FAYDALI MƏLUMATLAR

Yeni salınmış bağlara görə ödəmələr - Ən çox verilən suallar

Sual:  Bu ödənişlər hansı əkinlərə görə verilir?
Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində dəstək artaraq davam edir
  • İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
  • alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
  • limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
  • fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
  • badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
  • qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
  • əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Sual:  Yeni bağ salan şəxs nə vaxt, necə və hara müraciət etməlidir?
Cavab:  1 sentyabr - 30 dekabr və 1 fevral – 31 may tarixləri arasında yeni bağ salan və ya il ərzində salmağı planlayan şəxs bəyanını EKTİS-ə daxil etməlidir. Bunu şəxs www.eagro.gov.az fermer kabinetindən bilavasitə özü həyata keçirə bilər və ya DAİM, habelə “ASAN xidmət” mərkəzlərinin yardımı ilə bəyanı sistemə daxil edilər.

Sual:  Bu müddət ərzində əkin aparmamış amma əkin planlaşdıran şəxslər subsidiyası üçün müraciət edə bilərmi?
Cavab:  Bəli,  payız ayları ərzində bu bağların salınmasını planlaşdıran şəxslər bu müddət ( 1 sentyabr-30 dekabr və 1 fevral–31 may ) ərzində müraciət etməli və əkinlərini payızda aparacaqlarını xüsusilə qeyd etməlidirlər. Həmin şəxslərin ərazilərində yerində monitorinq tinglər əkildikdən sonra aparılacaq.

Sual: Müraciət edən şəxs mütləq digər əkin subsidiyasını almış olmalıdır?
Cavab:  Nəzəri olaraq xeyr digər əkin subsidiyası ala bilməmiş şəxslər də birdəfəlik əkin subsidiyasına müraciət edə bilər. Amma nəzərə almaq lazımdır ki, əkin bəyanının EKTİS-ə daxil edilmiş olması şərti hər iki subsidiya məbləği üçün eynidir. Sadəcə fermer birdəfəlik əkin subsidiyası şərtlərinə sahibdirsə ona 2 subsidiya müraciəti formalaşacaq və bu barədə ona elektron kabineti vasitəsilə məlumat veriləcək.
Sual:  İntensiv olmayan bağlara bu cür dəstək verilirmi?
Cavab:  Xeyr. Bu bağlara sadəcə 250 manat/ha əkin subsidiyası verilir.

Sual:  Fermer mövcud bağında ağac sayını artırılmaqla intensiv hala gətirilibsə müraciət edilə bilərmi?
Cavab:  Xeyr. Birdəfəlik əkin subsidiyası 2025-ci ildə salınmış yeni bağlara verilir. Lakin belə bağlar ənənəvi bağdan intensivə çevrildiyi üçün əkin subsidiya məbləği artacaq. 

Sual:  Müraciət müddəti keçərsə nə baş verəcək?
Cavab:  Bağın salınmış olmasından asılı olmayaraq 1 fevral-31 may arasında müraciət edilməzsə əkin subsidiyası verilməyəcək.

Sual:  Yeni salınan bağlarda əkinlər yerində monitorinq ediləcəkmi?
Cavab:  Bəli. Bunun üçün fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS vasitəsilə və tinglər yerdə olduqda yerində monitorinq aparılacaq. Ərazi koordinatlarını bilavasitə sistemə daxil edə bilməyən fermerlər DAİM-lərdən kömək istəyə bilərlər.

Sual: Yeni salınan bağlara görə əkin subsidiyası necə ödəniləcək?
Cavab:  Fermer kartına köçürüləcəkdir.

Sual:  Bu məbləği tam nağdlaşdıraraq istifadə etmək olarmı?
Cavab:  Xeyr. Fermer kartına köçürülən məbləğin  25% -i nağdlaşdırılaraq istifadə edilir, 75%-i nağdlaşdırılmadan əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur.

Sual:  Subsidiya məbləğini fermer kartımda hansı müddətə saxlaya bilərəm?
Cavab:  Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.

Sual:  Yeni salınan bağlara görə əkin subsidiyası növbəti il də veriləcəkmi?
Cavab:  Bu məbləğ bağın salınma ilində verilən bir dəfəyə məxsus əkin subsidiyasıdır. Növbəti il verilərsə artıq növbəti il salınacaq bağlara şamil olunacaq. Bu barədə Aqrar Subsidiya Şurasının qərarlarını izləmək lazımdır. Növbəti illərdə fərqli bitkilər üçün fərqli məbləğlərdə müəyyən edilə bilər və ya verilməyə bilər.