AZ EN

Əkin subsidiyası

MÜASİR NƏSİL İSTİXANALARA DƏSTƏK

 

İstixana altında:

 

4-cü nəsil şüşə örtüklü istixana                                             5000 azn                                 

4-cü nəsil polikarbonat örtüklü istixana                               3000 azn

4-cü nəsil yüksək keyfiyyətli polietilen örtüklü istixana        2500 azn

3-cü nəsil şüşə örtüklü istixana                                               2000 azn

3-cü nəsil polikarbonat örtüklü istixana                                  1500 azn

3-cü nəsil yüksək keyfiyyətli polietilen örtüklü istixana         1000 azn

Digər polietilen örtüklü istixanalar                                          500 azn

 

4-cü nəsil və daha müasir şüşə örtüklü istixanalar

  1. Metal konstruksiya və örtük sistemi-İstixanada minimum hündürlük 4 metr olmaqla korroziyaya davamlı metal konstruksiya üzərində qurulmalı və örtük kimi şüşə materialdan istifadə edilməlidir. Konstruksiya külək, qar və digər iqlim amillərinə davamlı olmalı, eyni zamanda ventilyasiya, isitmə, kölgələndirmə və digər sistemlərin inteqrasiyasına imkan verməlidir.

  2. İsitmə sistemi- İstixanada ilin soyuq dövrlərində tələb olunan temperatur rejimini təmin edən mərkəzləşdirilmiş isitmə sistemi olmalıdır. Bu sistem ilboyu istehsal və optimal bitki inkişafı üçün vacibdir.

  3. Torpaqsız becərmə sistemi (“Gutter” sistemi)-Bitkilər birbaşa torpaqda deyil, “gutter” sistemlərində yerləşdirilmiş kokos torfu, qaya yunu və ya digər uyğun substratlar üzərində becərilməlidir. Bu sistem su və gübrənin daha səmərəli istifadəsinə, xəstəlik riskinin azalmasına və məhsuldarlığın artmasına imkan verir.

  4. Damlama suvarma və fertiqasiya sistemi-Bitkilərin su və qida maddələri ilə təminatı damlama suvarma sistemi vasitəsilə həyata keçirilməli, gübrələrin verilməsi zamanı isə normativlər fertiqasiya sistemi ilə dəqiq təyin olunmalıdır.

  5. Soyutma və nəmləndirmə sistemi-Yüksək temperatur şəraitində optimal mikroiqlimin qorunması məqsədilə fan-pad sistemi, yüksək təzyiqli dumanlandırma və ya digər effektiv soyutma və nəmləndirmə sistemləri quraşdırılmalıdır. Azərbaycanda ən çox yayılan yüksək təzyiqli dumanlandırma sistemidir.

  6. Avtomatik ventilyasiya sistemi-İstixanada dam və ya yan hissələrdə yerləşən avtomatik açılıb-bağlanan ventilyasiya pəncərələri olmalı, hava mübadiləsi xarici şəraitə uyğun avtomatik tənzimlənməlidir.

  7. Hava dövriyyəsi fanları-İstixana daxilində temperatur və rütubətin bərabər paylanmasını təmin etmək və kondensasiyanı azaltmaq məqsədilə hava dövriyyə fanları (ventilyatorlar) quraşdırılmalıdır.

  8. Sensorlar və monitorinq sistemi-İstixanada aşağıdakı əsas göstəriciləri fasiləsiz ölçən sensorlar olmalıdır:

  • hava temperaturu;

  • nisbi rütubət;

  • günəş radiasiyası;

  • substrat və ya suyun pH və elektrik keçiriciliyi (EC) göstəricisi;

  • CO₂ tənzimlənməsi və LED işıqlandırma.

  1. Kölgələndirmə pərdələri- İstixanada günəş radiasiyasının intensivliyini tənzimləyən və temperaturun idarə edilməsinə kömək edən daxili və ya xarici kölgələndirmə pərdələri quraşdırılmalıdır. Bu sistem həm də enerji sərfiyyatının azaldılmasına xidmət edir.

  2. Avtomatik idarəetmə sistemi- Müəyyən edilmiş hədlərdən kənarlaşmanın avtomatik aşkarlanması və isitmə, havalandırma, soyutma, nəmləndirmə, kölgələndirmə və digər uyğun sistemlər avtomatik tənzimlənməlidir.

  3. Texnoloji avadanlıqlar- İstixanada aqrotexniki və aqrokimyəvi proseslərin davamlı icra edilməsi məqsədilə aşağıdakı avadanlıqlar mövcud olmalıdır:

  • bitki mühafizəsi üçün çiləmə avadanlıqları;

  • məhsul yığımı və daşınması üçün arabalar;

  • budama, ip bağlama və digər aqrotexniki işlər üçün hərəkətli platformalar;

  • istehsal prosesini asanlaşdıran digər xüsusi təyinatlı texniki vasitələr.

 

4-cü nəsil və daha müasir polikarbonat örtüklü istixanalar

  1. Metal konstruksiya və örtük sistemi-İstixana minimum hündürlük 4 metr olmaqla korroziyaya davamlı metal konstruksiya üzərində qurulmalı və örtük materialı kimi yan tərəfləri polikarbonat, üst hissəsi yüksək keyfiyyətli polietilen örtükdən istifadə edilməlidir. Konstruksiya külək, qar və digər iqlim yüklərinə davamlı olmalı, eyni zamanda ventilyasiya, isitmə, kölgələndirmə və digər sistemlərin inteqrasiyasına imkan verməlidir.

  2. İsitmə sistemi- İstixanada ilin soyuq dövrlərində tələb olunan temperatur rejimini təmin edən mərkəzləşdirilmiş isitmə sistemi olmalıdır. Bu sistem ilboyu istehsal və optimal bitki inkişafı üçün vacibdir.

  3. Torpaqsız becərmə sistemi (“Gutter” sistemi)-Bitkilər birbaşa torpaqda deyil, “gutter” sistemlərində yerləşdirilmiş kokos torfu, qaya yunu və ya digər uyğun substratlar üzərində becərilməlidir. Bu sistem su və gübrənin daha səmərəli istifadəsinə, xəstəlik riskinin azalmasına və məhsuldarlığın artmasına imkan verir.

  4. Damlama suvarma və fertiqasiya sistemi-Bitkilərin su və qida maddələri ilə təminatı damlama suvarma sistemi vasitəsilə həyata keçirilməli, gübrələrin verilməsi zamanı isə normativlər fertiqasiya sistemi ilə dəqiq təyin olunmalıdır.

  5. Soyutma və nəmləndirmə sistemi-Yüksək temperatur şəraitində optimal mikroiqlimin qorunması məqsədilə fan-pad sistemi, yüksək təzyiqli dumanlandırma və ya digər effektiv soyutma və nəmləndirmə sistemləri quraşdırılmalıdır. Azərbaycanda ən çox yayılan yüksək təzyiqli dumanlandırma sistemidir.

  6. Avtomatik ventilyasiya sistemi-İstixanada dam və ya yan hissələrdə yerləşən avtomatik açılıb-bağlanan ventilyasiya pəncərələri olmalı, hava mübadiləsi xarici şəraitə uyğun avtomatik tənzimlənməlidir.

  7. Hava dövriyyəsi fanları-İstixana daxilində temperatur və rütubətin bərabər paylanmasını təmin etmək və kondensasiyanı azaltmaq məqsədilə hava dövriyyə fanları (ventilyatorlar) quraşdırılmalıdır.

  8. Sensorlar və monitorinq sistemi-İstixanada aşağıdakı əsas göstəriciləri fasiləsiz ölçən sensorlar olmalıdır:

  • hava temperaturu;

  • nisbi rütubət;

  • günəş radiasiyası;

  • substrat və ya suyun pH və elektrik keçiriciliyi (EC) göstəricisi;

  • CO₂ tənzimlənməsi və LED işıqlandırma.

  1. Kölgələndirmə pərdələri- İstixanada günəş radiasiyasının intensivliyini tənzimləyən və temperaturun idarə edilməsinə kömək edən daxili və ya xarici kölgələndirmə pərdələri quraşdırılmalıdır. Bu sistem həm də enerji sərfiyyatının azaldılmasına xidmət edir.

  2. Avtomatik idarəetmə sistemi- Müəyyən edilmiş hədlərdən kənarlaşmanın avtomatik aşkarlanması və isitmə, havalandırma, soyutma, nəmləndirmə, kölgələndirmə və digər uyğun sistemlər avtomatik tənzimlənməlidir.

  3. Texnoloji avadanlıqlar- İstixanada aqrotexniki və aqrokimyəvi proseslərin davamlı icra edilməsi məqsədilə aşağıdakı avadanlıqlar mövcud olmalıdır:

  • bitki mühafizəsi üçün çiləmə avadanlıqları;

  • məhsul yığımı və daşınması üçün arabalar;

  • budama, ip bağlama və digər aqrotexniki işlər üçün hərəkətli platformalar;

  • istehsal prosesini asanlaşdıran digər xüsusi təyinatlı texniki vasitələr.

4-cü nəsil və daha müasir yüksək keyfiyyətli polietilen örtüklü istixanalar

  1. Metal konstruksiya və örtük sistemi-İstixana minimum hündürlük 4 metr olmaqla korroziyaya davamlı metal konstruksiya üzərində qurulmalı və örtük kimi polietilen materialdan istifadə edilməlidir. Konstruksiya külək, qar və digər iqlim yüklərinə davamlı olmalı, eyni zamanda ventilyasiya, isitmə, kölgələndirmə və digər sistemlərin inteqrasiyasına imkan verməlidir.

  2. İsitmə sistemi- İstixanada ilin soyuq dövrlərində tələb olunan temperatur rejimini təmin edən mərkəzləşdirilmiş isitmə sistemi olmalıdır. Bu sistem ilboyu istehsal və optimal bitki inkişafı üçün vacibdir.

  3. Torpaqsız becərmə sistemi (“Gutter” sistemi)-Bitkilər birbaşa torpaqda deyil, “gutter” sistemlərində yerləşdirilmiş kokos torfu, qaya yunu və ya digər uyğun substratlar üzərində becərilməlidir. Bu sistem su və gübrənin daha səmərəli istifadəsinə, xəstəlik riskinin azalmasına və məhsuldarlığın artmasına imkan verir.

  4. Damlama suvarma və fertiqasiya sistemi-Bitkilərin su və qida maddələri ilə təminatı damlama suvarma sistemi vasitəsilə həyata keçirilməli, gübrələrin verilməsi zamanı isə normativlər fertiqasiya sistemi ilə dəqiq təyin olunmalıdır.

  5. Soyutma və nəmləndirmə sistemi-Yüksək temperatur şəraitində optimal mikroiqlimin qorunması məqsədilə fan-pad sistemi, yüksək təzyiqli dumanlandırma və ya digər effektiv soyutma və nəmləndirmə sistemləri quraşdırılmalıdır. Azərbaycanda ən çox yayılan yüksək təzyiqli dumanlandırma sistemidir.

  6. Avtomatik ventilyasiya sistemi-İstixanada dam və ya yan hissələrdə yerləşən avtomatik açılıb-bağlanan ventilyasiya pəncərələri olmalı, hava mübadiləsi xarici şəraitə uyğun avtomatik tənzimlənməlidir.

  7. Hava dövriyyəsi fanları-İstixana daxilində temperatur və rütubətin bərabər paylanmasını təmin etmək və kondensasiyanı azaltmaq məqsədilə hava dövriyyə fanları (ventilyatorlar) quraşdırılmalıdır.

  8. Sensorlar və monitorinq sistemi-İstixanada aşağıdakı əsas göstəriciləri fasiləsiz ölçən sensorlar olmalıdır:

  • hava temperaturu;

  • nisbi rütubət;

  • günəş radiasiyası;

  • substrat və ya suyun pH və elektrik keçiriciliyi (EC) göstəricisi;

  • CO₂ tənzimlənməsi və LED işıqlandırma.

  1. Kölgələndirmə pərdələri- İstixanada günəş radiasiyasının intensivliyini tənzimləyən və temperaturun idarə edilməsinə kömək edən daxili və ya xarici kölgələndirmə pərdələri quraşdırılmalıdır. Bu sistem həm də enerji sərfiyyatının azaldılmasına xidmət edir.

  2. Avtomatik idarəetmə sistemi- Müəyyən edilmiş hədlərdən kənarlaşmanın avtomatik aşkarlanması və isitmə, havalandırma, soyutma, nəmləndirmə, kölgələndirmə və digər uyğun sistemlər avtomatik tənzimlənməlidir.

  3. Texnoloji avadanlıqlar- İstixanada aqrotexniki və aqrokimyəvi proseslərin davamlı icra edilməsi məqsədilə aşağıdakı avadanlıqlar mövcud olmalıdır:

  • bitki mühafizəsi üçün çiləmə avadanlıqları;

  • məhsul yığımı və daşınması üçün arabalar;

  • budama, ip bağlama və digər aqrotexniki işlər üçün hərəkətli platformalar;

  • istehsal prosesini asanlaşdıran digər xüsusi təyinatlı texniki vasitələr.

 

 

3-cü nəsil şüşə örtüklü istixanalar

  1. Metal konstruksiya və örtük sistemi-İstixana minimum hündürlük 4 metr olmaqla korroziyaya davamlı metal konstruksiya üzərində qurulmalı və örtük kimi şüşə materialdan istifadə edilməlidir. Konstruksiya külək, qar və digər iqlim yüklərinə davamlı olmalı, eyni zamanda ventilyasiya, isitmə, kölgələndirmə və digər sistemlərin inteqrasiyasına imkan verməlidir.

  2. İsitmə sistemi-İstixanada ilin soyuq dövrlərində tələb olunan temperatur rejimini təmin edən mərkəzləşdirilmiş isitmə sistemi olmalıdır. Bu sistem ilboyu istehsal və optimal bitki inkişafı üçün əsas şərtlərdən biridir.

  3. Torpaqlı və ya torpaqsız (“Gutter” sistemi) becərmə sistemi-Bitkilər həm torpaqda həm də torpaqsız mühitdə becərilə bilər. Torpaqsız becərmədə bitkilər “gutter” (nov) sistemlərində yerləşdirilmiş kokos torfu, qaya yunu və ya digər uyğun substratlar üzərində becərilməlidir.

  4. Damlama suvarma və fertiqasiya sistemi-Bitkilərin su və qida maddələri ilə təminatı damlama suvarma sistemi vasitəsilə həyata keçirilməli, gübrələrin verilməsi zamanı isə normativlər fertiqasiya sistemi ilə dəqiq təyin olunmalıdır.

  5. Ventilyasiya sistemi-İstixanada dam və ya yan hissələrdə yerləşən avtomatik və ya manual idarə olunan açılıb-bağlanan ventilyasiya pəncərələri olmalı, hava mübadiləsi xarici şəraitə uyğun tənzimlənməlidir.

  6. Hava dövriyyəsi fanları- İstixana daxilində temperatur və rütubətin bərabər paylanmasını təmin etmək və kondensasiyanı azaltmaq məqsədilə hava dövriyyə fanları (ventilyatorlar) quraşdırılmalıdır.

  7. Sensorlar və monitorinq sistemi- İstixanada aşağıdakı əsas göstəriciləri fasiləsiz ölçən sensorlar olmalıdır:

  • hava temperaturu;

  • nisbi rütubət;

  • substrat və ya suyun pH və elektrik keçiriciliyi (EC) göstəricisi;

  1. Kölgələndirmə pərdələri-İstixanada günəş radiasiyasının intensivliyini tənzimləyən və temperaturun idarə edilməsinə kömək edən daxili və ya xarici kölgələndirmə pərdələri quraşdırılmalıdır. Bu sistem həm də enerji sərfiyyatının azaldılmasına xidmət edir.

  2. Texnoloji avadanlıqlar-İstixanada aqrotexniki və aqrokimyəvi proseslərin davamlı icra edilməsi məqsədilə aşağıdakı avadanlıqlar mövcud olmalıdır:

  • bitki mühafizəsi üçün çiləmə avadanlıqları;

  • məhsul yığımı və daşınması üçün arabalar;

  • budama, ip bağlama və digər aqrotexniki işlər üçün hərəkətli platformalar;

  • istehsal prosesini asanlaşdıran digər xüsusi təyinatlı texniki vasitələr.

 

3-cü nəsil polikarbonat örtüklü istixanalar

 

  1. Metal konstruksiya və örtük sistemi-İstixana minimum hündürlük 4 metr olmaqla korroziyaya davamlı metal konstruksiya üzərində qurulmalı və örtük materialı kimi yan tərəfləri polikarbonat və üzəri polietilen örtükdən istifadə edilməlidir. Konstruksiya külək, qar və digər iqlim yüklərinə davamlı olmalı, eyni zamanda ventilyasiya, isitmə, kölgələndirmə və digər sistemlərin inteqrasiyasına imkan verməlidir.

  2. İsitmə sistemi-İstixanada ilin soyuq dövrlərində tələb olunan temperatur rejimini təmin edən mərkəzləşdirilmiş isitmə sistemi olmalıdır. Bu sistem ilboyu istehsal və optimal bitki inkişafı üçün əsas şərtlərdən biridir.

  3. Torpaqlı və ya torpaqsız (“Gutter” sistemi) becərmə sistemi-Bitkilər həm torpaqda həm də torpaqsız mühitdə becərilə bilər. Torpaqsız becərmədə bitkilər “gutter” (nov) sistemlərində yerləşdirilmiş kokos torfu, qaya yunu və ya digər uyğun substratlar üzərində becərilməlidir.

  4. Damlama suvarma və fertiqasiya sistemi-Bitkilərin su və qida maddələri ilə təminatı damlama suvarma sistemi vasitəsilə həyata keçirilməli, gübrələrin verilməsi zamanı isə normativlər fertiqasiya sistemi ilə dəqiq təyin olunmalıdır.

  5. Ventilyasiya sistemi-İstixanada dam və ya yan hissələrdə yerləşən avtomatik və ya manual idarə olunan açılıb-bağlanan ventilyasiya pəncərələri olmalı, hava mübadiləsi xarici şəraitə uyğun tənzimlənməlidir.

  6. Hava dövriyyəsi fanları- İstixana daxilində temperatur və rütubətin bərabər paylanmasını təmin etmək və kondensasiyanı azaltmaq məqsədilə hava dövriyyə fanları (ventilyatorlar) quraşdırılmalıdır.

  7. Sensorlar və monitorinq sistemi- İstixanada aşağıdakı əsas göstəriciləri fasiləsiz ölçən sensorlar olmalıdır:

  • hava temperaturu;

  • nisbi rütubət;

  • substrat və ya suyun pH və elektrik keçiriciliyi (EC) göstəricisi;

  1. Kölgələndirmə pərdələri-İstixanada günəş radiasiyasının intensivliyini tənzimləyən və temperaturun idarə edilməsinə kömək edən daxili və ya xarici kölgələndirmə pərdələri quraşdırılmalıdır. Bu sistem həm də enerji sərfiyyatının azaldılmasına xidmət edir.

  2. Texnoloji avadanlıqlar-İstixanada aqrotexniki və aqrokimyəvi proseslərin davamlı icra edilməsi məqsədilə aşağıdakı avadanlıqlar mövcud olmalıdır:

  • bitki mühafizəsi üçün çiləmə avadanlıqları;

  • məhsul yığımı və daşınması üçün arabalar;

  • budama, ip bağlama və digər aqrotexniki işlər üçün hərəkətli platformalar;

  • istehsal prosesini asanlaşdıran digər xüsusi təyinatlı texniki vasitələr.

 

3-cü nəsil yüksək keyfiyyətli polietilen örtüklü istixanalar

  1. Metal konstruksiya və örtük sistemi-İstixana minimum hündürlük 4 metr olmaqla korroziyaya davamlı metal konstruksiya üzərində qurulmalı və örtük materialı kimi şüşə, polikarbonat və ya yüksək keyfiyyətli polietilen örtükdən istifadə edilməlidir. Konstruksiya külək, qar və digər iqlim yüklərinə davamlı olmalı, eyni zamanda ventilyasiya, isitmə, kölgələndirmə və digər sistemlərin inteqrasiyasına imkan verməlidir.

  2. İsitmə sistemi-İstixanada ilin soyuq dövrlərində tələb olunan temperatur rejimini təmin edən mərkəzləşdirilmiş isitmə sistemi olmalıdır. Bu sistem ilboyu istehsal və optimal bitki inkişafı üçün əsas şərtlərdən biridir.

  3. Torpaqlı və ya torpaqsız (“Gutter” sistemi) becərmə sistemi-Bitkilər həm torpaqda həm də torpaqsız mühitdə becərilə bilər. Torpaqsız becərmədə bitkilər “gutter” (nov) sistemlərində yerləşdirilmiş kokos torfu, qaya yunu və ya digər uyğun substratlar üzərində becərilməlidir.

  4. Damlama suvarma və fertiqasiya sistemi-Bitkilərin su və qida maddələri ilə təminatı damlama suvarma sistemi vasitəsilə həyata keçirilməli, gübrələrin verilməsi zamanı isə normativlər fertiqasiya sistemi ilə dəqiq təyin olunmalıdır.

  5. Ventilyasiya sistemi-İstixanada dam və ya yan hissələrdə yerləşən avtomatik və ya manual idarə olunan açılıb-bağlanan ventilyasiya pəncərələri olmalı, hava mübadiləsi xarici şəraitə uyğun tənzimlənməlidir.

  6. Hava dövriyyəsi fanları- İstixana daxilində temperatur və rütubətin bərabər paylanmasını təmin etmək və kondensasiyanı azaltmaq məqsədilə hava dövriyyə fanları (ventilyatorlar) quraşdırılmalıdır.

  7. Sensorlar və monitorinq sistemi- İstixanada aşağıdakı əsas göstəriciləri fasiləsiz ölçən sensorlar olmalıdır:

  • hava temperaturu;

  • nisbi rütubət;

  • substrat və ya suyun pH və elektrik keçiriciliyi (EC) göstəricisi;

  1. Kölgələndirmə pərdələri-İstixanada günəş radiasiyasının intensivliyini tənzimləyən və temperaturun idarə edilməsinə kömək edən daxili və ya xarici kölgələndirmə pərdələri quraşdırılmalıdır. Bu sistem həm də enerji sərfiyyatının azaldılmasına xidmət edir.

  2. Texnoloji avadanlıqlar-İstixanada aqrotexniki və aqrokimyəvi proseslərin davamlı icra edilməsi məqsədilə aşağıdakı avadanlıqlar mövcud olmalıdır:

  • bitki mühafizəsi üçün çiləmə avadanlıqları;

  • məhsul yığımı və daşınması üçün arabalar;

  • budama, ip bağlama və digər aqrotexniki işlər üçün hərəkətli platformalar;

  • istehsal prosesini asanlaşdıran digər xüsusi təyinatlı texniki vasitələr.

 

Digər polietilen örtüklü istixanalar

İstixananın minimum hündürlüyü 1.5 metr olmaqla metal və digər konstruksiya üzərində qurulmalı və örtük materialı kimi polietilen örtükdən istifadə edilməli, damlama suvarma ilə təmin olunmalı, həm isidilən həm də isidilmiyən ola bilər, torpaqlı və ya torpaqsız mühitdə əkilə bilər.

Qeyd: İstixanada göstərilmiş texnoloji avadanlıq, alət və qurğular işlək vəziyyətdə olmalıdır.