddəti
İcraçı təşkilat
Özəl sektorun inkişafı
Kiçik və orta aqrobiznesin və fermerlərin inkişafına təşəbbüs göstərmərklə qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi
Mikro, kiçik və orta sahibkarlar üçün əlverişli biznes mühitinin yaxşılaşdırılması
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi.
2019-2024-cü illər
USAİD
Qafqazda və Mərkəzi Asiyada (QMA) çəyirtkə fəlakəti riskinin azaldılması”
Çəyirtkələrin yaratdığı təhlükənin proqnozlaşdırılması, qarşısının alınması və məhdudlaşdırılması, yəni çəyirtkə böhranlarının rastgəlmə tezliyinin və intensivliyinin baş verdiyi təqdirdə əkin sahələrinə, təbii otlaqlara, insan sağlamlığına və ətraf mühitə potensial təsirlərinin azaldılması yolu ilə QMA kənd əhalisinin ərzaq təhlükəsizliyi və rifahının yüksəldilməsini təmin etmək
2018-2021-ci illər
FAO