Fermerlər üçün yeni müsabiqəyə start verildi
2023-08-17
Azərbaycan Respublikası Hökumətinin maliyyə dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi, Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin (FAO) birgə əməkdaşlığı ilə həyata keçirilən “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində “Süd emal avadanlığının pilot regionlarda fermerlərə təqdim olunması” üzrə müsabiqə elan edilir.
Müsabiqənin əsas məqsədi kooperativ və ya qrup şəklində fəaliyyət göstərən fermerlərə süd məhsullarının qəbulu və emalı üzrə 1 bölmənin yaradılması məqsədilə zəruri avadanlıq dəstəyi göstərilməsidir.
Müsabiqənin şərtlərinə əsasən Zaqatala, Beyləqan və Ağcabədi şəhərlərində yaşayan kooperativ və ya qrup şəklində fəaliyyət göstərən fermerlər müraciət edə bilər. Təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməli və hər bir müraciətçi müsabiqə çərçivəsində yalnız 1 maraq məktubu/layihə təqdim etmək hüququna malikdir. Sonda qalib iştirakçı layihəsinin/biznes planının həyata keçirilməsi üçün müəyyən edilmiş büdcə çərçivəsində zəruri avadanlıqla təmin ediləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri elektron formada competition.dairyproducts@gmail.com ünvanına təqdim etməlidir:
1. Ərizə forması;
2. Müsabiqəyə təqdim olunan maraq və əsaslandırma məktubu
3. Müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
4. Layihənin icra olunacağı təsərrüfatla bağlı müvafiq sənədlər (icarə müqaviləsi, dövlət torpaq aktı).
5. Ərizəçinin bu layihəni birgə maliyyələşdirmək imkanı (AZN).
Ərizəçilər tərəfindən göndərilən sənədlər Qiymətləndirmə Komissiyası tərəfindən baxılaraq qiymətləndiriləcəkdir. Qiymətləndirmə Komissiyasında Kənd Təsərrüfatı Nazirliyinin, Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və FAO- Azərbaycan ofisinin rəhbər vəzifəli şəxsləri və müstəqil ekspert təmsil olunacaqdır.
Müsabiqəyə sənədlərinin qəbulu 31 oktyabr 2023-cü il saat 18:00-a kimi davam edəcəkdir. Müəyyən edilmiş vaxtdan sonra təqdim olunan müraciətlər nəzərə alınmayacaq.
Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq www.akia.gov.az rəsmi internet saytında yerləşdiriləcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
Təşkilatı (FAO) Azərbaycandakı
Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinə və
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA)
Pilot regionlarda süd emal avadanlığının müsabiqə əsasında fermerlərə təqdim olunması ilə bağlı
Ə R İ Z Ə
1. Ərizəçi haqqında məlumatlar:
1.1. Şəxsin soyadı, adı, atasının adı _____________________________________________
1.2 Şəxsin ŞV-nin nömrəsi: ___________________________________________________
1.3. Şəxsin ünvanı ___________________________________________________________
1.4. Şəxsin VÖEN-i (olduğu halda)______________________________________________
1.5. Əlaqə nömrəsi ___________________________________________________________
1.6. İnternet ünvanı (vebsaytı) (olduğu halda)______________________________________
1.7. Elektron poçtu ___________________________________________________________
“Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak üçün təqdim etdiyim sənədlərə baxılmasını xahiş edirəm.
2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
2.1. Maksimum bir səhifə olmaqla, müsabiqə üçün qısa və məqsədyönlü maraq və ya əsaslandırma məktubu
2.2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri.
2.3. Zaqatala, Beyləqan və Ağcabədi rayonlarında Layihənin həyata keçirilməsi nəzərdə tutulan təsərrüfatla bağlı müvafiq sənədlər (mülkiyyət, istifadə və ya icarəyə dair sənədlər) ,.
2.4. Aşağıdakı meyarlar siyahısına əsasən ərizəçinin təsərrüfatı haqqında məlumat (1 səhifədən çox olmamalıdır):
2.4.1 Hədəf icmasının etibarlı süd istehsalçılarından (bölgədəki süd istehsalçılarının siyahısı daxil olmaqla) gündə minimum 1 ton süd əldə etmək imkanı olan kəndlərdə yerləşmək
-
Fermerin heyvandarlıq, xüsusilə süd və ya süd məhsullarının istehsalı/satışı sahəsində minimum 5 illik təcrübəsini təsdiq edən məlumat (EKTİS-də Dövlət və ya Dövlət Vergi Xidmətində müvafiq sahə üzrə dövlət qeydiyyatı)
-
Fermerin əməkdaşlıq etdiyi və ya əməkdaşlıq etmək niyyətində olduğu süd alıcılarının əlaqə məlumatları (Ad, soyad, yaşadığı ərazi, təsərrüfatın yerləşdiyi ərazi, heyvan sayı, gündəlik istehsal potensialı, əlaqə telefonu)
-
İnvestisiya layihəsinin ümumi həcminin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd və ya 10 000 ABŞ dolları investisiya qoyuluşuna imkan verən Bankdan əldə edilmiş arayış və ya çıxarış. Qeyd: Sabit maliyyə bazası olan və avadanlıq, əsas infrastruktur və əməliyyat xərcləri üçün resurslar ayırmaq qabiliyyətini nümayiş etdirən namizədlərə üstünlük veriləcək.
-
Ərizəçinin biznes bacarıqlarını və sahibkarlıq düşüncəsini təsdiq etmək üçün nəzərdə tutulmuş, 500 sözdən çox olmayan qısa biznes ideyasını əlavə etmək.
-
Ərizəçinin müvafiq təlimlərdə iştirakını təsdiq edən sertifikatların surətini (mümkünsə və ya müvafiq olduqda) əlavə etmək.
-
Gənc fermerlər və yerli icmalar da daxil olmaqla, digər maraqlı tərəflərlə necə əməkdaşlıq edəcəyiniz barədə 500 sözdən ibarət qısa strategiyanı əlavə etmək
-
Fermer qrupları və ya kooperativlər tərəfindən emal avadanlığından istifadə nəticəsində əldə edilmiş məhsulların satışının planlaşdırılması ilə əlaqədar 1 səhifədən çox olmayan qısa biznes planını əlavə etmək
-
Avadanlığın kooperativ və ya qrup tərəfindən istismara verilməsini dəstəkləyən qeydiyyat və ya qrup protokolunun surətini əlavə etmək.
-
Avadanlıqların yerləşdiriləcəyi əraziyə aid müvafiq sənədlərin təqdim edilməsi.
-
Təsərrüfat fəaliyyətinin aparılmasına icazə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müvafiq sənədin alınması öhdəliyini götürmək.
-
Avadanlığın istismara verilməsi ilə bağlı kommunal xidmətlərə qoşulmaq üçün texniki şərtlərin alınması haqqında sənədləri təqdim etmək imkanı.
-
Kooperativ və ya qrupun məsul şəxslərinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı və fermerin tarixçəsi haqqında məlumat (onun surəti).
Qeyd: Aşağıdakı şərtləri ödəyən iştirakçılara üstünlük veriləcəkdir
-
Müvafiq təlimlərdə iştirak etmiş şəxslər (sertifikatların surəti təqdim edildikdə)
-
Qadın və gənc namizədlər (Şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməli).
3. Ərizənin doldurulduğu tarix _______________________________________________________________
(gün, ay, il)
4. Ərizəçinin imzası _______________________________________________________________________