Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti

                                                                                                                                

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti beynəlxalq inkişaf əməkdaşlığı və beynəlxalq əməkdaşlıq sahəsində xidmətlər göstərən əsas Alman İnkişaf Agentliyidir. Əsas məqsədi insanlara daha yaxşı perspektivlər təklif edən və onların yaşayış şəraitini davamlı şəkildə yaxşılaşdıran effektiv həllər təqdim etməkdir. GIZ-in əsas sifarişçi tərəfi Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyidir (BMZ). Digər komissarlara Avropa Birliyi institutları, Birləşmiş Millətlər Təşkilatı, özəl sektor və digər ölkələrin hökumətləri daxildir. Bundan əlavə, Almaniya Federal Məşğulluq Agentliyi ilə əməkdaşlıqda GIZ qlobal əmək hərəkətliliyi ilə bağlı beynəlxalq əməkdaşlıq fəaliyyətləri üzrə ixtisaslaşmış bir agentliyi olan Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzini idarə edir. Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) adından GIZ 1995-ci ildən Azərbaycanın daha bazar-yönümlü iqtisadiyyata və demokratiyaya keçidinə dəstək verir. 2007-ci ilin iyul ayından Bakıda ölkə ofisi fəaliyyət göstərir.

   

         GIZ tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:
Layihənin adı
Məqsədi
İcra müddəti
İcraçı təşkilat
Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək
Azərbaycanın Qərb bölgəsində iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa, xüsusən kənd təsərrüfatı və turizmin inkişafına töhfə vermək
2016-2018-ci illər
GİZ
Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması" (ECOserve) proqramı
ECOserve proqramının ümumi məqsəd "Kənd əhalisinin enerji təhlükəsizliyinə xüsusi diqqət yetirməklə, Cənubi Qafqazda mövcud olan torpaqların istifadəsi sistemlərində təbii resursların davamlı və biomüxtəliflik-yönümlü istifadəsi üçün ilkin şərtlərin yaxşılaşdırılması"dır.
2018-2022-ci illər
GIZ